“Dinamikanın ümumi qanunu” haqqında söhbət

  Qısa məlumat Kitabçada alimlərin fizikanın-mexanikanın ayrı-ayrı məsələləri üzrə mövcud olan baxışları və fikirləri aydınlaşdırılmış, həmçinin bizim bunlara “Dinamikanın ümumi qanunu”nun nəticələrinə əsaslanan münasibətimiz əks olunmuşdur. Material məlumat səciyyəsi daşıyır.   R.Ə.Ramazanovun “Dinamikanın ümumi qanunu” haqqında söhbət işi barəsində.    R.Ə.Ramazanovun “Elm” nəşriyyatı tərəfindən kitabça şəklində çap edilmiş işi informasiya xarakteri daşıyır. Mövzu üzrə məşhur alimlərin görüşlərinin toplusudur. Kitabçada müəllifin […]

NAXÇIVANIN İLK TUNC DÖVRÜ KERAMİKASI

   Azərbaycanın qədim arxeologiyasında və tarixşünaslığında bir sıra mühüm problem məsələlərin həlli üçün XX əsrin 40-cı illərindən  tədqiq olunmağa başlanan ilk Tunc dövrü Kür-Araz mədəniyyəti abidələri əsas mənbələrdir. Yayılma arealı Şimali Qafqazdan Suriya və Fələstinədək geniş coğrafi ərazilərdə müəyyən edilmiş bu mədəniyyətin bir sıra yaşayış məskənləri və qəbir abidələrində geniş arxeoloji tədqiqat işləri aparılmışdır. Naxçıvan diyarı Kür-Araz mədəniyyətinin ilk yarandığı […]

Sara Aşurbəyli.Bakı şəhərinin tarixi. kitabı barədə

Sara Aşurbəylinin bu kitabı Bakı şəhərinin orta əsrlər tarixinə həsr olunmuşdur. Erkən və inkişaf etmiş orta əsrlərdə Bakı neftinin çıxarılması və emalı üzrə mühüm mərkəz kimi məşhur olan Bakı şəhərinin sosial-iqtisadi,siyasi və mədəni həyatı öyrənilmiş, müasir dövrədək qalmış memarlıq abidələrinin təhlili verilmiş, uzun tarixi dövr ərzində elm və təsviri incəsənətin vəziyyəti göstərilmişdir. Arxeoloji materiallara istinad edərək, Bakını antik dövrün şəhəri […]

Gəmiqaya-Qobustan mədəniyyəti e.ə.VIII-V minilliklər

Əsərin yazılmasında əsas məqsəd Azərbaycan ərazisində qədim mədəniyyətiın-unudulmıış sivilizasiyanın izlərini aşkara çıxarmaq və sistemli monoqrafik təhlil etməkdən ibarətdir. O cümlədən: -Azərbaycanın qayaüstü təsvirlərinin şifrəsini açmaq və oxumaq: -Qayaüstü təsvirlərin Azərbaycan ərazisində yayılma arealını müəyyən etmək; -Qayaüstü təsvirlərin başlanğıc mərhələsini müəyyən etmək; -Qayaüstü təsvirlərin qrafik quruluşunu, mə`na və məzmununu müəyyən etmək; -Gəmiqaya rəsmləri ilə Qobustan rəsmlərinin müqayisəsini aparmaq, onları tutuşdurmaq və […]

Ömür yolu

Filologiya üzrə elmlər doktoru Fərman Xəlilo­vun anadan olmasının 60, elmi-pedaqoji fəaliy­yə­tinin 40 illiyinə həsr olunan bu kitaba onun yaradıcılığı haqqında yazılan məqalələr, əsər­lərinin biblioqrafiyası, bəzi tanınmış şəxs­lərə yazdığı məktublar və onlardan aldığı cavab­lar, vaxtilə mətbuatda çap olunan üç yazısı (bir məqalə, bir müsahibə və bir təəssürat), həmçinin həyat və fəaliyyətinin müxtəlif anla­rını əks etdi­rən fotoşəkillər daxil edilmişdir.   Kitabı Yüklə […]

Naxçıvanı öyrənən elmi cəmiyyət

Kitabda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Naxçıvan şöbəsinin 1925-1928-ci illərdə fəaliyyətini əks etdirən 41 protokolun tam mətni, faksimilesi və bu Cəmiyyətlə əlaqədar olan bəzi arxiv sənədləri və mətbu materiallar ilk dəfə olaraq toplu şəklində təqdim olunur. Kitab tarixçi, arxeoloq və öz xalqının keçmişi ilə maraqlanan bütün oxucular üçün faydalı ola bilər Kitabı yüklə

Hüseyn Razi Biblioqrafiya

Kitaba Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi , şair Hüseyn Raziyə həsr olunan bəzi məqalələr, əsərləri və haqqında yazılanlara aid 1742 mənbəni əhatə edən biblioqrafiyası, müxtəlif tanınmış şəxslərdən və bəzi oxuculardan aldığı məktublar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər daxil edilmişdir. Kitabı yüklə

“Var Olandan, Var Olmuşuq” Kitabı haqqında ümumi mə’lumat

Rzayev Vahid Zeynal oğlu 1947-ci ildə Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Naxçıvan şəhər 1№-li orta məktəbi 1966-cı ildə bitirib. 1972-ci ildən 1992-ci ilə qədər SSRİ Dövlət Standartlar Komitəsinin Naxçıvan Respublika şö`bəsində mühəndis Standartlaşdırıcı vəzifəsində çalışmışdır. Rzayev Vahid Zeynal oğlu “Səmərəli və uzun müddətli iş fəaliyyətinə görə” SSRİ Dövlət Standartlar Komitəsi tərəfindən 9 noyabr 1987-ci ildə Fəxri Fərmanla təltif olunmuşdur. […]

Yer qabığının ümumi kimyası

Dərslikdə yer qabığında kimyəvi elementlərin və onların təbii birləşmələrinin ( mineral və karbohidrogenlər ) paylanması və yerləşmə qanunauyğunluqları səciyyələndirlir. Dərslik 17 fəsildən ibarətdir. I və II fəsillərdə Yer qabığının kimyasının məqsəd və vəzifələri göstərilir. III fəsildə Yerin quruluşu və geosferlərin yaranması hipotezləri aydınlaşdırılır. Atmosferin, litosferin, hidrosferin və biosferin kimyası IV fəsildə verilir.  Karbohidrogenlərə aid olan V fəsildə planktonlar, dəniz faunası, […]

1 2