Maral və donuz (təmsil)

Acgöz Donuz meşədə Hər nə gəldi yeyirdi Haram şeylər xoşlayır Belə yaxşı, deyirdi. Hələ bir gün hədd aşıb Rişxənd etdi Marala Dedi: Sənə baxdıqca Düşürəm haldan-hala. Niyə otu, yarpağı Bircə-bircə seçirsən? Hətta təmiz suyu da, Püləyərək içirsən. Həm də elə qürurlu Şux dayanıb baxırsan Gözlərinlə qəlbləri Yandırırsan, yaxırsan. Bir de görüm, ey Maral! Nədir bunun səbəbi? Səni görən Bülbülün Cuşa […]

“Enqa qushu” kitabi haqda

Eluca Atalının “Ənqa quşu” kitabı uşaq romanımdır. Müəllif cəmiyyətdə baş verən bütün hadisələri təbiətə gətirmiş, yerdə olan hadisələri göyə qaldırmışdır. Əsərin qəhrəmanı iki qramlıq kolibri quşu Günəşə aşiq olur, amma anası Günəşə çatmaq üçün bir quş ömrünün yetərsiz olduğunu ona anladır. O zaman balaca quş əbədiyyətə qovuşmaq yolunu axtarır, tapır. Əsərdə kolibridən savayı, çoxlu sayda quş obrazı, morfologiyası, həyat tərzi […]

YER KÜRƏMİZ QATARIMIZ-Uşaq şeirləri

          TƏRS ŞƏKİLLƏR Çinarə tərsliyindən Şəkilləri tərs çəkir. Rəngli karandaşıyla Çəkdiyinə “turp” əkir. Albomda söyüd çəkib, Üstə barı, bəhəri. Yazıq uzunqulağa Yükləyibdir yəhəri. Quzu ağaca çıxıb, Çəpiş yerdə dən yeyir. Qaz böyük iştah ilə Saqqız tapıb çeynəyir. Siçan bığını eşib, – “Mənəm mənəm” -deyirdi. Gözü dörd olan pişik Qorxudan titrəyirdi. Ulduzlar göydən yerə Qatar-qatar tökülür. Canavar […]

YER KÜRƏMİZ QATARIMIZ-Uşaq şeirləri

              GÜNƏŞ VƏ AY   Bapbalaca Çinarə Al qırmızı Günəşi Atasına göstərdi, Ondan cavab istədi: -“Ata, günəşdən danış, Olum onunla tanış.” Atası dedi: “-Qızım, Mənim günüm, gündüzüm! Gördüyün nazlı Günəş Zəhmətsevər bir qızdır. Adı Günəş olsa da, Yepyekəcə ulduzdur. Hər səhər tezdən durub Dünyamızı dolanır. Təbiət də onunla Birgə qalxır, oyanır. Ağaclara, otlara Bolluca […]

Gülarə Munis

 Gülarə Munisin uşaqlar üçün yazdığı nağıl və şeir nümunələri  Kərimova Gülarə Musa qızı 1953-cü il 30 dekabr tarixində Bakıda dünyaya gəlib. Şairə-publisist. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1988-ci ildən dövri mətbuatda şeirləri, publisist yazıları və elmi məqalələri dərc olunur.  “Azad Qələm” qəzeti və ”İşıq” qadın jurnalının əməkdaşıdır. 14 kitabı nəşr olunub, geniş oxucu kütləsinin istifadəsinə verilib.