Darıxırlar?

Əbədiyyətə qayıdan bütün insanlar, o Aləmdə o Əbədiyyət müddəti ərzində darıxmırlarmı?

          Yox, qətiyyən yox! Çünki o əbədiyyət aləmində vaxt, zaman, gecə, gündüz mə`fumu olmadığından “hər an” – bir An kimi göründüyündən, darıxmağa da lüzum qalmır və ola da bilmir.
Dörd aləm arasında da, yə`ni ki, yer aləmində deyilən cənnət, cəhənnəm, bərzaq və bir aləm də var ki, o da İşıq aləmi, Mütləq (obsalyut) olan aləmdir. O aləmdə də, hər an öz anı çərçivəsində olduğundan, darıxmağa da səbəb yoxdur. Çünki “darıxmaq” – hissi də vaxtsız, zamansızlıq əhatəsinə sığır ki, darıxmağa, tələsməyə də səbəblər olmur və ola da bilmir.

Qəribə hal ondadır ki, bütün canlılar yer üzünə, nə “Gəlməklərinə” – (öz istəkləri ilə) hazırdırlar, nə də ki, Qayıtmaqlarına – hazırlaşarlar. Amma, hər an “gəlmək” ilə, “qayıtmaq” – arasına hazırdırlar.
Nə gəlmək, nə qayıtmaq (yer vaxtı) vaxtdan, zamandan asılı olmadığından hər an “o ana” – hazırdırlar. Ömürlər vaxta, zamana sığmadığından konkret olaraq bütün bəşəriyyət və varlıqlara müddətlər təyinlənmir (olmaq – ölmək). Çünki onda Kainat miqyasında və ardıcıllığında mütləq olaraq bir şkala, bir cədvəl tərtibatı zəruri olmuş olardı ki, (canlı) vücud, hansı müddətdən (mərhələdən), hansı müddətəcən yer üzündə bir canlı olaraq mövcud olsun! Beləliklə, vaxta, zamana sığmayan bir gəliş, bir də qayıdışdayıq! Kainat vaxta, zamana sığmış olsa idi əgər, onda Kainatin öz mövcudluğu da, bir müddətə hesablanmış olardı. Belə olan təqdirdə, Kainat mövcudluğunun nə mə`nası olmuş olardı onda?
Yer aləmində deyirlər, “ölüm, qaşla göz arasındadır”. Düzgündür ki, qaşla, göz arası, zamansızlıq arasıdır. Gəlişlə – Qayıdış arasıdır.
Bütün dialoqlar, bütün düşüncələr, həyəcanlar arasında qaş “yuxarıya” – dartınar. Gözlər isə, gördüklərini görər. Biri dartar (qaş), biri görər (göz). Biri (qaşlar) iki aləm arasında bir xətt kimi (yer həyatı, Əbədiyyət) dartıya düşüb, dartınar. Gözlər, iki aləm arasını, görmək istəməyə çalışar. “Yaşamaq da, ölüm də, qaşla göz arasındadır” – deyərlər.
Gəliş də, qayıdış da, an olduğundan, hər ikisi vaxta, zamana sığmır. Nə qaş, nə göz, hər ikisi heç bir, vaxta zamana sığmır. Qaşlar – gecə də, gündüz də, dartınar. Gözlər – gecə də, gündüz də, yuxunun özündə də, baxar axtarar. Ölümlə, Həyat arasını axtarar, gördüklərini yaddaş hücrələrində yaddaşlaşdırar.
Bu dünyaya “gözsüz” – gələnlərdə də bu proses baş verir.

 

2. Bu Məkan

Bu yer planeti su ilə, bitki ilə örtülüdür.
Bulaqlar içərisində bitki, çaylarda, göllərdə, dəniz – okeanlarda bitki, daş- qaya üstündə bitki (mamır) ilə örtülüdür – bitki! Torpaq üstündə bitki, sularda bitki. İlki, daşda olan bu planetin, o daş aşılanmasından, ovulmasından olan, torpaq (bu səbəbdən torpaq da, qum da tükənib qurtarıb, bitmir), bu torpaq üstündə su ilə, bitki.
İlki daş – ovuntusu torpaq, ona Günəşin İşığı, su ilə, bitkilərlə örtülü olan, torpaq (bitki daşda da, qayada da, suda da, torpaqda da bitir amma tükənmir). Bu planetin ilki daş olanın, sonu torpaq olanın, nüvəsi daş olanın 4,5 milyard olandır yaşı, (elm belə dedi, 13,7 milyard ildir Kainatın Yaşı).
Su dərin qatlardan qalxıb, torpaqla birləşər, torpaq su ilə birləşər, su ilə torpaq arası Hava (külək) Yer kürəsinin isə, örtüyü, haləsi olar! Günəş İşıq saçar sevinər, bu planetin suyuna, torpağına, bitkisinə işıq saçar sevinər.

 

3. Gözlər

Əgər deyirsə, deyərkən – dediyi başqa, düşündüyü başqa, baxışı başqa, məqsədi başqa, addımları da ona uyğun başqadırsa, onunla “vaxt itirməyə” – dəyməz. Onları özünə istəyəndir, məkri özündən öndə gedəndir, öz məqsədləri ancaq özünü karıxdırandır.
Gözlər də, qəribədir maraqlıdır! Gözlər var rəhmlidir, mehribandır, həlimdir, qəddardır, paxıldır, məkrlidir, yalan deyəndir, aldadandır, karıxdırandır, azdırandır, xəyanətkardır, tənbəldir, çevikdir, şüşə kimi soyuqdur və s. və i. Gözlərə bax, gözlərə…
Baxışı ayrı, dediyi ayrı, düşündüyü ayrı, fikri ayrı – gözlərə bax, gözlərə… Dediklərinin arxasında gizlənən – gözlərə bax, gözlərə… Düşündüklərinin arxasında gizlənən – gözlərə bax, gözlərə…
Gözlər, dediyini, düşündüyünü, istəklərini (gizli) gizlədə bilməz – gözlərə bax, gözlərə. Gözlər yumulub gizlənsə də, sürmələnib – sürməli olsa da, gözlərə bax, gözlərə. Deyilən “mə`fumlar” – sirli, örtülü, gizli, müəmmalı, məqsədlidir – gözlərə bax, gözlərə…
Diqqətlə baxdıqda – söz, səs, musiqi gözlə görünməyən ancaq eşidiləndir. Bir də – düşüncələr, fikirlər, istəklər, məkr, yalan, xəyanətlər, karıxdırmalar və s. nə gözlə görünən, nə də eşidiləndir.
Amma yenə də, gözlərə bax, gözlərə… Onları gizlətməyə, gözün gücü çatmır, yenə də – gözlərə bax gözlərə!
4. Donmur

Xam neft və neft məhsulları, təbii qaz, yağlar donmurlar. Baxmayaraq ki, onu əhatə edən temperatur hədləri aşağı olmuş olsa da belə, onlar donmurlar. Tüstü bacasından çıxan tüstü, sərt soyuqla qarşılaşır amma, donmur (bunlar yüksək faizli nəm daşıyıcılarıdır). Qış mövsümündə insan tənəffüs etdikcə daxili üzvlər, göz, oynaqlar o soyuqdan, o şaxtadan donmurlar (üşüyür ayrı, donur ayrı). Açıq havada, qışın şaxtasında yandırılmalı olan odun, soyuq hava əhatəsində olmağına baxmayaraq, donmurlar. Sərt şaxtadan hava qatı da donmur.
Çünki bunlar səbəb yox, nəticələrdir. Su, hava qatı yer kürəsinin dərin qatlarında gedən, dayanmayan prosesin nəticəsidir. Yer kürəsinin Nüvəsindən başlayaraq dayanmayan, tükənməyən ardıcıl yaradıcı prosesın nəticələridir. Su dərin qatlardan başlamış, bütün layları, qatları, süxurları “yetkinlik” – həddinə gətirir, istini, soyuğu nizamlayır. İnsan, bütün faydalı qazıntılara cüzi tə`sir etməklə, (texnoloji) ona lazım olan, bütün mə`mulatları əldə edə bilir.
Bunlar planetimiz daxilində və səthində olan hazırlanmış, hasilə gəlmiş, tamamlanmış “materiallardırlar”. Yer planetinin kürə daxilində gedən bütün proseslər çox sür`ətli (saniyənin mində bir qədərində) getdiyindən, ayrılmalar, ardıcıllaşmalar biri – birini tamamlayır və dayanmayan, tükənməyən bir yaradıcı ardıcıllıq baş verir.
Adlandırdığımız o “Təbiət”- in saniyənin mində bir qədərində “Boş vaxtı”, yoxdur ki, şıltaqlıq etsin. Biz, bə`zi müdaxilələrlə, eksperimenlərlə düşüncələrlə təbiətə müdaxilə etməsək, təbiət də bizə “Müdaxilə” etməz, “Şıltaq” – olmaz. O, elə bir “canlı” – orqanizimdir” ki, onu təkmilləşdirməyə, dəyişməyə, karıxdırmağa da, ehtiyacı yoxdur.
O, yer kürəsi o qədər dəqiqliklə nizamlanıb ki, özünə ehtiyaclı deyil. Biz ona ehtiyaclıyıq. Onun səthindən, dərin qatlarından, suyundan, havasından, istisindən, sərinindən, soyuğundan faydalanırıq və bizə lazım olan mə`mulatları əldə edirik. Amma Ona, təşəkkür edirikmi?

Vahid Rzaev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir