Elm Xilas Edəcəkdir!
Xilas edəcək, Elm xilas edəcək, hər bir göylərdən Endirdiyim Elçilərim ilə İlahiyyat elmi göndəriləcək, Deyimlərim davam edəcək. Alçaq könüldə kamilin nə işi vardır? Alçaq bəşərdən uca boylu Elçilərim səslənəcək, Elm deyiləcək, yeni Deyimlərim davam edəcək! Enəcək, enəcək ki, adım üzərindəki dağımdan enəcək ki, Tanrı dağından, Ağrı dağından Nuh endiriləcək, O göndəriləcək. Hər bir deyimlərimi işığımın şügaətində, o ahəngdə, deyimlərim Ağ geyimlilərim ilə kainat əlifbası üzərindədir, eşidilməkdədir. Nuh enərkən yəhər çəkmiş! Ağrı çəkmiş, 124 min ah üzərinə o göndərilmiş, dağımı, ətəyimi, əRAzimi özüm seçmişəm, bəşər! Xilas edəcək, hər bir bəşərimi Elm xilas edəcək, hər bir yaşam kürrəsində kamillər seçiləcək, bəndə -bəndə seçilmişlər seçiləcəkdir, hər bir bəşərim Bəndə kamilləşəcəkdir! Cəmlik ilə bütöv varlıq yaranışlarımın hər biri bəşər olmuş, hər biri bəşərləşmiş, kamillikdən yaranışım uzaq düşmüş, bax ki, çox az yaranışım seçiləcəkdir. Ruh bəndədir, ona cism olaraq baxdı bəşər, bir bəndə dörd səndədir, bir ədəddən dörd oldu bəşər, mərkəz Bəndə! İşıq Bəndə! Cəm kainatlarımın İşığı, Beşiyi, Mərkəzi Bəndə! Əfəndim! Seçiləcəkdir, hər bir bəşərə çevrilmiş varlıq kürrələrimin sayı dörddən birə enəcəkdir, yəni ikinci qatdakılar gör bir nə qədər bəşərləşmiş, aşağı endiriləcəkdir. Xilas edəcəkdir, yer üzünü İlahiyyat elmi xilas edəcəkdir, vahid seçilənlər yeni yaşam kürrələrinə göndəriləcəkdir, kamil yaranışım ilə yenidən onlar, yalnız onlar 14 sayılı-basamaqlı k14 -ə göndəriləcəkdir. Elm xilasdır, Elm Deyimdir, İlahiyyat elminin içərisindəki bir Bən dərk edilməyi çətin olmayan hər bir bəndə üçün deyilmiş, göylərdən yerlərə endirilmişdir. Sahib çıx, bəşər, sahib çıx sən, sizlərə görə zillətdəkilərə sahib çıx, İşığına, Əvvəlinə, Yaddaşına, 124 min sayısına dön bir bax, dön dünəninə, baxaraq xatırla, sahib çıx, xatırla Onlara çəkdirdiyin əzabları. Ağrı dağının ətəyindən firuzə kimi süzülən göz yaşları uca səmalardan görünməkdədir, enər ikən Tanrı dağından yəhər çəkmiş Qır atına, qəzəbli Nuh, üçüncü təkan görünməkdədir. Bəşər, eşit, bəşər, bəşər, sahib çıx, bəşər, elmə, Özünə, Əvvəlinə, İşığına, Yaddaşına sahib çıx, bəşər, zərrə payına İşıq qat ki, İşıq ol ki, seçilənlərdən ol, bəşər, Qayıdanlardan ol, bəşər. Hər bir bəşəri Elm xilas edəcəkdir, hər bir bəşəri Elm xilas edə bilər, kamillik ilə başa vurmuş hər bir qıssa ömrü hər bir bəndə. Bəndə! Buluşa bilərmiş, Əfəndim! Bəşəri zorakılıq onları kor olmuş cahil təkrar dördlü bir bəndə ruhu sayca dörd edər, Əfəndim! Nuhun gəmisi olsa idi əgər, özünü xilas edərdi! Əfəndim! Xilas Deyimlərim ilə göndəriləcəkdir, İşıq zərrə yaddaşına sadiq kəslər bir bəndə, ruh Bəndə bağışlanmış, sinəmdə işıq saçmış! Bəndə xilas ediləcəkdir! Ruhlarım buluşma yeri Başda İşıq kamilliyə çevriləcəkdir! (Nuhun əgər gəmisi olsaydı, bəşər, ilk əvvəl insanları ora mindirərdi, xilas edərdi, hər iki ayaqlı bu cəm bəşərlərə bax, nə qədər cahilləşmiş!) Elm səlifdir, deyimlər səlifdir, Deyimlərim ilə İşıq sərbəstdir, keçər ikən Sirat körpüsündən sağlığında keç, bəşər, ölü ikən səni diri əkən cəm seçilmiş İşıq paylılarıma olmadı, bəşər! Xilasa göndərilmiş hər bir uca boylu uzaq görənlər uca boylu idi, sizlər arasına enər ikən İşığımın önündə əyildi, sizlər önündə əyilmədi, bəşər! Onlar İŞIĞIMA SƏCDƏ! ETDİ! UCALDI! İŞIQ! UCALDI!
Elm və tarix yanaşıdır!
İşıq və zərrələr ayrılmış!
Ruhun ədəbi, təhsili elmdir!
Əbədiyyət elmdir, kamildir!
Kamillik elmdir, əbədidir!
Yaddaş əzəldir, əvvəldir!
Hər bir yaranış yaddaşdır!
Hər bir bəşəri iz tarixdir!
Tarixi aça bilər yaddaş!
Onlarla yaddaş xilas olar!
(Qeyd: Baxdım ərazinin İşıq qüdrətinə, gördüm ki, İlahi, gör nə qədər əzəli İşıq yaddaşım vardır mənim. Baxdım ulu tarixə, Nuhçıxana, gördüm ki, SSRİ dövründə təkcə Nehrəmdən nə qədər ziyalı çıxmış, əfəndim!) Baxdım vətənə, ulu yaddaşıma əziz vətənimə, gördüm ki, gör nə qədər müqəddəs imiş Azərbaycanım! İlahi! Baxdım müqəddəs atəşgahlarımıza içimdə ruhən ruhum da bax bu canımda cavan yaşımda başım qüdrətdən ağarmış! İlahi! İşıqdır! Yaddaşdır vətənim! İlahi!
Ağ Geyimli