Elşad Əmənov – Adət və əxlaq
Müstəqillik dövrü üçün xarakterik olan bəzi ifadələr var ki, onlardan daha çox istifadə edirik. Həmin ifadələrdən əvvəl “milli” sözü işlətməklə nəzər-diqqətimizli həmin sözün məna çalarına yönəldirik. Məsələn:-milli adət, milli əxlaq, milli dəyər, milli mənəviyyat, milli keyfiyyət, milli metalitet və s. Bu ifadələri işlədən zaman istər-istəməz özümüzdə ancaq özümüzə məxsus olan ruhi, əqli, fəsəfi düşüncə keyfiyyət göstəriciləri ilə fəxr edirik.
Ancaq, elə-belə baxanda bu ifadələrin ümumi məvhum olduğunu görürük. Bu ifadələr tipoloji ifadələrdir. Tipoloji ifadələrin mənasını açmaq üçün ya onu” yuxarıdan aşağı”, ya da “aşağıdan yuxarı “xırdalamaq lazımdır. Yəni, milli adət və ya milli əxlaq sözlərini digər adət və əxlaqlardan fərqləndirən keyfiyyətlər nədir ? Əvvəla, biz bu fərqli adətlərimizi tanımalıyıq, bilməliyik ki, onun xidmət etdiyi fərqli əxlaqımız haqqında da danışa bilək, başqalarında da dolğun rəy yarada bilək. Yoxsa, bilmədən, tanımadan, mənimsəmədən, canımızda, ruhumuzda,yaşatmadan ağızdolusu milli adət kəlməsindən istifadə etməyin nə mənası var ? Halva-halva deməklə ağız şirin olmaz !
Birinci onu söyləmək lazımdır ki, bütün dəyərlərin yaranmasında təbii-coğrafi şərait, mühit əsas rol oynayır. İnsanların fizioloji quruluşunda, emosional hisslərində , estetik baxışlarında mövcud olan fərqi təbii mühit şərtləndirir, sistemləşdirir. Bunların da əsasında ahəngləşmiş, qərarlaşmış həyat tərzinə malik bəni-insan nəsli yaşayır. Bu fikri nəinki ictimai varlıqların gerçək tarixi coğrafiyası ilə, həm də heyvanat və nəbatət aləminin praktik görkəmi və keyfiyyətləri ilə də sübut etmək mümkündür. Bu söylənilən fikir təbiət qanunları ilə tənzimləndiyi üçün onu sübut etmək üçün hər-hansı bir cəhdə ehtiyac yoxdur. Belə qanun və qaydalara biz aksioma deyirik…
Xalqın mənəvi dəyərləri onların tarixən mövcud olmuş adət-ənənələri, əxlaqi keyfiyyətləri və bu xüsusiyyətlərin ədəbiyyat və incəsənətdə , ictimai həyat qaydalarında necə, hansı formada, hansı mənada, hansı məqsədlə təzahür etməsi ilə qiymətləndirilir.
Tərbiyənin elementi kimi təfəkkürümüzdə qərarlaşmış dəyərlərimiz praktik həyatımızda təzahür edirsə, o , bizim milli dəyərlərimiz hesab olunur. Yox, arxaik söz və ya “köhnəlmiş vərdiş”kimi münasibət bəsləyiriksə, deməli, həmin dəyərlərimiz “TARİXƏN MÖVCUD OLMUŞ VƏRDİŞLƏRİMİZ”olacaq. Bunun da əsl səbəbi korkoranə inteqrasiyadır. BU “İNTEQRASİYA”NIN İDEOLOQLARI, TƏBLİĞATÇILARI, TƏŞVİQATÇILARI ALLAH DƏRGAHINDA İBADƏTLƏ MƏŞĞUL OLAN ŞEYTAN QİSMİNDƏDİRLƏR ! ALLAH BU NAXƏLƏF İNSANLARIN GÜNAHINI MİLLƏTİN TALEHİNƏ YAZMASIN !
Milli əxlaqımızın yaranmasında, formalaşmasında və qərarlaşmasında əsas rol oynayan adətlərimizi qeyd etmək istəyirəm. Təbii ki, yazdıqlarım yazmaq istədiklərimin az hissəsidir. Adətlərimizdən hansının birinci və ya ikinci olduğu haqqında mübahisə etmək fikrim yoxdur. Həm də onu demək istəyirəm ki, yazdıqlarım “mütləq bizimdir” kəlməsini işlətmirəm. Çünki, bu adətlər Şərq dünyasında, xüsusi ilə türk xalqlarının tarixində mövcuddur. Hər-halda, bu adətlərimizi yada salmaq lazımdır.
1.Su kiçiyin, yol böyüyündür. 2.Yoldan keçən yol kənarında dayanana salam verməlidir. 3. Atlı piyadaya salam verməlidir. 4. Milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, qonaq ev sahibinin əzizidir. 5. Ev sahibi qonaqdan əvvəl yeməyə başlar,qonaqdan sonra süfrədən əl çəkər. 6.Yoldan ötən evə dəvət olunar. 7. Bütün əkinəcəkdən qonşuya, qohun-tanışa pay verər.8.Oğul ata yanında övladını danışdırmaz, nəvaziş göstərməz. 9.Gəlin böyüklərin yanında həyat yoldaşını adla çağırmaz. 10.Böyük gələn yerdə kiçik ayağa durar. 11. Gəlin köçən qız örpəkdə olar. 12. Yalan danışmaq,yalandan and içmək ən böyük qəbahətdir. 13. Xəstə yanına sovqatla gedərlər. 14.Səfərə gedəni və səfərdən qayıdanı elliklə yola salar, qarşılayarlar. 15.Bayramlarda küsülülər barışar. 16. Dava-dalaş zamanı qadın başının örtüyünü (qadının kimliyindən asılı olmayaraq) ayaqlar altına atarsa, dava edənlər geri çəkilər. 17. Kiçik böyüyə salam verməlidir; böyük əl uzatmasa, kiçik əlini uzatmaz. 18. İlk evlənənlərə, ilk ev tikənlərə qonum-qonşu, qohum-əqrəba kömək edər. 19.Namus toxunulmazdır ! 20.Qəbrin təhqir edilməsi ən ağır cinayətdir. 21. Böyüyün sözünü kəsmək olmaz. 22.Ailənin idarə olunması ataya məxsusdur. 23. Özünə rəva bilmədiyini özgəyə rəva bilmə. 24.Boşanma cəmiyətin bəyənmədiyi hadisədir. 25. Hər kişinin bığı olmalıdır. 26.Hərəkət zamanı qadın kişidən 1-2 addım geridə olmalıdır. 27.Ailə süfrə arxasında əyləşəndə ən böyük ailə üzvü yeməyə birinci başlar. 28. Oğul ata yanında üzünü təraş etməz, köynəksiz gəzməz. 29.Qadın kişidən gec yatar, tez durar. 30.Oturuş-duruşuq qaydaları… və s.
Adətin əxlaqa xidmət dərəcəsini müəyyənləşdirmək üçün onun mənəvi tələbata uyğunluğunu yoxlamaq, izahını, şərhini vermək lazımdır. Yəni, doğrudanmı adət əxlaqi dəyərləri müəyyənləşdirən vərdişlərdir ? Yoxsa, əxlaq adətlərin ənənəyə çevrilməsi üçün meyardır ? Məntiqə görə buradan belə bir sual meydana çıxır: adət birincidir, yoxsa, əxlaq ? Bu suala müxtəlif formada cavab vermək mümkündür. Onlardan birini belə deyə bilərik. Əxlaq mədədirsə. Adət yeməkdir. Yeməyin mədəyə, bədənə hər-hansı bir fəsadı olmazsa, onu qəbul etmək olar.
Millətin əxlaqını ənənəyə çevrilmiş adətləri yaşadır. ODUR Kİ, DÖVLƏT İDEOLOJİ KONSEPSİYASINI HAZIRLAYAN ZAMAN MÜTLƏQ ADƏT VƏ ƏNƏNƏLƏRİMİZİN ƏHƏMİYYƏTİNİ, MAHİYYƏTİNİ NƏZƏRƏ ALMALIDIR.
Tədris prosesində hansı təlim üsulundan istifadə etməyindən asılı olmayaraq bu üsullar şagird və tələbələrin tərbiyəsinə xidmət etməlidir.
Müasir dövrdə iki tipoloji mədəniyyət üz-üzə durur: Şərq və Qərb mədəniyyətləri. Qərb mədəniyyətinin üstünlüyü onun texneloji inkişafındadır. Şərq mədəniyyətinin üstünlüyü onun əxlaqi dəyərlərindədir. Bu fikir müasir dünyada hər iki mədəniyyətin qənaətidir.
Iki dünya arasındakı fərqlər onların fəlsəfi dünyagörüşünün mahiyyətindədir. Belə ki, Qərb fəlsəfəsi dünyanı dəyişdirmək, Şərq fəlsəfəsi dünyanı izah etmək istəyir. Birincinin qarşısında maddiyyat, ikincinin qarşısında mənəviyyat məsələsi durur. Birinci təzahür olanı öz məqsədlərinə xidmətə yönəltməyi əsas məqsəd sayır, ikinci təzahürün mahiyyətini dərk etməyə çalışır…
Şərq aləmi öz əxlaqi dəyərlərində qalmaqla Qərb texnelogiyasını qəbul etməli, Qərb isə texneloji üstünlüyünü inkişaf etdirməklə Şərq əxlaqi dəyərlərini qəbul etməlidir. Yoxsa, iki məqbul keyfiyyətlərdən birinin olmaması, o birinin də məhvinə səbəb olacaq. Dünyanın inkişafının rəhni məhz bu iki keyfiyyətin vəhdətindədir. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, hər iki fəlsəfi baxışda çatışmayan cəhət var. Vəhdət həmin çatışmayan keyfiyyətlərdən imtina etmək deməkdir.
Adət və əxlaqa münasibətdə dünya alimləri ümumi şəkildə iki qismə bölünür. Bir qism alim bu məvhumları təbii və genetik vərdiş kimi, digər qism alimlər isə onu praktik vərdişlərin təcəssümü kimi izah edirlər.
Adət və əxlaqın təbii və genetik yaranış kimi qələmə verənlər özlərindən asılı olmayaraq, Şərq adət və əxlaqının aliliyini,Allahın neməti olduğunu təsdiq edirlər. Bir halda ki, adət və əxlaq insanların kamil bir cəmiyyətdə yaşamaqlarını təmin edirsə və bu hərəkətlər Allahın xoşuna glirsə, nə üçün ondan imtina etməli ?!
Adət və əxlaqın praktik vərdişlərin təcəssümü kimi izah edən alimlər Məsələyə materialistcəsinə yanaşaraq onun daha qədim xalqların tarixinə aid olduğunu təsdiq edirlər. Hər iki halda Şərq tarixinin, Şərq fəlsəfəsinin, adətinin, əxlaqının qədimliyi təsdiq olunur. Bu mövcud fikirləri ümumiləşdirərək belə deyə bilərik: adət və əxlaqın yaranmasında təbii coğrafi mühit və vərdişlərin praktik sınağı əsas amillərdir.
Adətin yaranması. Onun formalaşması, onun” yad” ünsürlərdən təmizlənməsi,bəyənilməsi, qərarlaşması və ənənəyə çevrilməsi üçün uzun zaman gərəkdir.
Əxlaqın formalaşmağının bir tərəfi bəyənilmiş adətlərdirsə, digər tərəfi bəzi hərəkət və münasibətlərdəki qadağalardır. Deməli, həm yaxşı hərəkətlər, həm də yaxşı olmayan, qadağan olan hərəkətlər əxlaqın formalaşmağına xidmət edir. Əxlaqın əsasında ailədəki münasibətlər durur. Yəni, ata-ana, bacı-qardaş münasibətləri. Bir ailə münasibətində başa düşülən əxlaq konkret coğrafi məkanda yaşayan ailələr toplusunun ümumi əxlaqını yaradır. Deməli, adət və əxlaq ailə, tayfa. qəbilə, xalq və millət adlandırdığımız ictimai inkişaf mərhələsinin kodeksinə çevrilir.
Əslində adət, əxlaq haqqında yazanda, danışanda ümumi məvhumlardan istifadə etmək qaneedici deyil… Bu zaman bir keyfiyyət götürüb, onu izah etmək gərəkdir. Mən yuxarıda əxlaqın formalaşdığı obyekt kimi ailəni misal gətirdim. Burada ailə münasibətlərini tənzimləyən qaydalardan danışmaq vacibdir.
Qəbilə daxilində təknigahlılığın yaranması ailədaxili münasibətlərdə ən böyük dəyişikliklərdəndir. Ekzokomik nigahın yaranması bu istiqamətdə yeni mərhələ olmaqla, ictimai münasibətlərdə və əxlaqi dəyərlərdə yeni, müsbət keyfiyyətlər yaratdı. Cəmiyyət ibtidai nigah formasından şüurlu şəkildə imtina edərək daha sivil olan təknigahlığı qəbul etdi. Daha sonrakı dövrdə isə nigahların siyasi və maddi əsaslar üzərində qurulduğunun şahidi oluruq. BELƏ NİGALAR İSTİSNA HAL OLMAQLA İNDİ DƏ MÖVCUDDUR. Ancaq, tarixi təcrübələrdən bəllidir ki, siyasi məqsədlərə xidmət edən nigah diplomatiyası müvəqqəti xarakter daşıyır… Belə” nigahların” bəlasını ən çox sadə xalq çəkməli olur. Məsələn, tarixi tədqiqatlardan sonra məlum olur ki, Hun imperiyasının parçalanmasının əsas səbəbi hökmdarın Çin hökmdarının qızı ilə evlənməsi olub. Belə nigah bağlamış hökmdarlar öləndən sonra hakimiyyət uğrunda qardaş müharibələri başlayır ki, bunun da müsibətini yenə xalq çəkməli olur. Başqa bir misal deyim : Şah Abbasın nigahlı arvadlarından 28-i erməni qızı olub. Fikirləşin, 28 qaynata, 28 qaynana,28 qayın, 27 baldız… Bu rəqəmlərin arxasında erməni qızlarının əmiləri, dayıları, xala və bibiləri və s. dayanır. Bu “qohum-əqraba” şaha yaxın olduğundan küllü-ixtiyar sahibi olublar. Üstə gəl, kifayət qədər imtiyazlara malik olublar. Özü də bu imtiyazlarından məharətlə istifadə ediblər. Hamı üçün yəqindir ki, bu izdivaclar elə-belə bağlanmayıb; Hər başlıq üçün 50-100 kənd bağışlansa, görün Azərbaycan nə günə düşməlidir…
Təsadüfidirmi 1-ci Şah Abbasın dövründə ermənilərin Qarabağa köçürülməsi ?! XEYR ! QALANINI HÖRMƏTLİ OXUCULARIMIZ ÖZÜ FİKİRLƏŞSİN… ƏYƏR, İNDİ DƏ YUXARI EŞALONDA BELƏ NİGAHLI OLANLAR VARSA, DEMƏLİ, QARABAĞ MƏSƏLƏSİNİN HƏLLİNƏ HƏLƏ BİR QƏRİNƏ DƏ QALIR…
Tək nigahlılıq uzun müddət və əsasən ata-ananın məsləhətləri əsasında reallaşırdı. Çünki, övladlarının gələcək həyatı həmişə valideynlərinin diqqət mərkəzində olub. Ata qohum olacaq ailənin düzlüyünü, təmizliyini iki ailə arasında mövcud olan tarixi münasibətləri (istər qəbilə,istərsə tayfa arasında) və s. bildiyindən bu sahədə qərar vermək məsuliyyəti daşıyır. Ana isə qızın və qızın anasının xarakterini öyrənir. “ Anası gəzən ağacı balası budaq-budaq gəzər”-deyiblər… sonra gəlini olacaq qızın kamilliyini yoxlayır. Bu yoxlama ən çox müşahidə yolu ilə aparılır.
Qız seçməyin bir-çox üsulu olub : 1)Qız səhər tezdən dururmu ?-Yəni, qız səhər tezdən durmalı, nahara qədər anasına kömək etməlidir. 2) Qız ayağa duranda əlini yerə basmamalıdır. Yəni, bu hərəkət qızın fiziki sağlamlığının əlamətidir. 3) İş dalınca göndərəndə tapşırığa tez reaksiya verir , yoxsa səhlənkardır ? Yəni, diqqətliyi və həssaslıq qabiliyyəti necədir ? 4) Yayda toyuq-cücə qablarının su ilə dolu olmasına fikir verirmi ? Yəni, ev quşlarına, heyvanlara münasibəti, diqqəti nə dərəcədədir… 5) Həyət-bacanı nə vaxt və necə süpürür ? Yəni, həyət gün çıxana qədər süpürülməlidir; evin özülündən süpürməyə başlamaq səhvdir. 6) Çörək, yemək bişirə bilirmi ? Əlindən toxuculuq işi gəlirmi ? Yəni, ev işlərini bacarmalıdır. Bu və digər məsələləri oğul anası öyrənməlidir.
Ana qızın xarakterini öyrənmək məsuliyyəti daşıyır. Məhz bu məsələlərdən sonra ata və ana övladlarına seçdikləri qızla evlənməyi məsləhət bilərdilər. Çox nadir hallarda oğul bu nigahdan imtina edə bilərdi. Bundan ötrü o, imtina səbəbini ya bacısına. Ya da anasına bildirməli, eyni zamanda, əsaslandırmalı idi…
Ailədaxili ümumi razılaşmadan sonra nişan və toy hadisəsi baş verərdi. Ev işlərində ata aparıcı rola malikdir təsərrüfat işlərində qismən iş bölgüsü olsa da qarşılıqlı kömək həmişə olub. Valideyinlər övladlarına yeni ev tikir. İlk illər gənc ailənin təminatına da köməklik edirlər. Bu adət indi də yaşayır.
Namus, qeyrət hər bir ailənin şərəfidir !
Əxlaqi dəyərlərdəki fərq əxlaqa xidmət edən adətlərin forma və məzmunundan ibarətdir. Yəni adətin bəyənilməsi əxlaq sahibinin zövqündən, estedik baxışlarından, mənəvi tələbatından asılıdır. Bu keyfiyyətlərin formalaşmasının ilkin şərti isə təbii mühitdir.
Son zamanlar Qərbin siyasi və ictimai təşkilatları Şərq həyat tərzinə “insan hüquqları” adı altında bir çox qanunlarla müdaxilə etməkdədirlər. Bu qanunlardan biri də “Gender bərabərliyi” adlanır. Bu istiqamətdə müxtəlif iclaslar, konfranslar, verlişlər təşkil olunur, təbliğat-təşviqat kompaniyaları keçirilir. Bəzi kəslər belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edir və alqışlayır.
Ay əmi, ay dayı, ay insanlar, bu nə hoqqabazlıqdır?! Axı bizim Konstitusiyamız var ! Konstitusiyamızda insan hüquqlarına aid (maddə-24) mükəmməl, dünyəvi. Demokratik qanunlarımız var. Burada insanların dinindən, dilindən, cinsindən, siyasi baxışlarından asılı olmayaraq insanların bərabər hüquqlu olduqları təsbit olunub ! Konstitusiyamızın 25- ci maddəsində qadın və kişinin eyni hüquq və azadlıqlara malik olduqları xüsusi bəndlə (2-ci bənd) göstərilib.
Qadın və kişinin seçmək və seçilmək (maddə 560), hər iki cinsin bərabər hüquqlarla aktiv və passiv seçki hüquqlarına malik olduqları, Təhsil (maddə 42), Əmək (maddə 35) sahəsində və s. bərabər hüquqlara malik olduqları Əsas Qanunda göstərilib. HƏTTA, bir ana kimi qadınlara əlvə hüquqlar da verilib. Bütün bunlar Konstitusiyamızda öz əksini tapdığı haqqında “Gender bərabərliyi” kimi anlamadığım bir kompaniyanın keçirilməsinə və ya bu terminin geniş təbliğinə nə ehtiyac var ?!
“Gender bərabərliyi” əslində bizim adətimizə.əxlaqımıza məişətimizə, həyat tərzimizə, təfəkkürümüzə müdaxilədən başqa bir şey deyildir. Sadə və həyati bir misal söyləyim 🙁 Bu fikir yazıçı İsa Hüseynovundur ) “Cənub bölgədə yaşayan inəklər balasını səsləyəndə mo…o…o kimi səs çıxarır. Özüdə ağzını istədiyi qədər açır. Sibir inəyi balasını səsləyəndə dodaqlarını bir-birinə sıxaraq mm…m…m kimi səs çıxarır”. İnək , inəkdir… ancaq, onların yaşadığı coğrafi mühit fərqlidir. Hər yaranmışın öz mühitinə uyğun fiziki keyfiyyəti və həyat ritmi var. Həyat tərzinin dəyişdirilməsi ilə biz həmin heyvanların məhvinə səbəb olarıq…Sibir inəyi qızdırmadan, Cənub inəyi isə 30-40 dərəcə şaxtada bir dəfə ağzını açmaqla dişləri məhv olacaq… indi fikirləşək: bu məsələdə ortaq məxrəcə gəlmək olar ?! –Olar. Bu şərtlə ki, eyni təbii mühütü yaratmaq mümkün olsun. Avropalılar isə yalnız bir mühit yaratmaq fikirindədirlər… onlar israr edirlər ki, bizdə gender bərabərliyi var, sizdə də belə olmalıdır… ferma cücəsi ilə həyət cücəsinin dadı birdir ?..
Ailədə söz sahibi olan, aparıcı kimi mövcud olan (təbii instintlər əsasında) fiqur ictimai həyatda da əsas aparıcı qüvvə kimi söz sahibi olur. Qərb dünyasında heç hüquqi prasuduralar olmadan da qadın ailədə və ictimai həyatda, hətta siyasi həyatda da , yəni, qadın istədiyi. maraq göstərdiyi sahələrdə də önə çıxmaq imkanına malikdir. Əslində qadınların bütün həyat sahələrində aktiv iştirakı cəmiyyətin demokratik əsaslarla inkişafının təntənəsi deyil. Hansı ki, Qərb cəmiyyəti gender məsələsini demokratiyanın düsturuna çevriblər.
Yaranışın təzahür və mahiyyətinin bir qərarda qalmasını şərtləndirən amillərdən (qanunlardan) biri də əksliklərin vəhdəti və mübarizəsidir. Dünya dediyimiz, kainat dediyimiz bu mövcudatın yaranmasında iki cür materialldan istifadə olunub. Ümumi şəkildə bu material müsbət və mənfi adlanır. Təbiətin varlığını mümkün edən amil eyniliklərin yox, əksliklərin vəhdəti və mübarizəsi adlanır. Bu əksliklərin həyatın məhvinə yox, həmişəyaşarlığına xidmət edir.
Gecənin gecə qaydaları, şərtləri var; gündüzün gündüz qaydaları və şərtləri var. Gecə və gündüzü bərabər qayda və qanunlarla idarə etmək üçün Avropa qaydalarından, qanunlarından istifadə etmək olar ?! Qadın fizioloji quruluşuna, hiss və duyğularına, təbii və estetik tələbatına, zatən zərifliyinə, incə və kövrəkliyinə, səlahiyyət meyilliyinə, fitri xarakterinə görə kişilərdən fərqlənirlər. Onların fərqliliyi genetik quruluşdan – ilahi meyarlardan irəli gəlir. Genetik fərqliliyi yaradan ALLAHDIR ! Gender bərabərliyini iddia edənlər isə Qərb dünyasıdır. Mən bunu Allahın işinə müdaxilə, yəni, insanları Allahın yox, öz qondarma “qanunları”ilə ifadə etmək istəyirlər…
Düşünmürlər ki, 124 min peyğəmbərin içərisində bir dənə də olsun qadın belə yoxdur. Ancaq, Şərq dünyasında qadınların məqamı, hörməti böyükdür. Məgər təsadüfidirmi, Məhəmməd peyğəmbər buyurub: “Cənnət anaların ayağı altındadır…”
Əxlaq dediyimiz bir məvhum var ki, Şərq təfəkkürünün qanıdır, canıdır. Biz Qərb həyatına bu prizmadan baxanda orada heç bir şey görmürük.
Adət ictimai yaşayış qaydasıdır. Elə qaydadır ki, sosial vəziyyətindən asılı olmayaraq qəbilə və tayfanın, xalqın mənıvi təlabatına uyğun gəlir, hamı tərəfindən sözsüz qəbul olunur, hörmətlə, məmuniyyətlə yaşadılır. Məhx bu keyfiyyətlərinə görə adətlər qanunlardan fərqlənir. Qanun dövlətin və ya bir qrup inhisarçının mənafeyinə uyğun yaradılmış məcmuru hərəkət qaydalarıdır və ya vasitələridir. Yəni, adət xalqın, millətin mənəvi-əxlaqi dəyərlərinə və tarixi ənənələrinə əsaslanan şüurun yaranmasına, inkişafına xidmət edirsə, qanunlar dövlət-əxlaqa, ayrı-ayrı qrumların inzibati amirliyinə xidmət edir.
Dövlət olmayan vaxtlarda, polis, həbsxanalar olmayanda cəmiyyət necə idarə olunurdu ? Dövlət olmayan vaxtlarda ictimai həyat normalarına, adət-ənənələrə qarşı çıxanların ən ağır cəzası ya ölüm, ya da qəbilə vəya tayfa üzvlüyündən xaric etmək idi. digər cəza növləri də olub: küsmək, xüsusi mərasimlərdən təcrid etmək, xeyr-şər məclislərində təkləmək, ictimai nifrət, ictimai məzəmmət və s.
Adət və ənənələrimizdəki dəyişikliklər milli-əxlaqi dəyərlərimizin qiymətdən, keyfiyyətdən düşməsi deməkdir. Hər kəs bilməli, yadda saxlamalı, özündən sonrakı nəslə bəyan etməli, vəsiyyət etməlidir . Ailə əxlaqımız canmız, vətən əxlaqı ruhumuzdur! Türkçülüyün məqamı, fəxarəti bundadır ! bunlardan hansının birinci, hansının ikinci olması haqqında nəsə söyləmək sağ və ya sol gözün müqayisəsi kimi bir şeydir.
Oğuzların Tanrıdan üç diləyi olub… onlardan biri belədir :”EY TANRI, SƏN MƏNİM XALQIMI YALAN DANIŞMAQDAN HİFZ ELƏ!”
Yalan danışmaq -əxlaqsızlığın iyrənc formalarından biridir.
Bilə-bilə, utanmadan-qızarmadan yalan söyləmək adamı söyməkdən, təhqir etməkdən betərdir. Savadsızı savadlı kimi göstərmək, təqdim etmək, səsi olayanı müğənni kimi tərif etmək , ləyaqətsizləri sözlə, vəzifə ilə məqama yüksəltmək ictimai mahiyyət kəsb etməyən hadisələr haqqında bol-bol efirdən məlumatlar vermək və ya mətbuatda yazı yazmaq, milli şüuru yalana vərdiş etdirmək siyasətindən irəli gəlir.
Əxlaq sözü geniş məvhumdur. Onda ehtiva olunanları şərti olaraq üç qismə ayırmaq olar. Hansı ki, onların hər biri haqqında səhifələrlə yazmaq olar…
1.ADƏT
Milli adətlərimizin keyfiyyətini, dəyərini, fərqliliyini aşağıdakı şərtlər müəyyənləşdirir:
1. AİLƏDAXİLİ MÜNASİBƏT. 2. VƏTƏNƏ MÜNASİBƏT. 3. İCTİMAİ MÜNASİBƏT. 4. SÖZƏ, DOSTA MÜNASİBƏT. 5. ƏMANƏTƏ MÜNASİBƏT. 6. QONAQPƏRVƏRLİK. 7. XEYİR-ŞƏR ADƏTLƏRİ. 8. TOLERANTLIQ. 9. DAVRANIŞ QAYDALARI.
2.ETİKA
Etika yunanca adət, xasiyyət deməkdir. Xidmət etdiyi sahə əxlaqdır. Etika haqqında yüzlərlə, minlərlə yazılar yazılıb. Mövzuya yanaşmada ideal variant yoxdur. Mənim fikrimcə, etik davranış qaydalarını öyrənən, təhlil edən, sintezləşdirən və ictimai həyat üçün yararlılığını müəyyən edən bir çərçivədir, meyardır. Etik baxışlar sistemindəki müxtəliflik məhz müxtəlif təbii-coğrafi mühitdə formalaşmış müxtəlif fikir mənbələrinə əsaslanmalarının nəticəsidir. Söhbət milli keyfiyyətlərə xidmət edən davranış normalarından, qaydalarından getdiyi üçün onların bəzilərinin adını qeyd edirəm.
1.SÖZ SÖYLƏMƏK. 2. SALAM VERMƏK-ALMAQ. 3. BÖYÜK-KİÇİK MÜNASİBƏTLƏRİ. 4. MƏCLİS MƏDƏNİYYƏTİ. 5. SÜFRƏ MƏDƏNİYYƏTİ. 6. GEYİM MƏDƏNİYYƏTİ. 7. ETİRAF ETMƏK BACARIĞI.
Bu şərtlər müsbət mənada işlənəndə etik normaların meyarı kimi qəbul olunur. Əksi isə qeyri-etik davranışdır.
Əslində insan kimi digər sanlılardan fərqlənməyin yolu etik normalar çərçivəsində yaşamaqdır.
3.ESTETİKA.
Estetika yunan sözüdür – duyan, həssas deməkdir. Termin elmi ədəbiyyata 18-ci əsrdə gətirilib. Estetik fikir tarixinin isə təqribən 2500 il yaşı var. Estetik fikrin tarixi Şərq fəlsəfəsinə bağlıdır. Estetik duyğu və hisslərin kökləndiyi, formalaşdığı arqumentlər bunlardır : 1. GERÇƏK HƏYAT. 2. İDRAK. 3. ŞƏXSİYYƏTİN FORMALAŞMASI. 4. İCTİMAİ MÜNASİBƏTLƏR.
Şəxsiyyətin formalaşması gerçək həyatın neçə dərk olunmasından asılıdır. Bir qrup insan kollektivi belə vərdişi bəyənmir, rədd edir. Gerçəkliyin vərdiş və adət halında qəbul olunmasındakı müxtəliflik müxtəlif əxlaqi dəyərlərin yaranmasına səbəb olur.
Bütün insanlar eyni hiss və duyğulara malikdir. Ancaq, bu hiss və duyğulardan eyni cür istifadə etmirlər. Deməli, genoloji xüsusiyyətlərdə eynilik olsa da, nədən ləzzət almaq, nəyə həsrət çəkmək, nədən xoşlanmaq kimi keyfiyyətlər təbii-praktik vərdişlərin nəticəsidir. Məhz belə keyfiyyətlərə görə biz özümüzü fərqli, daha insani vərdişlərə malik hesab edirik.
Estetikada millilik deyəndə məhz duyğularımızdakı fərqli cəhətləri nəzərdə tuturuq. Natamam olaraq həmin xüsusiyyətləri qeyd edirəm : 1. İNSAN GÖZƏLLİYİNƏ ALQIŞ. 2. TƏBİƏTİN GÖZƏLLİYİNİ DƏRK ETMƏK, ONDAN ZÖVQ ALMAQ. 3. TƏBİİ SƏRVƏTLƏRİN YARANIŞINA HEYRAN QALMAQ, ONDAN VASİTƏ KİMİ İSTİFADƏ ETMƏK. 4. ƏMƏK FƏALİYYƏTİ – HALAL ZƏHMƏT.
Məqalədə çalışdım ki, milli əxlaqımızın spesifik cəhətlərini qabarıq şəkildə izah edim. Ancaq, mövzunun genişliyi buna mkan vermədi… Demək istədiyim sözləri məqaləyə sığışdıra bilmədim (məqalə qəzet üçün nəzərdə tutulmuşdu). Odur ki, dəyərlərimizi bir-bir , ayrı-ayrılıqda izah və şərh etmək lazımdır. Məsələn : atalar sözlərimiz və əxlaqımız, Din və dünyəvi adətlərimiz və əxlaqşmız, davranış qaydaları və əxlaqımız, toy adətimiz və əxlaqımız və s.
Məqamıdır, vaxtıdır bu mövzuların qələmə alınması. Kimi dindirirsən, sanki gileylənir – keçmiş hara, bu gün hara… Bu günlərimizi necə görürük ki, keçmişimizin arzusundayıq ?! Bizi narahat edən nədir ?!
Bərli-bəzəkli şadlıq sarayları, mobil telefonlar, kompyuter, yeni-yeni parklar, əyləncəsiz əyləncə proqramları, yəni, “yeniliklər” nə qədər desən var… Hər şey yaxşıdır… Bəs gözümüz niyə keçmişimizdə qalıb ?!
KEÇMİŞDƏ QALAN ƏCDADLARIMIZIN BİZƏ BƏXŞETDİYİ ƏMANƏTDİR – ƏXLAQ, ƏXLAQ !!!
Istifadə edilmiş ədəbiyyəatlar :
1) Ziyəddin Göyüşov. “Fəzilət və qəbahət”, Bakı,1972.
2) Aslan Aslanov. “Estetika aləmində2 bakı, 1987.
3) Seyid Müstəva Zari. “İslam və qərb mədəniyyəti” “NUR” 2002.
Tarixçi-tədqiqatçı Elşad Əmənov.