Elşad Əmənov haqqında

Əmənov Elşad Səfərəli oğlunu  Tanıyırıq-Tanıyaq! 1957-ci ildə Cəlilabad rayonunun Şatırlı kəndində ziyalı ailəsində anadan olub.1976-1978-ci illərdə Uzaq Şərq hərbi dairəsində həqiqi hərbi xidmətdə olub. Noyabr 1978 – sentyabr 1980 -ci illərdə Cəlilabad milis şöbəsində mühafizəçi işləyib.1986-cı illərdə ADU-nun tarix fakültəsini bitirib.1980-ci ilin oktyabrından pedaqoji fəaliyyətlə məşğuldur.Hal-hazırda doğma kəndi Satırlıda ixtisası üzrə müəllim işləyir.Tarixi – arxeoloji araşdırmalar onun əsas maraq sahəsidir.Pedaqoji fəaliyyətlə yanaşı ictimi-siyasi sahədə də fəaldır.

Əmək fəaliiyyəti dövründə 10 dəfə Fəxri Fərman və Fəxri Diplomla mükafatlandırılıb.1983-1985-ci illərdə topladığı arxeoloji materiallardan 150 ədədini “Pionerlər evi”nə, 2008-2015- ci illərdə topladığı 500 ədəd arxeoloji nümunələri Cəlilabad rayon Tarix – Diyarşünaslıq muzeyinə əvəzsiz olaraq təhvil verib.Hal-hazırda 300 nümunəni tədqiqat üçün ev şəraitində saxlayır.Apardığı axtarışlar nəticəsində 5 müxtəlif yazı qrafiki olan daş salnamələr tapıb. Onlardan biri (42 yazı-işarəsi olan sənduqə) dünya əhəmiyyətli mədəniyyət nümunəsidir. Həmin yazının qrafiki və mətni hələki məlum deyil…Altı övladı, doqquz  nəvəsi var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir