Eşqlə, məhəbbət
Məcnun nə, Leyli nə? – dedilər ki, onlar Eşqə, məhəbbətlə divanədirlər. Məhəbbət arada qalmış, Eşq həsrətə qalxmış, eşq məhəbbəti divanə salmış. İki sevənlər biri – birindən uzaqda qalmış.
Məhəbbət nə dəyər, nə də ki, qiymətdir. Onun dəyər – qiymətini sevənlər bilər. Məcnunlar, Kərəmlər, Sə`nanlar bilər. Sevgini deyənlər bilər, bir də sevgini bilənlər bilər. Məcnunlar, Kərəmlər, Sə`nanlar bilər…
Məhəbbət yenə də sevgisin deyər, ruhumuz səmalarda eşqlə bir də birləşsin deyər…
***
İkili pıçıltı
Məni “ mənlə “, sənə dedilər. Səni “ sənlə “, mənə dedilər.
Deyənlər bizi, biri – birimizdən dedilər.
Deyənlərə baxdıq, heç sevdamıza baxmadıq. Arada olan deyənlərə baxdıq.
Deyənlər arada qaldı biz biri – birimizdən uzaqda qaldıq. İstəklərimiz aradayikən, özümüzlə özümüz uzaqda qaldıq.
Daha deyənləri görmədik, biri – birimizdən uzaqlığı gördük.
Məni səndən, səni məndən “ daha uzaqlaşdılar “ – dedilər.
O sevgi ilə, məhəbbət uzaqlaşmadı həsrətə döndü, aramızda qaldı.
Məni səndən, Səni məndən, bizə – bizdən, bizi – bizdən deyənlər, mövzu edənlər arada qaldı…
Vahid Rzayev