Fəxriyyə Rzayeva “Mən bilməmişəm…”
Nə xoşdur yar uğrunda sürünmək
Bir qəlbdə iki olub qoşa döyünmək
Ey can, saf eşqə sevinclə bürünmək
Canı can edərmiş, mən bilməmişəm…
Oğuldur eşqin dəyərin vaxtında qanan
Sevdiyinin başına yalansız dolanan
Ey can, yar gözlərində həyat tapan bir cavan
Eşq üçün candan da keçərmiş, mən bilməmişəm…
Əzabla sürünərsən yarsız günə göz bağlarkən
Olmaz bir çarən, eşq yarasını dağlarkən
Ey can, gözlərinə həsrət doldurub ağlarkən
Ürək də göz yaşını içərmiş, mən bilməmişəm…
Sevdinsə, bil həsrət qalarsan yatmağa
Yetməz güc, yar yoxluğınu atmağa
Ey can, ili – ilə qatıb unutmağa
Ömürdə yetməzmiş mən bilməmişəm…
Eşq ya tutar gülünə, ya tutar daşına
Sevgidir bu, baxmaz yaşlı, cavan yaşına
Еу саn dostu, yoldaşı yığsanda başına
Yarsız həyat keçməzmiş, mən bilməmişəm…
İnan ki, hər şey gəldi gedərdi
Ayrılıq min ölümdən betərdi
Еу can, canını çıxarsa da eşq dərdi
Bu dərd heç bitməzmiş, mən bilməmişəm…
Bax ki, yaşayaraq ölməkdir çətini
Ayrılıq bir anda yoxa çıxarar neçə ilini
Еу can, eşq lal etdikcə dilini
Özü də dinməzmiş, mən bilməmışəm…
Necə də azaddır eşqin səması
Hərçənd ki, olsa da bir çox əmması
Еу can, gözlərindən yarın siması
Heç getməzmiş, mən bilməmişəm…
Bəsdir, əl çək, mənliyini daşlamaqdan
Göz yaşıyla, qürurunu yaşlamaqdan
Еу can, bezsə də ruhun hətta yaşamaqdan
Yardan heç bezməzmiş, mən bilməmişəm..
Kim deyir zamanla yaraların gedəcəyini ?!
Ayrılığı yaşayıb, sonra desin deyəcəyini!
Ey can, ürək çaşıb ayrlıqdan nə edəcəyini
İnan ki, bilməzmiş mən bilməmişəm…
Eşq hərdən duman edər başını
Nursuz edər getdikcə, göz qaşını
Ey can, ağlayıb axan göz yaşını
Heç kəs silməzmiş, mən bilməmişəm…
Bəzən tanıya bilmərsən səni səndən alanı
Sevməklə gətirərlər özləriylə yalanı
Ey can, sevgidən məhv olanı
Həyatda sevməzmiş, mən bilməmişəm…
Fəxriyyə Rzayeva
“AqRa” EİDİB – in üzvü