Fikrət Əliəkbər oğlu Kazımov

(Fikrət Kazım)
    15 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1978-ci ildən, orta məktəbin 10-cu sinifini və texniki-peşə məktəbini bitirdikdən sonra “Azərelektroterm” istehsalat birliyində fəhlə kimi başlayıb. 1979-1981-ci illərdə Sovet ordusu sıralarında xidmət etdikdən sonra həmin zavodda işini davam etdirib. 1982-ci ilin noyabrında Azərbaycan Dövlət Universitetinə hüquq fakültəsinin əyani tədris formalı hazırlıq şöbəsinə daxil olmuşdur.

           1988-ci ildə universiteti bitirdikdən sonra 11 ildən artıq Azərbaycan Respublikasının dövlət hakmiyyət və icra orqanlarında çalışmışdır. 1993-cü ilin iyunundan  2001-ci ilin mart ayına qədər (azmüddətli fasiləylə) Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertiza məsələləri şöbəsində məsləhətçi vəzifəsində işləyib. İctimai həyatda fəal iştirak edib: zavodda, orduda və universitetdə komsomol təşkilatlarında fəaliyyət göstərmişdir, Prezident Aparatında həmkarlar ittifaqının sədr müavini olmuşdur. 2006-2007-ci ildə Pirşağı Bələdiyyəsi və “Qanun” jurnalında işləmişdir. Jurnalda çalışarkən Azərbaycan Respublikasının Cinayət və Əmək Məcəllələrini rus dilinə tərcümə etmişdir.

          1970-ci ildən şeir yazır, ayrı-ayrı illərdə “Pionerskaya pravda”, “Komsomolskaya pravda”, “Azərbaycan gəncləri” qəzetlərində, “Məşəl” zavod qəzetində, universitetin qəzetində, “Azad Azərbaycan” və “Yeni Lider” qəzetlərində çap olunub. Tərcümə fəaliyyəti ilə də məşğuldur. 2009-cu ildə öz vəsaiti ilə ilk böyük əsərini – “Tövbə” poemasını nəşr edib.
    “Yeni Azərbaycan” partiyasının üzvüdür. Bir oğlu var.

 

QƏSİDƏ

Rəhimli Yaradan, Rəhman Allahım!
O böyük adınla boldur sabahım!
Mən aciz, günahkar Sənin bəndənəm,
Tövbəmi qəbul et, ey Qibləgahım!
Bu  Mövlud günündə Sən eşit bizi,
Ey Təvvab, ey Rəzzaq, ey ixtiyarım!
İslamın əsası-Touhid, iman,
Sənə sarsılmazdır əhdi-peymanım.
İslamın ələmi-qardaşlıq rəmzi,
Ya müslüm qardaşım, birdir imanım!
Bəşər övladına Rəsul – Əkrəmdən
Ən böyük ənamı – Şərif Quranım!
Ya Həzrəti Peyğəmbər! Quranın, Sünnən-
Həm mənim qılıncım, həm də qalxanım.
Ən böyük Cihadım – nəfsimə qarşı,
Son nəfəsimədək gedər Cihadım.
İslamın mənası – həyat eşqidir,
Fikirsiz, zikirsiz puçdur həyatım.
Ey Həyat! – Allahın böyük neməti:
Mən onun mehmanı, o – padışahım.
Həyatımın mənası – Məhəbbət və Eşqdir!-
O mənim ən uca adım və tacım.
İslamın birliyi – güclü elmdə,
Ya elmin qapısı, Əli İmamım!
“LA İLAHƏ İLLƏLLAH !” – cənnət açarı
Dilimin ucunda, Sübhanallahım!
Namazım – qılıncdır, Oruc – qalxanım,
Damarda boğulub artıq şeytanım.
Oxumaq, dərk etmək – Fikrətin gücü,
Şüara hörmətini, yəqin, qazandım.

05-06 may  2004-cü il,    20-21  avqust 2009-cu il, 18.09.2011, 18.09.2012

Azərbaycan Respublikasının
     Müstəqillik Bayramına həsr olunur
20 il

  Əbədidir Müstəqillik!

Çox dərd çəkib yurdum – obam,
Əyilməyib atam-babam,
Müqəddəsdir Quran, kəlam,
Sarsılmazdır bizim birlik,
Əbədidir Müstəqillik!

                                         Mən dərdliyəm: Qarabağım,
                                         Mənim yaram, mənim dağım,
                                         Işğaldadır; gələr çağım:
                                         Xankəndini gördük, gəzdik,
                                         Əbədidir Müstəqillik!

Iyirmi ildir – başın üstə,
Azərbaycan, yaşın üstə,
Azadılğın daşın üstə,
Nə şirindir iyirmi illik –
Əbədidir Müstəqillik!

                                          Ulu xalqım! Mərd oğullar
                                          Axıracan  hey vuruşar.
                                          Ürəyimdə bir arzum var:
                                          Biz Şuşanı azad etdik!
                                          Əbədidir Müstəqillik!

Sülh istəyir mərd adamlar –
Həsrət çəkən bu qaçqınlar.
Bir gün səbr birdən paltar
Və qazilər olar çevik.
Əbədidir Müstəqillik!

                                           Qərb “partlayır”, Şərq “oynayır”,
                                           Şimal “gülür”, Cənub “yanır”,
                                           Terakt bizi qorxuzmayır:
                                           “Ləzzətini” çoxdan bildik.
                                           Əbədidir Müstəqillik!

Dahi rəhbər, Ulu Öndər,
“Bakı – Ceyhan” – aydın səhər,
Böyük strateq – ölməz Heydər,
Ilhamı da – dərin bilik.
Əbədidir Müstəqillik!

                                        Getməliyik biz irəli!
                                        Avropada olduq bəlli,
                                        BMT-nin sülh əzəli,
                                        Siyasəti dolğun, müdrik,
                                        Məhz ilhamla biz sevindik!
                                        Əbədidir Müstəqillik!
                                        Əbədidir Müstəqillik!!!

                                                                  

                 Keçdi əsrin dörddə biri.

Keçdi əsrin dörddə biri.
Aramızdan gedənlər var…
Amansız vaxt! Asta yeri –
Bu Həyatı sevənlər var.  

Hər il bazar günü mayda
Biz görüşə yığışırıq,
Bu səmimi, gözəl anda,
Yaxınlığa çalışırıq.

Həyatında bizdən hər kəs
Keşməkeşli bir yol keçib.
Yaşamadıq əksər əbəs,
Hamı zəhər və bal içib.

Qəm etmə dostum: saçında
Dən yağışı həqiqətdir.
Dostluğumuzun tacında
Bu işarə – sədaqətdir!

Demirik ki, qocalmışıq:
Gözlərimiz zirək baxır.
Axirətlə anlaşmışıq,
Hər kəs öz axırına axır.

Nikbin olun! Fikrət üçün
Odur məqsəd-amal-təqva.
Hələlik ki, yeyib-için,
Bir-birinə edin dua!

18.05.2013
                                 Fikrət Kazım

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir