Fikrət və Vahid Rzayev qardaşlarının “BÖYÜK YARADAN və “Yaranış” haqqında yazdıqları kitablara mənim münasibətim.

1961 – 1967-ci illərdə Əkbər Ağayev adına Naxçıvan şəhər internat məktəbində bizə fizika-riyaziyyatdan dərs deyən Qonça Tarverdiyeva MU ALİM məmizin Ona təqdim etdiyimiz Kitablar barədə rə’yi:
 
Fikrət və Vahid Rzayev qardaşlarının “BÖYÜK YARADAN və “Yaranış” haqqında yazdıqları kitablara mənim münasibətim.
 
    Mən göstərilən kitabları diqqətlə oxudum və bu qənaətə gəldim ki, Naxçıvan torpağı doğrudan da dahi insanlar məkanıdır.
    Xüsusilə 3 hissədən ibarət olan “Yaranış haqqında söhbət” kitabı daha tə`sirlidir. Kitabda yaranışın YARADANDAN olduğu aydın əks olunmuşdur. Belə ki, dünya həyatı ilə qayıdış dünyamızın əlaqəli olduğu, ölümün olmadığı, yaranışın yenidən əvvəlki məkanına qayıdışı, özünün özünə qayıdışı dəqiq izah edilmişdir.
    YARADAN Öz İşıq payından hər bir insana müəyyən miqdar göndərməklə onun yaşamasını tə`min etmişdir. Bu İşıq payı ardıcıl deyil, hissə – hissə göndərilmişdir. Onun İşığı ilə bütün kainatlar işıqlanır və qidalanırlar.
    Bizim qalaktikada bütün planetlər Günəş ətrafına fırlanır, Günəşin işığı tükənməzdir, O YARADANIN İşığı ilə işıqlanır. İşıq payının porsiyalarla verilməsi isə, atomun şüalanması ilə üst – üstə düşür. İşıq zərrəciklər selindən ibarətdir. Atom şüalanan zaman müəyyən miqdar enerji alır və ya verir.
    YARADAN isə, öz İşıq payını nə qədər verirsə, o qədər də alır.
    Kitablarda YARADANIN Deyimlərindən çox istifadə edilmişdir:
    “Boz, sıx məkanlar arasına İşıq saldım, İşıqlı etdim, İşığımı iki səmtə saldım. O işıqdan kainatlar yarandı.” Və ya “Yaranış adi odla deyil, işıqladır; planetlərin mərkəzi nüvə ilədir, ağ işıqladır, odla deyil.”
    Vahid Rzayevin yazdığı kitabları oxuyarkən elə hesab edirsən ki, bu şəxs həm riyaziyyat, həm fizika, həm astronomiya elmlərini mükəmməl bilir. Bu kitablarda ən maraqlı cəhətlərdən biri də BÖYÜK YARADANIN elmə verdiyi qiymətdir.O, kainatlara aid xüsusiyyətlərin öyrənilməsində riyaziyyat, fizika, kimya elmlərinin tətbiq edilməsini ÖZÜNƏMƏXSUS TƏRZDƏ İZAH EDİR.
    Rzayev qardaşlarının yazdıqları bu kitablarda Yer üzünə gəlmiş peyğəmbərlərin insanlar üçün etdikləri müqəddəs işlərdən bəhs edilir. O, cümlədən Zərdüşt Peyğəmbərin texniki fənlərə aid verdiyi tövsiyyələr olduqca mühümdür. Onun verdiyi 9 –luq sistemə aid yazılanlarından Avropa ölkələri də istifadə etmişlər.
    Kitabda qöy cisimlərinin öyrənilməsi üçün orta məktəblərdə astronomiya fənninə də az yer verildiyi öz əksini tapır. BÖYÜK YARADANIN, Kainatın dərk edilməsi yollarından biri də bu elmdədir.
“Yaranış” kitabında müxtəlif alimlərin fizika qanunları haqqında irəli sürdükləri nəzəriyyələrin bilavasitə YARADANDAN yarandığı aşkar qeyd olunur. Kitabda demək olar ki, həyatın bütün sahələrinə toxunulmuşdur.
    “Var olandan, var olmuşuq” kitabında Vahid Rzayev ana məhəbbəti, ata sevgisi, vətənpərvərlik, dialektika, ekologiya, təbabət və sair haqqında öz dəyərli fikirlərini aşkar şəkildə əks etdirmişdir. Eyni zamanda burada Azərbaycanın müxtəlif yerlərində olan müqəddəs ziyarətgahları xalqımıza çatdırmışdır.
    Bu kitabda Azərbaycanın adət və ənənələri geniş şərh edilmişdir.
    Müəllif öz yazılarında din və İlahiyyat məsələlərinə geniş yer vermişdir. O YARADANIN Tək olduğunu, şəriksiz olduğunu izah edərək insanların, bəşər övladının dinin qorunmasına xidmət etməsini istəmişdir.
    Kitablarda şərh olunan məsələlərin olduqca böyük tərbiyəvi əhəmiyyəti vardır. O, insanları Paklığa, Saflığa, sevgi və məhəbbətə, birliyə çağırır, müharibələrin yer üzündən silinməsini təbliğ edir. Paxıllıq, xudpəsəndlik, yalançı, bir – birinə qarşı qəddarlıq və sair lazım olmayan işlərdən uzaq olmağı məsləhət görür.
    Oxuduğum kitabların hamısında dünyanın, bütün qalaktikaların sahibi Tək YARADANDAN söhbət gedir: Xoşbəxtik! Böyük Xoşbəxtlikdir. Allahın dünyası var, dünyanın Allahı var, bütün bəşəriyyət ONA məxsusdur.
    Biz fəxr edirik ki, Naxçıvan torpağı belə insanları yetişdirib. Allah belə insanları bizə bəxş edibdir.
    Aldığım mə`lumatlardan çox məmnun oldum.
 
    Fizika – riyaziyyat üzrə metodist müəllim 
Qonça Həsən qızı Tarverdiyeva 5.04.37-29.07.24.
 
P.s Qonça Xanımın bu Önəmli rə’yini 21.09.2023 -cü il tarixində ONUN ÖZÜNÜN Xahişi ilə “AqRA” EİDİB -nin İH -nin Sədri Mirələkbər Seyidov Vahid Rzayevin (22.04.1947 – 21.09.2018) dünyasını dəyişməsinin 5 illiyinə dəng gələn 3 Kitabının təqdimat mərasimində (aşağıdakı videonun sonunda) səsləndirmişdir:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir