Gəlin Köçərkən, “Vağzalı” Sədası, ifa olunur…

Bu Həyatda elə Sözlər, elə Kəlmələr, elə Hecalar var ki, onlar Mə’naları, Fikirləri, Nəticələri, açıqlayıb, aydınlaşdıra bilirlər!

Elə Həndəsi Quruluşlar var ki, onlar göz önündə, Formaları, Tutumları, Ölçüləri, Həcmləri, Təmsil edirlər!
Bu Həyatda elə Musiqi Sədaları, elə Musiqi Janrları var ki, onlar da, Duyğuları, İstəkləri, təəssüfləri, ifadə edirlər!
Bütün Musiqi Janrlarında, bir Şe’riyat, bir Qəzəl, bir Rübai, bir Həsrət, bir Giley, bir İstək Sədaları, eşidilir!

Ritmik musiqi janrına, Rəqs musiqilərinin hamısına, Valslara, diqqətlə qulaq asıb, dinlədikdə də, onların Musiqi Tərkibində, bir giley, bir həsrət eşidilir!
Baxmayaraq ki, o musiqi Janrları, Ritmik ardıcıllıqda, Şadlığı, Sevinci ifadə edirlər!
Amma ki, Azərbaycan Toy məclislərində, Gəlin köçürülərkən, mütləq “Vağzalı” adlı, musiqi Sədası, eşidilməlidir!
Çox maraqlıdır, niyə o, həmin Vağzalı sədası, səslənməlidir? 
Başqa musiqi Sədası, başqa musiqi Səsi, eşidilsə, olmaz? 
Mütləqdir ki, “Vağzalı” səslənməlidir, elə Vağzalı da, Səslənir!
Toy yığıncağının sonunda, O, musiqi Sədası eşidilən kimi, Ana doluxsulanar, Ata doluxsulanar, Gəlin doluxsulanar, Bəy isə, sakit dayanıb, o, Vağzalı sədasını dinləyər!
Çünki, Ata – Ana ailəsindən, evindən, Bəy evinə, Gəlin köçür!
Ata – Ana, bunun üçün, doluxsulanar, kövrələr!
Amma ki, o, Gəlin, heç də, başqa yerə yox, Ailədən – Ailəyə, köçür!
Ata-Ananı, o, Toydakıları, O, “Vağzalı Sədası”, Duyğulandırar!
“Vağzalı” Sədası, Duyğunun, Sədasıdır!
Azərbaycanda Toy Şənliklərində səslənən, “Vağzalı” musiqi sədasının İlk İfaçısı Naməlum, Bəstəkarı Naməlum, o, Sədanı səslənmə Tarixi, ilki Naməlum!
O, Vağzalı sədasında, Mətn yox ki, Duyğu Sədasi, var!
O, Duyğu Melodiyasıdır!
O, Duyğu Melodiyasının, Özü var! 
O, incə Duyğunu, sözlə, cümlə ilə, ifadə edilməsinə, Mətn sığmaz, ona Söz sığmaz, ona Sözlər, tapılmaz!
Çünki, Duyğunu, bütün Duyğuları, Sözə, Hecaya ayırmaq, çox çətindir!
O, Duyğuları, Musiqi səsində səsləndirmək isə, duyğunun Özünü, Duyğulandırır!
Toy yığıncaqlarında, iştirakçıların, iki nəfərin, bir cütün müxtəlif Ritm sədası altında, rəqs etmələrinə diqqətlə baxdıqda, belə bir təəssürat yaranır ki, Rəqslə onlar, biri-birindən, ayrılmaq istəmədiklərinin, simvolu, göstəricisini, Bəylə – Gəlinə, bir bildiriş, bir Tövsiyyə, tə’siri bağışlayır!
Amma, həqiqətdə, toylarda ifa onunan bütün rəsq növləri ilə, Bəyə – Gəlinə pıçıldamaq istəyirlər ki, “Ayrılmayın biri-birinizdən!”. 
Hər rəqsin mə’nasında, ifadə olunan, “bir cütlük kimin, ayrılmayın biri-birinizdən”, xarakteri daşıyır!
Yoxsa, Toy yığıncaqlarında, niyə Musiqi Sədaları ilə, Rəqslər edilir ki?
Rəssamın, rəsm əsəri, Rənglərin, Duyğu Dünyasıdır!
Qəzəlxanın qəzəlləri, Mə’na, Məntiq Dünyasının, Duyğusudur!
Rübailərin Tərtibatı Dördlükdə, fikrin, Düşüncənin çox Konkretliyinin, Duyğusudur!
Klassik musiqidə, ümumiyyətcə musiqi janrında, termində, “Vazqa”, termini var!
Musiqi Bəstəkarları, “Vazqa” terminini, yaxşı bilirlər!
Musiqi janrında, “Vazqa” – kənarlaşma, uzaqlaşma, ayrılma, uzaq səfərə getmə, bir yerdən, başqa bir yerə getmə, kədərlənmə, anlamını ifadə edir!
Bəlkə də, Azərbaycan Toy yığıncaqlarının sonunda səslənən, “Vağzalı” (Vazqa), Sədası, həmin Musiqi Terminində, bir yerdən, başqa bir yerə, yer dəyişmə kimi, musiqi Səsində, bir Duyğunun, Səs təmsilçisi kimi, Səslənməkdədir!
Çünki, dəmir yol stansiyalarının adı da, “Vağzal” kimi, ifadə olunur!
Dəmir Yol, stansiya qovşağının Dünya üzrə bir adı səslənir, “Vağzal!”.
Dəmir yol stansitalarlndan da, Qatarlar ayrılır!
Qatarlar da, Müxtəlif İstiqamətlərdə, insanları, bir yerdən, başqa bir yerə, daşıyır, köçürür!
Vazqa da, Vağzal da, Vağzalı da, bir mə’na anlamı daşıyır, bir yerdən, başqa bir yerə getmək, ayrılma məqamı, ayrılma, Vağzaldan, Vağzalıdan başlayır!
Gəmilərin, sahildən ayrılma yeri, “Liman”.
Təyyarələrin uçuş yeri, Hava “Limanı”.
Yer altı, sərnişin daşımaları, Qatarların hərəkətinə, “Metro stansiyaları”.
Kosmik gəmilərin, yerdən ayrılma sahəsi, Kosmodrom” adlanır!
Yuxarıda deyilənlər də, o Limanlar, o, Stansiyalar da, Ad daşıyırlar!
Amma, Gəlin köçəndə, Duyğu Səsi, Duyğu Sədası, “Vağzalı” Səslənir, “Vağzalı”, Adlanır!
Bir evdən, bir Məntəqədən, başqa bir Məntəqəyə, səfər Başlanır, səfər Başlayır!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir