Gəmiqaya-Qobustan mədəniyyəti

1.1Mövzunun aktuallığı

Azərbaycan prezidenti İlham Əliyevin «Qobustan Dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» 11 iyun 2007-ci il tarixli sərəncamında göstərilir ki. Qobustan Azərbaycan xalqının Milli sərvətidir.

    Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən Milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması Sərəncamda xüsusi olaraq vurğulanır.

    Bu, Azərbaycan xalqının Milli sərvəti olan Gəmiqaya-Qobustan abidələrinin, xüsusən də onların mərkəzində dayanan qayaüstü rəsmlərin yenidən, kompleks şəkildə öyrənilməsinin başlanması deməkdir.

    Bunun üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

Öncə: Gəmiqaya-Qobustan qaya təsvirlərinə münasibət dəyişilməlidir. Bu sahədə ilk tədqiqatlar, o cümlədən 1970-ci illərdən bu günədək çap olunmuş kitablar, albomlar, bukletlər, plakatlar yenidən nəzərdən keçirilməli, elmi inkişafın tələbinə uyğun geniş müzakirə olunmalı və yenidən redaktə edilməlidir. Gəmiqaya və Qobustan haqqında əvvəllər çəkilmiş sənədli kinolentlərdə yol verilmiş nöqsanlar təhlil və islah edilməlidir.

    Gəmiqaya-Qobustan qaya rəsmləri çox zəngin və çox qədim bir mədəniyyətin izlərini yaşadaraq bu günümüzə çatdırmışdır. Bu rəsmlər-abidələr XX əsrin 30-cu (Qobustan) və 60-cı (Gəmiqaya) illərində aşkar edilmiş və onların tədqiqinə başlanılmışdır. Ötən müddətdə arxeoloji tədqiqatlarda bir sıra uğurlar qazanılmış və geniş elmi-ictimai maraq kəsb etmişdir.

    Bununla yanaşı, Gəmiqaya-Qobustanın tədqiqinin ilkin mərhələsi artıq başa çatmışdır. Amma həmin mərhələnin ciddi səhvləri hələ də öz qüvvəsində qalır və bu möhtəşəm abidələr kompleksinin bütöv halda öyrənilməsinə, həqiqi elmi, tarixi dəyərinin üzə çıxarılmasına əngəl törədir.

    1970-ci illərdə Qobustana belə qiymət verilmişdir: «Qobustan rəsmləri ibtidai insanların, ovçuların və çobanların əl işləridir». “Bu rəsmlər heç bir mə`na güdmədən asudə vaxtlarda çobanlar tərəfindən çəkilmişdir. Həmin üslubda şəkil çəkmək qaydası Qobustan rayonunda XIX əsrin sonlarına kimi, bəzi hallarda isə son zamanlara qədər qalmışdır”. (4.29.S.5.17.,3.339.)

    Bu yanlış “qiymətin” Qobustana heç bir aidliyi yoxdur.Qobustanda  belə uydurma “çoban üslubunda” heç bir rəsm çəkilməmişdir. Qobustan ali mədəniyyətin nümunəsidir.

    Əlbəttə ki. Qobustanın ibtidai, daş əmək alətləri dövrü də olmuşdur.

    Bir də Qobustanın qayaüstü təsvirlər dövrü olmuşdur. Qobustan yalnız qayaüstü təsvirlərinə görə Qobustandır. Bu qaya təsvirlərinin isə «daş əmək alətləri, ibtidai insanlar, ovçular və çobanlar»la heç bir əlaqəsi yoxdur.

    Dünyanın bir çox yerlərində: Sibirdə. Cənub-Şərqi Asiyada, Avropada, Amerikada və Afrikada qaya rəsmləri aşkara çıxarılmışdır. (6.4). Onların bir qismi Gomiqaya-Qobustanla müəyyən zahiri oxşarlığa malik olsa da, fərqli cəhətləri çoxdur. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamında xüsusi olaraq nəzərə çatdırıldığı kimi, dünyanın heç bir yerində qaya təsvirləri Qobustan və Gəmiqaya qədər zəngin deyil. Gəmiqaya və Qobustan həmin abidələrdən özünün vahid ideya xətti, forma və məzmun zənginliyi ilə fərqlənir.

    Gəmiqaya-Qobustan dünya incəsənətinin şedevrlərindəndir. Heç bir çoban çomağı, ovçu aləti ilə belə yüksək sənət inciləri yaradıla bilməzdi.

    Gəmiqaya-Qobustan rəssamlarının qayalara, dağların belində vulkan daşlarına həkk etdikləri təsvirlərdə, yazılarda insanın həyatı, arzu və istəklərinin problemləri, etnosun adət və inamları, etik və estetik normalar, kainatın yaranması haqqında biliklər, yaşamağın şərtləri, təbiət qanunlarına real münasibət, atalar-oğullar məsələsi və s. əks olunmuşdur.

    Gəmiqaya-Qobustan rəssamları öz “daş kitablarını” e’tibarlı şəkildə şifrələmişlər, şifrələrdə əsas məzmun: Tanrıçılıq görüşlərinin təsviri və təsdiqidir. Təbiət qanunlarına əsaslanmış Tanrıçılıq-Yaradılış ideyası, xalqın-etnosun dünya düşüncəsi, cəmiyyətin harmoniyası, onun vahid sistemi Gəmiqaya-Qobustan rəsmlərinin ana xəttini təşkil edir.

    Gəmiqaya-Qobustan rəssamı işarələrlə işləmişdir. O, daş «kətan» üzərində hər millimetr sahənin qədrini bilmiş, ona qənaət etmişdir. O, daş üzərində işarələri çoxaltmaq yolu ilə təsvirlər çəkmiş, bir təsvirin konturları-cizgiləri ilə başqa təsvirlər də yaratmışdır. O həm rəssam, həm də işarəçi-əlifbaçı olmuşdur. O nə çəkirdisə yazı işarələrinin kombinə edilməsi metoduna əsaslanırdı. Bu metodu o özü yaratmışdı. O, hesab edirdi ki, hər işarə təbiətdə Tanrının qərarı ilə, hazır şəkildə mövcuddur: bunlar Tanrıdan gələn qanunauyğunluqdur.

    Bəs Gəmiqaya-Qobustan rəsmləri nə vaxt yaradılıb? İsaq Cəfərzadə Qobustan rəsmlərinin c.ə. VIII-VII minilliklərə, bə`zilərinin nisbətən yaxın dövrlərə: e.ə. VI-V-IV-III-II-I… minilliklərə aid olduğunu güman etmişdir.(7.85). Norveçli Tur Heyerdal Qobustan rəsmlərinin e.ə. XIV minillikdə çəkildiyini söyləmişdir.(5.17). Cəfərqulu Rüstəmov isə Qobustan rəsmlərinin e.ə. XIII-XV-XVIII və XXII minilliklərdən soraq verdiyini yazmışdır. (5.17).

    Gəmiqaya rəsmlərinə Vəli Əliyev e.ə. IV minilliyədək-yəni azı 6 min il yaş verir. (6.4). Abbas Seyidov Gəmiqaya rəsmlərinin e.ə. VII minillikdə burada qranit daşlara həkk edildiyini bildirir. (8.6).

1.2. MƏQSƏD VƏ VƏZİFƏLƏR:

Əsərin yazılmasında əsas məqsəd Azərbaycan ərazisində qədim mədəniyyətiın-unudulmıış sivilizasiyanın izlərini aşkara çıxarmaq və sistemli monoqrafik təhlil etməkdən ibarətdir. O cümlədən:

-Azərbaycanın qayaüstü təsvirlərinin şifrəsini açmaq və oxumaq:

-Qayaüstü təsvirlərin Azərbaycan ərazisində yayılma arealını müəyyən etmək;

-Qayaüstü təsvirlərin başlanğıc mərhələsini müəyyən etmək;

-Qayaüstü təsvirlərin qrafik quruluşunu, mə`na və məzmununu müəyyən etmək;

-Gəmiqaya rəsmləri ilə Qobustan rəsmlərinin müqayisəsini aparmaq, onları tutuşdurmaq və ümumi nəticəyə gəlmək;

-Gəmiqaya-Qobustanm, dünyanın müxtəlif regionlarında aşkar edilən qaya təsvirləri ilə müqayisədə əsas fərqlərini müəyyən etmək;

-Gəmiqaya-Qobustan rəsmlərinin leksikasını, tekstoloji mətnlərini üzə çıxarmaq və oxumaq;

-Gəmiqaya-Qobustan qaya təsvirlərinin hansı dillərdə yazıldığını aşkara çıxarmağa çalışmaq;

-Gəmiqaya-Qobustan rəsmlərinin Azərbaycana sonradan gəlmiş etnosların və bu torpağın ən qədim yerli sakinlərinin yaradıcılıq nailiyyətlərini əks etdirdiyini müəyyən etmək;

 

1.3. ELMİ YENİLİK:

-Gəmiqaya-Qobustan rəsmləri ilk dəfə elmi, tarixi-müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edilir;

-Bu qaya təsvirlərinin kompleks şəkildə və müqayisəli planda öyrənilməsi, monoqrafik tədqiqat kimi yenidir.

Gəmiqaya-Qobustan bu günədək elmə az mə`lum olan bir sivilizasiyanı təmsil edir; o. qədim yunan, hind, Misir, Şumer və b. sivilizasiyalardan ilkindir və özündən sonra gələn bütün mədəniyyətlərə-sivilizasiyalara çox güclü tə`sir göstərmişdir;

-Gəmiqaya-Qobustan mədəniyyəti bilavasitə Azərbaycan (türk) xalqına məxsusdur;

-Gəmiqaya-Qobustan mədəniyyətinin yaradılmasında e.ə. uzaq minilliklərdə Azərbaycan ərazisində yaşamış başqa etnosların da xidmətləri var;

-Tanrıçılığın əsas atributları ilk dəfə Gəmiqaya-Qobustan qayaüstü təsvirləri ilə müəyyən olunur;

Gəmiqaya Qobustan rəsmlərinə əsasən demək olar ki, Böyük daşqın və Nuhun gəmisi haqqında əfsanələr Azərbaycanda yaranmış və buradan dünyaya yayılmışdır;

-Azərbaycan qədim və mükəmməl fonoqrafik əlifbanın vətənidir;

Apardığımız təhlillər, müqayisələr subut edir ki, dünya əlifbalarının çoxu qədim Azərbaycan əlifbasından iqtibasla yaradılmışdır. O cümlədən; finikiya, yunan-latın, hind, slavyan-kiril, anqlo-saks, german, etrusk-iber, ərəb, erməni, mayya (Amerika) və b. qədim Azərbaycan Gəmiqaya-Qobustan mənşəlidir;

-Qobustanda daş üzərində çəkilmiş xəritələr Azərbaycanın qədim quru və dəniz sərhədləri, Aşina Xaqanlığı-Azərbaycanda ən qədim dövlət qurumu haqqında təsəvvür yaradır.

-Orxon-Yenisey Gəmiqaya-Qobustan mənşəli və onunla eyni sistemli əlifbadır; o, başlanğıç mərhələdə heç də 36 yox, Gəmiqaya-Qobustan kimi: 32 hərfdən: 9 sait və 23 samitdən ibarət olmuşdur;

-Gəmiqaya-Qobustan: Tanrıçılığın əlifbasıdır, bu da onun bütün başqa əlifbalardan əsas fərqini təyin edir;

1.4. TƏDQİQATIN METOD VƏ MƏNBƏLƏRİ:

-Monoqrafiya yazılarkən müxtəlif metodlardan istifadə olunmuşdur: tarixi-müqayisəli metoddan, tutuşdurma-qarşılaşdırma və təsviri metoddan. Mənbə: Gəmiqaya-Qobustan və onun əhatə dairəsində üzə çıxarılan qayalar, qranit daşlar üzərində əks olunan təsvirlər: yazılar, işarələrdir;

-Monoqrafiyada dünya yazı mədəniyyətinin və bir çox tədqiqatçıların: İ.Fridrixin, İ.Dyakonovun, İ.Yonsenin, S.Draçukun, Z.Kosidovskinin, A.Axundovun, B.Budaqovun, İ.Həbibbəylinin, N.Cəfərovun, Ə.Rəcəbovun, A.Malovun, A.Okladnikovun, O.Süleymenovun, V.Əliyevin, A.Seyidovun, T.Hacıyevin, Q.Kazımovun, Q.Məşədiyevin, B.Abdullanın, B.Allahverdiyevin və başqa müəlliflərin fikir və konsepsiyalarından mənbə kimi istifadə olunmuşdur.

 

1.5. TƏDQİQATIN NƏZƏRİ VƏ PRAKTİKİ ƏHƏMİYYƏTİ:

-«Gəmiqaya-Qobustan mədəniyəti» monoqrafiyası xalqımızın öz torpağının əzəli sakini olması, onun etnogenezi, qədim inam və adətləri, Azərbaycan dilinin qədim leksikası, qədim incəsənət, musiqi, yazı mədəniyyəti, etika və estetika, insansevərlik və s. məsələlərin öyrənilməsi və həlli üçün yeni imkanlar yaradır;

-Tədqiqatın materialları Azərbaycanda Tanrıçılıq ideologiyası, incəsənətin Gəmiqaya-Qobustan Qayaüstü yazılar metodu, elmin-xüsusən tibb elminin qədim izləri, daş üzərində yazılar, dilçilik, folklorşünaslıq, türkologiya. Azərbaycanşünaslıq və başqa sahələrdə yeni tədqiqatların meydana gəlməsində mənbə rolunu oynaya bilər;

-Əsər müstəqil Azərbaycanın beynəlxalq nüfuzunu, şöhrətini daha da artırmaq və onu qədim sivilizasiyalardan biri kimi tanıtmaqda yardımçı ola bilər.

-Monoqrafiya ali məktəblərin filologiya, tarix, arxeologiya, türkologiya, fəlsəfə, insanın anatomiyası, incəsənət tarixi, musiqi nəzəriyyəsi və b. fakültələrində tədris vəsaiti kimi istifadə edilə bilər;

-Milli Elmlər Akademiyasının müvafiq institut və şö`bələrində elmi işlə məşğul olan tədqiqatçılar, mədəniyyət işçiləri «Gəmiqaya-Qobustan mədəniyyəti» monoqrafiyasından faydalana bilərlər. Bir sıra başqa məsələlərin həllində də bu əsərdən istiqamət almaq olar.

 

1.6. TƏDQİQATIN OBYEKTİ:

– Monoqrafiyanın əsas tədqiqat obyekti Gəmiqaya-Qobustan qayaüstü təsvirləridir; bununla yanaşı Gəncə daşı, Kəlbəcər, Qəbizdərə (Zaqatala), Mingəçevir, Əhər (Təbriz), Hacıqabul, Pirallahı adası (Abşeron), Dəmirçilər (Naxçıvan), Nüvədi (Zəngilan). Şamaxı və Baykalətrafi qaya rəsmləri. Şumer. ‘‘Avesta”,Orxon-Yenisey, Mayya, Keçili – (Keçua,- Amerikada) abidələri də tədqiqatın obyekti olmuşdur.

 

1.7. TƏDQİQATIN APROBASİYASI:

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik, Nizami adına ədəbiyyat institutlarında, riyaziyyat və informatika institutunda, Bakı Dövlət Universitetində, Naxçıvanda: AMEA Naxçıvan bölməsində, Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində, Gəncə, Ağcabədi, Samux şəhərlərində keçirilən bir sıra görüşlərdə, beynəlxalq simpoziumlarda, konfranslarda Azərbaycan Yazıçılar Birliyində, bir sıra qəzet və jurnal redaksiyalarında və nəşriyyatlarda müzakirə edilmiş, müəllifin mə’ruzələri dinlənilmişdir.

Müəllifin tədqiqat mövzusunda «Gəmiqaya-Qobustan əlifbası» (2003) və «Noyev kovçeq i Qemiqaya Qobustanskiy alfavit» (2005) monoqrafiyaları, 100-dən qox elmi məqaləsi müxtəllif yerlərdə çap olunmuşdur. Televiziya və radio verilişlərində mövzu geniş təbliğ olunmuşdur.

 

MONOQRAFİYANIN QURULUŞU

«Gəmiqaya-Qobustan mədəniyyəti» monoqrafiyası 4 fəsil, nəticə və illüstrasiyalardan: qaya rəsmlərinin surətlərindən və cədvəllərdən ibarətdir.

Əjdər Fərzəli: “GƏMİQAYA-QOBUSTAN MƏDƏNİYYƏTİ” kitabından

Bakı,2008

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir