Görkəmli alim, şair, publisist Əjdər Fərzəlinin 80 illik yubileyi keçirilmişdir.

Görkəmli alim, şair, publisist Əjdər Fərzəlinin 80 illik yubileyi keçirilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin Cəfər Cabbarlı Komissiyası  EİDİB-lə birgə Görkəmli alim, şair, publisist Əjdər Fərzəlinin 80 illik yubileyi münasibətilə 23 may 2017-ci il saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təbdir keçirmişdir. Naxçıvan MR-nın Bakıdakı nümayəndəliyinin əməkdaşlarının, Ağcabədi rayon İH-nin, elm,
ədəbiyyat və mədəniyyət xadimlərinin, alimin yaxınlarının ,“AqRa” EİDİB-nin üzvlərinin,adi vətəndaşların iştirak etdiyi həmin tədbirdə Əjdər Fərzəlinin həyatı və elmi fəaliyyəti ilə bağlı bir
çox çıxışlar olmuş, əsərlərindən parçalar ifa olunmuşdur. Tədbirdə alimin araşdırmalarının elmi təsdiqinin tapması barədə: 2016-cı ildə Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı əsasında-Gəmiqayada aparılan əlavə elmi ekspedisiyanın nəticələri haqqında rəssam-sənətşünas Ziyadxan Əliyevin,Cəlilabad rayon Şatırlı kənd tam orta
məktəbinin tarix müəllimi Elşad Əmənovun və Türkiyə aliminin fikirləri maraqla qarşılanmışdır.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə yaxın günlərdə Ağcabədi şəhərində Əjdər Fərzəlinin adına küçə verilmişdir.
Əjdər Fərzəlinin araşdırmalarına dair tədbirdə söylənən fikirlərdən: Alim Gəmiqaya-Qobustan rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edib, bu qənaətə gəlmişdir ki, Gəmiqaya-Qobustan bu günədək elmə az mə`lum olan bir sivilizasiyanı təmsil edir.
O, sübut etmişdir ki, Azərbaycan qədim və mükəmməl fonoqrafik əlifbanın vətənidir və dünya
əlifbalarının çoxu qədim Azərbaycan əlifbasından iqtibasla yaradılmışdır. O cümlədən: Finikiya,
Yunan-Latın, Hind, Slavyan-Kiril, Anqlo-saks, Alman, Etrusk-İber, Ərəb, Erməni, Mayya
(Amerika) və başqa əlifbalar qədim Azərbaycan Gəmiqaya-Qobustan mənşəlidir. Alim sübut
etmişdir ki, ilk Azərbaycan əlifbası-Ana əlifbamız 32 hərfdən ( 9 sait və 23 samit) səsdən ibarət
olmuşdur. Məhz bu kəşf etdiyi əlifba sayəsində 440 sözü oxumuşdur. Əjdər Fərzəli bütün ömrü boyu özünü elmi axtarışlara həsr etmişdir. Uca Tanrı alimi xoş saatda yaradaraq, ona parlaq istedad , fenomenal yaddaş, bitib-tükənməyən səbir, iradə, yüksək daxili mədəniyyət, abır-həya və ən nəhayət bir körpə saflığı bəxş etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir