Gülnarə Qənbərova tərcümeyi-hal

Gülnarə Qənbərova Qəzənfər qızı 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-1980-cı illərdə Naxçıvan şəhəri Q.Vəzirov adına 6№-li, 1980-1982-ci illərdə Ə.Ağayev adına İnternat məktəbində təhsil almışdır. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstutunun (Me`marlıq və İnşaat Universiteti) Me`marlıq fakultəsinə daxil olub, 1987-ci ildə həmin instutu bitirmişdir.

1987-ci ildə təyinatla “Naxçıvanaqrosənaye” tikinti birliyinə me`mar kimi işə daxil olmuşdur. Burada işlədiyi müddətdə bir sıra layihələri Naxçıvan şəhərində, rayon və kəndlərində inşa edilib. Bunlardan “Sirab kəndində yay evləri”, “Aqrosənayetikinti idarə binası”, “Sağıcılar evi”, “Ərzaq mağazası”, bir sıra fərdi yaşayış evləri və s. 1995-ci ildə Naxçıvan şəhər İcra hakimiyyətinin Me`marlıq və tikinti şöbəsinə me`mar kimi dəvət olunmuş və burada 2014-cü ilədək me`mar-mühəndis kimi çalışmışdır. Burada işlədiyi müddətdə bir sıra layihələrin müəllifi olmuşdur. Bu layihələrə-şəxsi sahibkarlar üçün Ofis binaları, Benzindoldurma məntəqələri və s., şəhər sakinləri üçün yaşayış evləri, bir sıra bazar layihələri, mağaza layihələri ilə yanaşı, şəhərin abadlaşdırılmasında “Qızlar Bulağı” kompleksinin (me`mar Azər Nəsirli ilə birlikdə) bərpaçı me`marı, Naxçıvan Dövlət Universiteti şəhərciyinin, “Dədə Qorqud” parkının müəllifidir.

Naxçıvan şəhər Nazirlər Kabineti və me`marlıq ofislərinin xətti ilə keçirilən bir sıra yarışmaların qalibi olaraq I və II yerlərin mükafatına layiq görülmüşdür. 2003-cü ildən Azərbaycan Me`marlar İttifaqının, 2016-cı ildən Naxçıvan Me`marlar birliyinin üzvüdür.

Əmək fəaliyyəti ilə yanaşı 2003-cü ildən elmi araşdırmalarla məşğul olur. 65-çox elmi məqalənin, 3 dərs proqramının, “Naxçıvan abidələrinin ensiklopediyası” kitabının həmmüəllifidir.

4 dərs kitabı və bir monoqrafiyası çapa hazırlanmışdır.

Hazırda Naxçıvan Dövlət Universitetində “Me`marlıq” kafedrasının müdiri vəzifəsində çalışır. 2009-cu ildə Azərbaycan me`marlıq və İnşaat Universitetinin Me`marlıq fakultəsində Akademiyanın müxbir üzvü Cəfər Qiyasının rəhbərliyi ilə “Azərbaycan me`marlıq və xalçaçılığında ornament motivlərinin ümumi prinsipləri (XI-XVIII əsrlər) adlı dissertasiya işini müdafiə etmişdir. Kafedranın Dosenti, Me`marlıq üzrə fəlsəfə doktorudur. 2015-ci ildən “İslam dövrü Türk me`marlığında motiv və üslublar (Orta Asiyadan Anadoluyadək)” adlı doktorluq işinin üzərində çalışır. İki övlad anasıdır.

Qənbərova Gülnarə Qəzənfər qızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir