Həkim narkoloq Asif Kəngərlinin yaradıcılığı barədə

Asif Cəlil oğlu Kəngərli (Məmmədli)–  1954-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə 1 №-li orta mək­təbi ədə­biyyat üzrə fərqlənmə diplomu ilə bitirmiş, Ukray­nada həqiqi hərbi xidmət keçmiş (1972-1974), Azər­baycan Dövlət Tibb İnstitutunun II müalicə fakül­təsində təhsil almış (1975-1981), internaturada (1981-1982) ona  psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayıtmış, əvvəlcə Naxçıvan Respublika xəstəxanasında metodist (1982-1985), sonra rayonlararası HƏEK-da ekspert-nevropatoloq (1986-1995) və 7 il Nax.RND-də baş həkim (1996-2003) vəzifələrində çalışmışdır. 

2003-cü ildə Res­publika baş narkoloqunun təkidilə Respublika Nar­koloji dispanserinə – işə dəvət olunmuşdur. O vaxt­dan Asif həkim Bakıda yaşayır və hazırda Ano­nim Narkoloji Müalicə-Məsləhət Kabinetində hə­kim-narkoloq işləyir.

Asif Kəngərli bədii yaradıcılığa 2002-ci ildə, 48 yaşında ikən başlayıb; qələmə aldığı ilk əsər «Bə­la» pyesidir. Müəllifin Naxçıvanda «Bəla» (2002), Bakıda «Bəla» və «Beda» (2007), «Zəhrimar» və «Şər suyu» (2012), İstanbulda isə «Bela» (2014) adlı kitabları işıq üzü görmüş, oxucular arasında çox bö­yük rezonans və təqdir qazanmışdır.  Möhtəşəm «Bə­­la» pyesinin teatr tamaşası anşlaqla keçmiş (2006), görünməmiş həyəcan yaratmış, uzun zaman ha­fizələrdən silinməmişdir. Həmçinin «Bəla» və «Zəh­rimar» (2015) adlı pyesləri Azərbaycan Milli radiosunda (105 FM) radio teatrı kimi hazırlanmışdır  ki, bunlar da dinləyicilərin sonsuz marağına səbəb ol­duğu üçün vaxtaşırı efirdə səslənir; «Bəla» ra­dionun qızıl fonduna daxildir.

 A.Kəngərli «Qızıl qələm» (2012) və «İlin və­tənpərvər adamı» (2013) fəxri mükafatları laure­a­tıdır.

Asif həkim pedaqoji fəaliyyətlə də məşğul olub: əvvəlcə Tibb məktəbində (1986-2002), sonra rektorun dəvətilə Nax.DU-də (2003) müəllim işlə­mişdir.

O, bir həkim-yazıçı kimi gənclər arasında ta­bakomaniya, alkoqolizm və narkomaniyaya qarşı yo­rulmadan maarifləndirici iş aparan dəyərli bir zi­yalıdır.

A.Kəngərli ailəlidir, 2 övladı var. Xanımı və qızı həkimdir, oğlu isə Romada magistr təhsili alır. İnci və Nəzrin adlı iki nəvəsi var.

Həkim narkoloq Asif Kəngərlinin kitabları

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir