Həyat gözəldir! Nədir gözəlliyi?
- Yer planeti istisi, işığı, su, qidası ilə insanlara bir xilaskar və yaşadıcıdır. Yer planetinin səthində olmaqla biz ona nə bəxş edirik? ( dağıdıcılıq, təşəkkürsüzlük, günəşə et`inasızlıq).
Vücudlarımız vaxtsız, zamansız və dayanmadan bizim “Var olmağımız” üçün çalışmada və fəaliyyətdədir. Vücudumuza nə bəxş edə bilirik? Xəstələnəndə üzvlərimizi yad etməyimiz?
- Oğuznamədə deyilənə görə “Ağsakrallıq” ifadəsi işlənilir. Bu məncə Azərbaycanda çox işlənən “Ağsaqqal” ifadəsinə keçib. “Sakrallıq” – Böyük həyat təcrübəsi olan, düzgün yol göstərə bilən, düzgün məsləhətlər verə bilən mə`nası daşıyıcısıdır.
- Belə bir fikir mövcuddur ki, hündürlükdən axan şəlalənin üç temperatur nöqtəsi var. Şəlalənin başlanğıcından aşağıya axan suyun temperaturu, orta nöqtəsində suyun temperaturu, suyun tökülən nöqtəsindəki temperaturu. Şəlalədə üç fərqli temperatur həddi var.
- Mütləq olan aləm var ki, o aləmdə vaxt – zaman yoxdur! Insan gəlişi və qayıdışına da vaxt – zaman yoxdur. Nədir gəliş, Nədir qayıdış? Əbədi zamansızlığadır qayıdış. O, hər an yaransın və hər an yaranacaqdır anlamıdır. İlkdən Kainatlarda vaxt – zaman olmuş olsa idi, Kainatın özü müddətə, müvəqqətiyə – olmuş olardı.
- Narın 613 – dənəsi var deyirlər. Nar – işıq, isti, alov kimi Azərbaycan ərazisində adlanıb.
- Simli müsiqi aləti Tara yeddi not sığırsa, tar müsiqi aləti yeddi nota sığmır. Onun hələ nə qədər səslənməyən səs yaddaşı var. Bütün müsiqi alətləri, Kainat səs toplumunu o səsdə tərənnüm edir. Bütün musiqi alətlərinə o səs tezliyi və tembrini bizmi verdik?. Yox, bütün musiqi alətləri Kainat səslərini səsləndirər, o səsləri tərənnüm edər. Bütün səslər Kainatın ilkin olan səsidir ki, hələ də davam etməkdədir.
- Mə`nasız heç bir hərəkət yoxdur. Azərbaycan dili – dilçiliyi zəngin olduğu kimi, onun musiqisi də zəngindir, rəngarəngdir. Həzrəti Nuh bu ərazidə, bu ərazi dilində danışırdı və danışdı. O xilas olmuş insanlar bir yaddaş daşıyıcıları idilər. Onlar bilirdilər ki, “biz su ilə suda xilas olduq, Tenqri İşığı ilə xilas olduq”. Tenqri, Tanqrı, Tanrı bütün varlıqlar Onundur ki, “tanı” – anlamıdır.
- Tələbəlik günləri bitdisə, gənclik günləri də onunla bitdi. Qayğısız günlər, qayğılı günlərlə davam etdi.
- Həyat gözəldir! Nədir gözəlliyi? Sənin öz gözündə görə bildiyindir bu həyatın gözəlliyi.
- Kimya, Fizikanın paralelidir.
- Məhəbbət – sədaqətdə məhəbbətdir! O, sədaqəti olmayan məhəbbəti kim sevər?.
- İnsan öz ədalətinə inanır. Onunla razılaşır.
- O cəmiyyətdə ki, hamı şəxsiyyət olmaq istəyir, o cəmiyyət qarışıq olur. O cəmiyyət ki, şəxsiyyətinə dəyər verir o cəmiyyət yeni şəxsiyyətlər yetişdirir.
- İnsan varlığında, özündə, daxilində ölmək “istəməyən” nə varlıq yerləşib ki, “O” – ölmək istəmir? Vücud ölməyi bilir, baş ölmək nədiri bilmir. Baş, yaddaş İşıq daşıyıcısıdır o “ölməyi” bilmir.
- Yer kürəsində yeni dağlar, yeni okeanlar yaransalar da belə, yer kürəsinin kütlə çəkisi və günəş ətrafında hərəkət sür`əti yenə də dəyişməz olaraq qalacaqdır. Çünki onlar kənardan gələn yox, öz varlığından ayrılandır, özündəndir. Günəş ətrafında hərəkətdə olan planetlərin sür`ətləri də məsafəli hərəkətdə olduğundan nisbətlər dəyişməz qalır. Bütün çəkilər, hündürlüklər, çökəkliklər yer kürəsi kütləsinə və sür`ətinə mütənasibdirlər. Bütün kütlə və çəkilər yer kürəsi həcmi bərabərliyindədirlər.
- Sözə, söz gərəkdir. Fikrə söz gərəkdir. Sözsüz, söz olmur. Sözsüz, fikir olmur. Sözsüz, düşüncə olmur. Sözsüz, demək olmur.
Söz idi ilk, söz deyildi ilk. Sözlə söz dedilər, sözə söz dedilər. Sözlə, sözü ardıcıllıqda dedilər. Kainata üz tutdular, Kainatın öz dilində Kainata söz dedilər. Onun dili ilə, Ona söz dedilər. Sözün ilki Onda idi, Ona öz sözünü, sözdə dedilər. Sözlə Söz idi ilk, Sözə Söz idi ilk. Səsə, səs idi ilk, O səsdən, söz idi ilk. Səs İşıqdan idi, Sözlər İşığa idi. Söz düşündürən, düşüncə sözdə idi.
- Duz çıxaran, suçu (cuvar), sağıcı (süd), dəyirmançı öz işlərinə çox diqqətli və cavabdeh yanaşmalıdırlar. Çünki, onların əməyi müqəddəs işıq daşıyıcıları ilədir. Duz, su, süd, çörək işıq, zərrə daşıyıcılarıdırlar.
- Hər hansı bir sual varsa da, onun cavabı da vardır. İstəmirəm o aləmi ki, o sirli, gizli, müəmmalı və naməlumdur. Onlar elmlərdədirlər.
- “Aq-uş-qa” bu işıq – işıq –işıqdır. Aquşqa Naxçıvanda çox qədim vaxtlardan toy məclislərində, xına yaxmada şad, sevindirici düşüncələri səsləndirməkdən ibarət idi. Adətən fikri dördlükdə, rübai kimi deməklə heç kimin xatirinə dəyə biləcək fikir deyilməzdi. Şadlığa şad söz, şad fikir deyilərdi ki, qurulacaq ailə şad, sevincdə biri – birini başa düşmək anlamı daşısın. Sonrakı mərhələlərdə “aquşqa” onu “haquşqa” kimi də adlandırdılar.
Vahid Rzayev