Heç bir hal, bilinmədən olmurlar
Qəribə və mütləqdirlər!
Gözlə, düşüncə çox xətalı bir “şahiddirlər!”.
Heç vaxt demədim, düşünmədim ki, “mən nə etsəm, heç kimin xəbəri olmaz, bilinməz, ancaq mən bilərəm!”.
Necə xətalı bir düşüncə!
Hər nə etmiş olsam, “o hal” – mənim Göz yaddaşımda qalar, hər nə etmiş olsam o mənim Yaddaş hücrəmdə qalar!
Niyə belə qurulubdur, bütün Aləmlər?
Təsəvvür edək ki, bu Aləmdən, O Aləmə getmişəm, qovuşmuşam!
Qayıtdığımın hesabatını verməyə, borcluyam!
Heç kim məndən, heç nəyi soruşmur hələ!
Göz yaddaşım, yaddaş hücrələrim, anilikdə açılır daha! Onlar bəyan etməyə başlar!
Şahidlik etməyə, “şahid”- gərək deyil daha!
Mən daha özüm-özümə, yaddaşım-yaddaşıma şahiddir daha!
Göz yaddaşım, köməkçidir daha!
Nələri nə vaxt etmişəmsə anilikdə “canlanacaq”- daha!
O halı, öz göz yaddaşımla (“inkar etsəm” də), o anda, ətrafda nə qədər “Göz”, “Qulaq”- var idisə, onlar işə düşəcək daha!
Kimlərin göz yaddaşı hərəkətə gəlir?
Hər bir “anda”, ətrafda olanlar, istəsə də, istəməsə də, marağında olmasa da, nəyi görə bilirsə o hal onun göz yaddaşında, qulaq yaddaşında, gün yaddaşında qalar!
Son “nəfəsdə olan”, yer həyatı ilə vida anında, onun ətrafında, ailə üzvləri və ya başqa insanlar olmuş olsa, o ölən insanın “vida”-yaddaşında, onlar, ətrafındakılar, yaddaş olaraq, göz, qulaq yaddaşına, həkk olunaraq qalar!
Hər bir insan, yer həyatı ilə vidalaşanda, bir Can Aparanı görər, bir də dönüb, ayrıldığı öz canına son dəfə baxar, görər, cismindən uzaqlaşar, Kainatlara Yüksələr!
Hər canlının, Ətrafda olan bütün canlıların və rənglərin, səslərin, istinin, soyuğun, yaddaş daşıyıcısı hərəkətə gəlir!
Dərin su quyusunda gizlənsəm, olsam belə, “heç kimin xəbəri olmaz desəm belə”- quyu halı yaddaşında saxlayıb, axan o su yaddaşında saxlayıb, o hava yaddaşında saxlayıb, günün hansı mərhələsi idisə, o mərhələ yaddaşında saxlayıb, sonda öz yaddaşım yaddaşında saxlayıb daha!
Söz də, kəlmə də, düşüncə də, yaddaşında saxlayıblar, olan halları!
Xeyirhaqlığım, öz xeyirhaqlığında, bədliyim, paxıllığım, ziyankarlığım “yaddaşında”- saxlayıb!
Mənə başqa şahid də, lazımmıdır daha?
Yox daha!
O, anın bütün görən “gözləri”, eşidən qulaqları, quşların, həşəratlarln, heyvanlarln gözləri belə, əvəzimə danışanlar olacaqdırlar!
Onda mə’lum olar ki, nələri o Aləmdə Ayırsınlar, Versinlər mənə!
Səmavi kitablar tərkibində, yazılmadımı belə, xəbərdarlıqlar deyilmədimi belə?
Yaddaşım, gözlərim, tutub-yapışdığım, addımlarım, ətrafımdakıların yaddaşı ilə belə, “şahid”-olmazlarmı belə?
Eyvah, “Qaytarın məni bir də o, Yer aləminə, bu olanları düzəldim daha”. (ayə).
Cavabında, “ətrafında nə qədər əlamətlər Göstərdim sənə”.
Olmazmı ki, xeyirhaqlıq, rəhimlilik, elmlə, sevinclə, İşıqla Qayıdım ora!
İşıqlar Artsın, “cəzalar”- dayansın daha!
Vahid Rzaev.