Heç bir hal, bilinmədən olmurlar
Qəribə və mütləqdirlər, Gözlə, Düşüncə, çox xətalı bir, “Şahiddirlər!”.
Heç vaxt demədim, düşünmədim ki, “mən nə etsəm, heç kimin xəbəri olmaz, bilinməz, ancaq mən bilərəm!”.
Hər nə etmiş olsam, “o hal” – mənim Göz yaddaşımda qalar, hər nə etmiş olsam o mənim Yaddaş hücrəmdə qalar!
Niyə belə qurulubdur, bütün Yaddaşlar? Təsəvvür edək ki, bu Aləmdən, O, Aləmə getmişəm, qovuşmüşam!
Qayıtdığım “Aləmdə”, hesabat veriləcəksə əgər,
Göz yaddaşım, yaddaş Hücrələrim, anilikdə açılır daha!
Onlar bəyan etməyə başlayarlar daha!
Şahidlik etməyə, başqa “şahid”, gərək deyil daha!
Mənə, mənim özüm, “Şahidəm”, daha!
Göz yaddaşım, ən böyük “şahiddir”, daha!
Yaddaş hücrələrim də, -Yaddaşımla şahiddirlər mənə, daha!
Göz yaddaşımda, Nələri nə vaxt etmişəmsə anilikdə “canlanacaq”- daha!
O halı, öz göz yaddaşımla (“inkar etsəm” də), o anda, ətrafda nə qədər “Göz”, “Qulaq”- var idisə, onlar işə düşəcək daha!
Hər bir “an”, ətrafda olanların da, o vaxt, nəyi, necə görə bilibsə, o hal da, onların göz yaddaşında, qulaq yaddaşında, qalırlar!
Son “nəfəsdə olan”, yer həyatı ilə vida anında, onun ətrafında, ailə üzvləri və ya başqa insanlar olmuş olsa, o ölən insanın “vida”-yaddaşında, onlar, ətrafındakılar, yaddaş olaraq, göz, qulaq yaddaşına, həkk olunaraq qalar!
Hər bir insan, yer həyatı ilə vidalaşanda, bir Can Aparanı görər, bir də dönüb, ayrıldığı öz canına, vücuduna, son dəfə, baxar, görər, cismindən uzaqlaşar, Kainatlara Yüksələr!
Hər canlının, Ətrafda olan bütün canlıların və rənglərin, səslərin, istinin, soyuğun, yaddaş daşıyıcısı hərəkətə gəlir!
Bütün hallardan, “heç kimin xəbəri olmaz desəm belə”, Söz də, Kəlmə də, Düşüncə də, onlar, Yaddaşımızda saxlanılıblar!
Xeyirhaqlığım, bədliyim, paxıllığım, ziyankarlığım “yaddaşında”- saxlanılırlar!
Mənə başqa bir “şahid” də, lazımdır daha?
Yəqin ki, Yox daha!
Vahid Rzaev.