İlkdən, O Böyük Partlayışdan, Kainat mexanikasında “Eksentrik halı”, törəməsə idi, Kainatın özü bir müddətli olub, sonda özü-özündə, Sönərdi!
O, Böyük Partlayışdan, Kainatlar yarandı!
Kainatların yaranmasına Məcburiyyət halı səbəb oldu, yoxsa Zəruriyyət halı səbəb oldu?
Xeyir, Kainatların yaranmasına Məcburiyyət yox, Zəruriyyət halı səbəb oldu!
İşığın Yayılma “Gücündən”, Kainat quruluş və modeli Oval, Ellipsoid formasını aldı, yekunlaşdı, dayandı!
Çox maraqlıdır, Bəs niyə Oval, Ellipsoid quruluşunda, o formada?
Çünki, Əbədi olan İşıq qədəri, Əbədi olmalı idi!
Bu səbəbdən, hər bir yaranmış kütlə, cisim, varlıq, zərrə ilkinə qayıtmalı idi!
Bütün Başlanğıclar, Qayıdıb, ilkinə qovuşmasa idi, O, İşığın Özü Əbədi yox, Müvəqqəti olmuş olardı!
İlkdən quruldu belə, hər Yaranmış qayıtmalı ilkinə!
Oval daxilinə sığan, bütün küllü kütlələr, oval quruluşlu, oval prinsipli, oval hərəkətli “Qanuna”, tabe olmasaydı əgər, hər bir hal, bir müddətli olmuş olardı!
Bu səbəbdən, Oval quruluşunun özü belə, bölünüb iki yerə!
Oval quruluşunun formasına baxdıqda, “Uzununa – uzun qol, Eninə qıssa qol”, bunun özü belə, bütün hərəkətlərin, “Eksentrik” Quruluşu Qanununa, “tabedir”, halını xatırladır!
Belə quruluş mövcud olmasa idi, Əbədiyyət halı da, Əbədi ola bilməzdi!
Yə’ni, hər bir hal bu konstruksiya formasına sığmasa idi, İşıq Qədəri sonsuz olaraq Yayılar, Uzanar və nəticədə Tükənərdi!
Əbədi Olan İşıq qədəri, Özü-özünü tükəndirərdi!
Bu səbəbdən ilkin Kainat quruluşu və ardıcıllığı bu Prinsipə uyğyn, “Eksentrik”, quruluşuna uyğun olaraq, Özünə, İlkinə bu hərəkətlə qayıtmalı idi və qayıdır da!
Baxaq bir neçə quruluşa, baxaq bir neçə ardıcıllıqlara, hallara!
Qış fəslində, gündüz müddəti qıssalır, Gecə müddəti uzanır!
Yay fəsli, Gündüz müddəti uzanır, Gecə müddəti qıssalır!
(Bax, Ovala, Ellipsoidə! “Eksentrik”, quruluşuna, “Eksentrik”, formasına).
Okeanlarda, Qabarmalar, Çəkilmələr!
İnsanın Yer üzünə gəlməsinə, Yer üzündən, qayıtmasına!
Ağacların, yarpaqlarının tökülməsinə, bir də, yazda yarpaqlamasına!
Həmişəyaşıy ağacların, qış fəslində, susmasına!
İsti ilə, soyuq arasına, Su ilə, buxar arasına!
Suyun donma, buzun ərimə arasına!
Səsin Zili, səsin Bəm arasına!
Hərəkətin başlanğıc anına, hərəkənin zəifləmə arasına!
Sağ qolla, Sol qolun, Güc arasına!
Sağ Gözlə, Sol Gözün, görmə arasına!
Sağ ayaqla, sol ayağın ayaqqabıda, fərq ölçüsünə!
Nəfəs Alma, nəfəs Xaric etmə, arasına!
Ürəyin, Döyünmə arasına!
Acmaq, Suzmaq arasına!
Yatmaq, Oyanmaq arasına!
Qalxmaq, Yenmək arasına!
Yorulmaq, Dayanmaq arasına!
Nəyəsə çatmaq, Ondan qayıtmaq arasına!
Bir Həyat, bir Ölüm arasına!
Tə’riflə, Lə’nət arasına!
Sevməklə, Nifrət arasına!
Sevgi ilə, Məhəbbət arasına!
Maşın, mexanizmlərin mühərrik kamerasında, Dirsəkli Val, “eksentrik” quruluşunda olması, maşın, mexanizmlərə güc, sür’ət, hərəkət vericisidir!
Planetlərin Günəş ətrafında birgə hərəkəti, Oval, Eksentrik, Ellipsoid formasında, tipində deyilmi?
Yormayım sizi…belə misallar nə qədərdir!…
Bunların hammısı, bir Oval, bir Ellipsoid, bir Eksentrik quruluşuna sığmada deyilmi?
Bütün hallar, Bütün Quruluşlar, İlkinə, Əvvəlinə Qayıdan, Qayıtmada, deyillərmi!
Vahid Rzaev.