İnernat məktəb və Muxtar müəllim (Sənədli nəşrdən)

    …Mən məktəbimizin bu qədər geniş profilli olmasını xəyalıma gətirə bilməzdim.İndi isə  bu xəyal yox,həm xoş bir xatirə,həm də indi müqaysə etməyə tay tapa bilmədiyim bir realliqdır.

         Məktəbimizdə ,,SANCAQ” satirik və ,,İRƏLİ” divar qəzetləri, ,,KİM İRƏLİDƏ GEDİR” lövhəsi fəaliyyət göstərirdi.Qəzetlərdə  əsasən şagirdlərin məqalələrinə daha çox yer verilirdi…Təşviqat işlərinə də dərs hissə müdiri Muxtar Kəngərli rəhbərlik edirdi.Muxtar müəllim rus dili müəllimi kimi həm də gözəl bir insan idi.Muxtar müllimin familiyası Kəngərli olduğuna görə mənim daha çox marağıma səbəb olmuşdu.Axı mən də kəngərli zonasından idim.Deyirdim bəlkə onunla qohumluğumuz var. Bunu isə həm ondan həm də başqalarından soruşmağa utanırdım.

     Muxtar müəllim mənim qəlbimdə həmişə mehriban bir insan kimi özünə yer tutmuşdu.Anam sag olsa da məni onunla yaşamaga qoymurdular, həm də analığım var idi, bunu bilən  digər müəllimlər kimi Muxtar müəllim də mənə xüsusi hörmətlə yanaşırdı…

   Məktəbimizin direktoru dəyişiləndən sonra yeni direktor çox sərtlik edirdi.Müəllimlərimizin hamısı bizi ondan qoruyurdular…Bir dəfə davranış qaydalarında şagirdə yaraşmayan nəlayiq hərəkət etmişdim.Bundan ancaq Muxtar müəllimin xəbəri oldu və məni kabinetinə apardı.Onun kabineti isə  direktorun kabineti ilə üz-üzə idi.Bu ərəfədə direktor gəldi və məni görən kimi:

-Sən burada nə qayırırsan?-deyə məndən soruşdu.

  İstədim tutduğum işləri təfsilatı ilə ona danışım,Muxtar müəllim bunu hiss edərək tez araya girib:

  – Onu mən çağırmışam,-dedi və mənə başı ilə işarə edərək-keç otağa gəlirəm-dedi.

  Mən Muxtar müəllimin kabinetinə keçdim,arxamca özü də kabinetə girib qapını örtdü.

  -Əlhüseyn, sənin başın xarab olub deyəsən,-deyib məni danladı,-tutduğun o pis işi direktor bilsə səni məktəbdən qovar.

Gördüm ki,Muxtar müəllim mənə pislik etmək istəmir.Ona görə də ondan məni bağışlamağı xahiş etdim.Muxtar müəllim:

 -Bax,Əlhüseyn!Burdan çıxıb düz gedirsən sinifə,-dedi,-heç kəsə də heç nə demirsən.Bu pis əməlini heç kəs duymamalıdır.Bildin?Di get….

   Mən başımı aşağa salıb sinifə gəldim…

  …Orta məktəbin buraxılış imtahanları başlamışdı.Qorxduğum fənn rus dilindən inşa yazmaq idi.İmtahan zalına gec gəldiyimdən arxa yerlər tutulmuşdu,mən qabaq cərgədəki boş yerdə oturmağa məcbur oldum.Mövzunu yazı lövhəsinə Muxtar müəllim yazdı və necə yazacağımız barədə izahat verdi.Məktəbin bütün rus dili müəllimləri imtahanda iştirak edirdi.Mövzu:”Qeroi Krasnodara”(“Krasnodar qəhrəmanları” idi)…Yazını yazıb bitirməyimdə  mənə rus müəllimələr də çox kömək etdilər.Muxtar müəllim isə bütün yazılara baxa-baxa mənim də yanıma gəlib yazımı götürüb diqqətlə  oxudu və mənə bir söz göstərib dedi:

  -Bunu belə yazsan,-deyib mənə həmin sözü göstərdi,-bu “jiteli”sözü “kiteli”kimi də qəbul edilə bilər və qiymətin aşağa düşər.

Mən səhfimi düzəltdim.Yekun qiymətim beş oldu...

                                        Hüseyn Cəfərov(Cəfərli) 1966-cı il məzunu,1988-1991-ci illərdə  Şərur(İliç) rayonu İcraiyyə Komitəsinin                                          sədr müavini, 1990-1995- ci illərdə Şərur rayonundan  Naxçivan  MR-nın  Ali  Məclisinin  deputatı.

Həmin dövrdə  Hüseyn   Cəfərovdan başqa məktəbin məzunlarından daha iki nəfər—Yenisey Hacıyev(ali pedoqoji təhsil aldıqdan sonra bir müddət həmin məktəbdə müəllim işləyərək sonralar Naxçivan MR-nın və Azərbaycanın hüquq mühafizə orqanlarında önəmli xidmətlər göstərən, istefada olan polis polkovniki, hazirda Bakı ş. İH-nin məsul işçisi) və 1966-cı ildə məktəbi gümuş medalla başa vuran Muxtar  Paşayev də (uzun müddət Azərbaycanın müxtəlif rayonlarında səhiyyə şöbələrinə rəhbərlik edərək  sonralar respublikamızın təcrübəli səhiyyə təşkilatçılarından biri kimi tanınan) o çətin dövrdə Naxçivan MR-nın Ali Məclisinin deputatı olarkən Ali Məclisə o vaxt  rəhbərlik edən Umummilli Liderimiz Heydər Əliyevin ətrafında sıx birləşərək tariximiz üçün taleyüklü qərarların  qəbul  edilməsinin tərəfdarları və iştirakçisı olmuşdular…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir