“İnsan oğlu”
İnsan oğlu doğulandan suallarla doğulur, qaranlıqdan işığa qovuşur, sonra işıqda axtarır sualların cavabını. İlk uşaqlıq çağlarında ətrafında gördüklərinin adlarını beyninə həkk edir, təsəvvüründə anlaya bilmədiklərini isə, ətrafından soruşaraq öyrənməyə çalışır.
İlk ibtidai təhsildə bilirik danışdıqlarımızın hərflərlə qurulduğunu, əlimiz ilk qələmi tutduqda yazırıq bizə qoyulmuş insan adımızı. Beyin dahada formalaşdıqca daha da təkminləşdikcə bu dəfə axtarış başlayır suallarla beynimizdə.
Həyatla bağlı hər şeyi öyrənmək istəyirik. Niyə var olduğumuzu insanoğlu olaraq bu həyatda olan rolumuzu. yaşayıb ölmək deyil var olmaq, yaşayıb bildikcə var ola bilməkdi var olmaq yoxluqda var axtarmaq suallara təkan verir daha da. Tək bir şeyin cavabını axtarsaq da, o sualın cavabından doğur ikinci var olmuş sual, suallar zəncirvari halda bir birinə bağlı haldadır sanki, cavab yoxsa yeni bir sual yox, sual yoxsa, cavab eynilikdə, yenilikdə yox.
İnsan yatdığı halda belə beyin axtarışdadır yenə bəzən illərlə düşündüyümüz sualın cavabını anilikdə yuxuda belə görə bilirik, sanki Tanrı, hər istəyimizin nə qədər doğru olub olmadığını yoxlayır və bəzən heç gözləmədiyimiz anda çıxarır qarşımıza var olmuş cavabı. İnsan düşünür, insan topladığı məlumatlarla ilkini öyrənib yaşadığı müddətcə kamilləşib bir sonrakı ilkinə göndərir bir informasiya kimi.
Bəzən elə sualların öz quruluşu, asılı edir cavabı, sualların düzgünlüyündən də asılıdır çox şey. Əgər bir insan varlığını, düşüncəsini günahlandıraraq yaradırsa sualını cavabı bir o qədər varlığında yox, yoxluğunda tapmaqla nəticələnir. Nə orta nədə ki, son sual olmur, ilk sual olur hər zaman, ilk çıxılmazlıqda axtarırıq Tanrını, ilk məğlubiyyətdə axtarırıq çıxış yolunu.
Əgər insan ilkini bilmirsə sonunuda bilmək qeyri mümkündür.
Biz niyə insanıq? İnsan olmağımıza səbəb nədir? Niyə səmada uçan azad quş deyildə, məhz insan? Bizim ilkimiz insandır, çünki bizdə insanlıqdan törəmişik hələ də,törəyirik, yaşayırıq, yenidən sonluqda ilk ola bilmək üçün. Tapdığımız cavablarla formalaşdıqca ilkimizi anlayırıq hər şey çox sadədi əslində, əgər qoyduğumuz sual doğrudursa tapacağımız cavabda bir o qədər yaxınlığımızda, mənliyimizdədir. İrqlər ayrı, dinlər ayrı, mentalitet ayrı amma insan yenə eyni, yenə bir, çünki ilkimizdən törəyib indi dünyada var olan milyardlarla insan.
Hər şey bir addımdadır sadəcə, biz insan oğluyuq ulu babamız insan olaraq yaranmasa da, bizim insanoğlu olmağımıza küskünlükdə sahib o. Mələkliyə bir addımda insanlığa çevrilmişik o, addım ki, həyatla bağlı bəzən cavablarını istəsəkdə tapa bilmədiyimiz suallarımıza bir addımda ayırıb bəlkə də, insanoğlunu. Bizdən soruşsaydılar bəlkə də, heç vaxt atmayacağımız o addım da, gizlənib indi bütün suallarımızın cavabı.
Rzayeva Fəxriyyə.