İşıqsız, Səssiz aləm mümkündürmü?
Yer üzü hallarına diqqətlə fikir verdikdə, bir çox hallar dördə bölünüb, dörddədir. Cəhətlər, fəsillər də dördə bölünüb dörddədir.
Quşların, heyvanat aləminin də səsi ritmik olaraq dördə bölünüb, dörddədir.
Uşaqlıq səsi, gənclik səsi, cavanlıq səsi, yaşlılıq səsi də yaşayış dövrü ərzində dörd dəfə dəyişər.
Dəmirçinin zindan üstündə döydüyü ağarmış dəmirin də səsi dördə bölünüb, dörd ritimdədir.
Bu dörd səmt, dörd səs (kvartet), dörd fəsil, dörd ünsür və.s. İlkdən kainatla bağlı olan yaddaş halıdır.
Necə ki, O Böyük partlayışdan kainatlar yarandı. Kainatların yaranma anı bir güclü işıq toplumunun anilikdə dörd səmtə güclü işıq zolağı salınması ilə bir başlanğıcdan işıqlı etməsi məcburiyyət halı olmayıb, zəruriyyət halı ilə “Böyük Partlayış” – deyilən o halı yaratdı!
Nə idi o böyük partlayış halı? O ışıq toplumundan bir başlanğıcdan dörd səmtə istiqamətlənməsi oval (ellepsoid) formada, onun daxilində isə, qalaktikaların təşəkkül tapmasını yaratdı.
Bu prosses hansı ərəfədə baş verdi və hansı əlamətlə başlanğıcı bəyan edər?
Bu prosses günəşin (yer planeti üçün) qoç bürcündən keçən anından başlaması əlaməti ilə tarixləşməyə başladı. O ərəfədə tək yer planeti o anı sevinclə, yad etmir. Bütün qalaktikalarda o an işıq yayımı ilə kainat boyu əlamətlidir. Yəqin ki, astronomlar, astrofiziklər günəş sistemi ətrafında bir anlığa işıqlıq olduğunu müşayət ediblər.
İlk yer üzü insanları, hər yaz ayının (bu çox – çox qədim dövr tarixi olmaqla) əvvəlində (yəni günəşin qoç bürcündən keçən o anı, o ərəfəni) şənlik və şadlıqla yad edib, kainatla, qalaktikalarla birlikdə bayram ediblər.
Sonrakı tarixi mərhələlərdə həmin, bayram günlərində qoçu bəzəyərək şadlığın önündə gətirilməsi və onu müqəddəsllik başlanğıc rəmzi kimi qəbul edirdilər. Həm də müqəddəsin, müqəddəslik davamçısıdır.
Yəni, yaz başlanğıcının yer planetinə xarakterik olan, günəşin qoç bürcündən keçən mərhələni sevinclə yad ediblər.
O ərəfəni isə, mütləq olaraq tonqallar yandırmaqla o tonqallar ətrafında güclü gurultu salmaqla yad ediblər.
Yə`ni ki, tonqal ilk işığın analoqu, gurultu salmaqla isə, o böyük partlayışı yad etməklə bayram səviyyəsində qeyd ediblər. Təzə paltarların geyinilməsi isə kainatın, qalaktikaların yenilənməsi təzələnməsi anlamı daşıyıb.
Amma ki, bir mütləq həqiqət ondadır ki, o yaz ayının başlanğıc anı səmada ildırımın güclü ağ işıqla çaxması və o işıqdan güclü gurultu eşidilməsi kainatın ilkin halının bir işıq başlanğıcı və səslə başlanğıc anını bizə bə`yan edir.
O ərəfədə kosmonavtlar çox yüksəkdən yer kürəsini müşahidə etmiş olsalar, onlar o ildırım işığının yayılma sərhədliyinin bir oval (ellepsoid) cızıldığını müşahidə edəcəklər.
Çünki o ilkin işığın dörd bərabər işıq tezliyi səslə müşahidə olunaraq ovalın mövcudluğunu bəyanlaşdırır.
Qəribə və maraqlıdır, dağ qoçları vuruşmağa başlayanda biri – birinə buynuzları ilə çox güclü (ağrısız) zərbə vururlar. O anda qoçların buynuzları arasında qığılcım yaranır, səslə isə sönür.
Bir hal da bundadır ki, ilk yer insanından yaddaşlarda günəşi müqəddəs işığın, gözlə görünən işıq təzahürü halı kimi qəbul edib onu da müqəddəs bir işıq kimi bilirdilər. Onunla bərabər günəşdə 11 – dönüş halı, yer planetində isə 33 – də bir ərəfə keçid halını işığın yaradıcı zərrə halını bilirdilər.
Zərrələr və zərrələr toplumunu işıq yaddaş daşıyıcısı olduğunu duz, su, unda toplandığını bildiklərindən süfrəyə ilkin olaraq duz, su, çörək gətirməklə ailə üzvlərini vücudlarında işıq toplumlarının bərabər bölünməsində köməkci müqəddəs bilirdilər.
Onlar duz, su, çörək onunla bərbaər südün özündə də zərrələrin yaddaş işıq daşıyıcısı olduğunu bilərək onları müqəddəs, toxunulmaz kimi qəbul edirdilər.
Duz – işıqdan zərrələr toplumunun kristal halıdır, Su – işığın zərrələr toplumunun duru halıdır, Un – İşığın hüceyrələrə zərrənin toplum halıdır, Süd – vücudda zərrələrin bərabər bölüm halıdır. Onların birliyi varlıqlara sağlam işıq daşıyıcısıdır, müqəddəslik anlamıdır.
Buzu, duz əridir. Duzla, suyun bərabər bölünmə həddi kimyada “doymuş məhlullar” yəni 5,5 ph – dır.
Bu yuxarıda deyildiyi 11 – in tən bölən halıdır.
Kainat dili ilə “ deyilər” yer dili ilə “düşünülər”. Yer üzündə bütün dillər kainatın dili, dilçiliyidir o, dillə kainata xitab edirlər.
İlkin olaraq kainatlar və planetlərin simmetrik düzülüşü və o partlayışdan törənən səs isə, yaranmalı olacaq bütün kütlə və varlıqlar arasına ilkin səs yaddaş oldu.
İlk partlayışın səsi kainatda varlıqları və hər hərəkəti “Səslə” müşayət edən təməl yaddaş olaraq qaldı.
İlk yer insanından sözlər, tələffüzlər kainatın yaddaş səsi tezliyinə uyğun olaraq “səsdə” səslənirdi. Cümlələr kainatdakı planetlərin simmetrik düzülüşü, sözlər vasitəsi ilə səsləndirdiyiniz “səs” isə kainatın təməl – yaddaş səsidir. İnsanlar sözləri ona görə səslə tələffüz edirlər ki, kainatın təməl – səs – tezliyinə uyğun səslənsin.
Amma bir hal da budur ki, yer planetində səslənən bütün səslər o cümlədən maşın – mexanizmlərin, musiqilərin, küləyin, quşların, dalğaların, suların, ağac, kolların, meşələrin səsləri, rənglərin, işıqların və.s. hamısı hamımıza tanışdır. Bunların hamısını isə insan təbiətə, yer üzünə bəxş edə bilməz. Rənglər məsafə bildirişi, səslər isə kainatla həm ahəng səs tezliyidir.
Bunların cəmi, kainatın cəm təməl – səsi və o partlayış anından istilikdən törənən təməl – rəngidir.
Bunlar insan əhatəsində olmaqla biz insanlara əzizdir.
2. İnsanlar və səslər.
Yer üzündə insanlar biri – birini yaxından tanımış olsalar da belə, yenə də o fərdin “səsini” eşitməklə və “ adıyla ” ayırd edib tanıyırlar. Ailədə də belədir: ailə üzvləri arasında hər ailə üzvünün öz fərdi səsi və öz fərdi səs tezliyi vardır. Ailə üzvlərinin hansınınsa biri yaxında olmasa da, uzaq məsafədən onun səsini eşitməklə onu tanıyır.
İnsanlar biri – birini adı və səsi ilə tanıyır ayırd edirlər. Yə`ni adı Vahiddir amma onun səsini bir neçə insan arasından eşitdikdə, yəqinliklə təyin edir ki, bu o “Vahidin” səsidir, başqa Vahidin yox.
Son illərdə astrofiziklər radioteleskop vasitəsi ilə, kainatda başqa sivilizasiyaların olub – olmadıqlarını aşkar etmək istəyirlər. Bunun üçün müxtəlif tezliklərlə kainata səs siqnalları yayırlar.
Maraqlı nəticə bundan ibarətdir ki, əks siqnal qəbul etdikdə, kainatdan böyük parlayışın səsi müşahidə olunur. Müxtəlif elmi yanaşmaların nəticəsində bu qənaətə gəlirlər ki, yeni kainatlar yaranır.
Amma bu səs, kainatın ilkin yaranış anının təməl – səs yaddaşıdır ki, o səs hələ də yaddaş olaraq qalır və qalacaqdır da.
Əgər kainatda ilkdən olan o böyük partlayışdan təməl – səs yaddaşı qalmasa idi sükutdan, sakitlikdən kainat daxili planetlərin birgə həmahəng hərəkəti dayanardı. Səsin kainatda mövcud olması varlıq və kütlələrin hələ də hərəkətdə olmasına, hərəkət etməsinə, əsas aparıcı, hərəkət verici amilidir.
Varlıqların səs və səs əhatəsində olması o varlığın hələ də mövcud olması anlamıdır. Səs və səs tezlikləri kainat yaranışının ilkin əsası, mexanikasından biridir.
Sükut isə aləmləri, təbiəti, insanları düşünüb – düşündürmək bəxşindən də mərhum edərdi.
3. Şənliklər və səslər
İlk yer üzü insanları kainat qanun və tələblərini çox yaxşı bilib və onları dəqiq icra ediblər. İlk yer insanı toyu, toyları ailə quran o cütlüyə yer həyatının mə`na və tövsiyyələrini anlatmaqla icra ediblər.
Toylara şənliklə, şadlıqla mə`na və məntiqlə yanaşıblar. Toylar musiqi səsi ilə və müxtəlif rəqslərlə müşayət edilib. Musiqi səsi ilə və rəqslərlə o ailə quranlara kainat qanunlarının hansı başlanğıcdan başladığını və hərəkətdə olduğuna istiqamətləndiriblər.
Onların kainatdan gəldiyi ilkin ahəngin, musiqinin, rəqslərlə kainatda planetlərin birgə hərəkətini, yə`ni kainat qanunlarına yönəltmək məqsədi ilə yerinə yetirilib. O qurulan ailəyə bir yaddaş simvolu və tövsiyyəsi idi.
O, toy məclislərinin rəvan səs tezliyi ilə müşayəti, ailənin gələcək birgə həyatının şad və rəvan olmasına, birgə hərəkət etməsinə bir başlanğıc təməl yaddaş edilirdi. Çünki, bəşər yaddaşı kainatın yaddaş səsinə, hərəkətlərinə, ahənginə uyğundur.
4. Səssiz həyat, aləm mümkündürmü?
Bütün aləmlər canlı varlıqlar səs əhatəsində səslədir.
Əkin səslə (xış), yağış səslə (damcı), ildırım səslə (güclü işıq tezliyi ilə), biçin səslə (oraq, kərənti), yığım səslə (yaba), e`mal səslə, dəyirman daşı səslə (çax – çax), metal ərintisi səslə ( körük), şadlıqlar, sevinclər səslə.
Kədərlər isə sükutla !
Təndirə lavaş yapılır səslə, bişir səslə, canlı qidalanır səslə, həzmlər səslə, ürək döyünür səslə, damarda qan dövran edir səslə və.s.
Çünki, o partlayış anından kainatın təməl – səs yaddaşı ilə, o səs tezliyinə uyğun, səslə!
İldırım, yağış, dolu, tufan, alqış səslə!
Amma qar yağır sakitliklə, sükutla əriyər isə səslə!
Qar bir yaddaşdır. İlkinin ilkin halı bir sükutda idi, sükutdur. Hər düşüncələrimizi, istəklərimizi, arzularımızı Kainat necə bilir bizdən, necə eşidir bizdən? Başımız, beynimiz düşünüb – düşündürdükcə o başdan nazik, incə bir səs tezliyi yayılır ətrafa və Kainata. Bütün varlıqların səs tezliyini Kainat duyar, eşidər bizdən.
İstəklərimizi, düşüncələrimizi onda bilər bizdən! (Baş – beyin heç vaxt susmaz!)
Bütün yer üzü ayinlərini avazla icra edirlər. Avazların özündə də, tezlik səsi var. O səsi, o tezliyi kainat dinləyər bizdən, eşidər bizdən!
Vahid Rzayev.
Bu yazı “Unikal” qəzetində;
06 mart 2014 – cu ildə çap olunmuşdur:
N 041 (837)