Kainat, təbiət,bəşəriyyət
Mütləq olan insan
Çox hallar var. Çünki o maraqlı hallar arasında insan var. Onu əhatə edən o təbiət arasında bir qanuna uyğunluqlar var.
Çox maraqlı hallar var, o hallar arasında bir məna var. İnsan məna deyil, mütləqdir! Mütləq olan insanı əhatə edən mənalar var.
Sabit insan
Nədir məna, nədir insan, nədir hal? İnsan bədən temperaturuna görə sabitdir (36-37oC). İnsan qida ilə qidalanır. Qidalar isə ya isti və ya soyuq temperaturda olur. İnsanın sabit bədən temperaturu (36-37o). Qəbul edəcəyi qidanın temperaturu isə 40-50oC – dirsə, o qidanı insan mütəmadi olaraq qəbul edir. Mədə isə bu qida temperaturundan təlatümə düşmür. Qidanın temperaturu anilikdə 8-10oC uyğun nizamlanaraq mədə daxilinə çatır. İnsan bədəninə (36-37o) görə soyuq su və qida soyuq olsa da, o qida temperaturu da anilikdə 8-10oC-yə yüksəldilib mədə üçün nizamlanır.
İnsan soyuq və ya isti su ilə çimərkən o su temperaturunun bədən temperaturundan kəskin fərqli olmasına baxmayaraq, o su temperaturu da bədənə görə 8-10oc – yə nizamlanır, bədən təlatümə düşmür. Bədən isti havada (mövsümə görə) yayda 40-50oc əhatəsində olmaqla və ya qışda soyuq hava 40-50oc əhatsində olmuş olsa da, bədənin sabit temperatur həddi dəyişilmir. Əhatəsində olan isti, soyuq havanı yenə də 8-10oC həddinə bədən üçün nizamlanır.
Çox soyuq havada insan nəfəs aldıqca daxili üzvləri soyuqdan donmur. Çox isti havada da o istidən daxili üzvlər təngiyib dayanmır. İstini də, soyuğu da insan bədəni öz daxili temperaturuna uyğun temperaturlar həddinə nizamlayır.
Qida mübadiləsi nəticəsində bədən qidadan asılı olaraq temperatur hədlərini nizamlamaq bacarığında deyil.
İnsan bədəni üç temperatur həddi arasındadır:
1. Onu əhatə edən temperatur həddi;
2. Bədənin öz temperatur həddi;
3. Qəbul etdiyi qidaların temperaturları;
O temperatur həddlərindən əlavə olaraq insanın, canlının, kütlənin daxilində də “daxili nizamlama temperaturu” vardır.
Təbiət və insan
Nədir insan? Sabit insan? O mütləq insan? Varlığında daxili temperatur sabitliyində olan insan?
Onu əhatə edən təbiət də belədir. Soyuq, isti arasında isti öndədir. Onları nizamlama temperaturu özündədir.Enerji nədir? Enerji dediyimiz istinin əvvəli, istinin daşıyıcısı, istinin özündədir. İsti olmasa, hərəkət yoxdur. İsti olmasa, yaranış yoxdur. İsti olmasa, hallarda dəyişiklik yoxdur. Soyuq hava, soyuq hal istinin öz nizamlamasıdır. Yayda, qışda ağac, daş, torpaq, su öz daxili mütləq temperaturunda olacaqdır.
Səhrada insan, planetin iki qütbündə (elmi ekspedisiyalarda) insan. Yenə də temperaturlar arsında insan. İnsan mənfi (50-60oc) soyuq havada nəfəs aldıqca daxili üzvlər donmaz. Səhrada insan müsbət (50-60oc) istidə nəfəs aldıqca hərəkət etdikcə bədən daxili nizamlama temperatur həddinə görə bədən temperaturu dəyişmir, insan aciz olmur.
Nədir səbəb, niyə olmur? Domna sobası qarşısında saatlarla dayanan metalluruqun o yüksək temperatur həddinə görə sabit olan bədən temperaturu dəyişilmir. ( Bu, maddlər mubadiləsi ilə deyil).
Yayda əkinçi, təsərrüfat işçisi günəş şüaları altında işləyir. Onun sabit bədən temperaturu dəyişilmir. Bədən yenə də 8-10oc temperatur həcminə nizamlanır.
Bir hala da baxaq. Stadionda, konsert salonunda insan! Metroda, avtobusda, ailədə insan! İclasda, tədbirdə insan! Əkində, biçimdə, istehsalatda insan! Çox saylı insanın bir-birilə yığışması da temperaturlar həddini dəyişmir. Çox saylı insan arasında onu əhatə edən mənfi və ya müsbət temperaturlara görə “öz daxili nizamlama, bərabərləşdirmə” temperaturunu dəyişmir.
Maraqlı və qəribədir. İsti qida ilə qidalanan insan, isti su ilə çimən insan. O qidalarda olan müxtəlif kilo-kalorilərlə yanaşı onu əhatə edən hava temperaturu əhatəsində olsa da, bədənin sabitlik temperaturunu dəyişmir. Yer üzündə insan və bitki örtüyü kainatın təmsilçiləridir. Bir misala baxaq: insan vücudunda hər hansı bir komponent zəiflədikdə və ya çatışmadıqda insan bədəni sanki onu əhatəsində olan təbiətdən çağırır, tələb edir. Bədən qida ilə o çatışmayan komponenti brpa edir. Canlı su ilə, qida ilə bədənə ehtiyac olan komponenti bərpa edir. Canlı su ilə, qida bədənə ehtiyac olan komponenti təmin edir. Artıq olanı özündən kənar edir. Çünki Kainat, kütlə, planetlər, təbiət, insan varlığı dayanmayan, tükənməyən ardıcıl yaradıcılıq prosesi içərisindədir. İnsan qida ilə bədən üzvlərinin işini nizamlayıb bərabərləşdirir (qanın, ödün, qara ciyərin, dalağın, böyrəyin və s.)
Qışın soyuğunda, yayın istisində, küləkdə, tufanda insan ac da qalmış olsa, ekstremal vəziyyətlərdə bədən temperaturu bir dəfəlik tükənmir. Kainat, planetlər, insan, kütlə, cisim təbiət “daxili bərabərləşdirmə, uyğunlaşdırma, nizamlama” temperaturuna malikdir. Bu halda:
t = t1 + t2 = Dm
(burada t1 – vücud və kütlənin nizamlanmış temperaturu, t2 – mənfi, müsbət, mühit təsir etmə temperaturu. “Dm” – daxili, mütləq, özünə uyğun bərabərləşdirmə temperaturu).
Kainat genişlənə bilər, həddə qədər. Kainat kiçilə bilər, həddə qədər. Kainat və planetlər “Dm” – daxili mütləq temperatur bərabərliyini deyəcək öz həddi qədər.
Metal, yüksək temperatur hədləri ilə əridilir. Bu yüksək temperatur hədləri təsirindən bir müddət sonra metal karroziyaya məruz qalır.
“Dm” – müəyyən olunsa metal əritmə orta temperatur həddi ilə çox davamlı və istismar müddətini çox artırmış olarıq. Metalla onu əhatə edən nisbi nəmlik qədəri bərabər bölüşər ki, korroziyalar tam azalmış olar.
Yer planetinin Cənub və Şimal qütblərindəki soyuq temperaturlar, ekvator xəttində bölüşürlər, nizamlaşırlar “Dm”.
Bizi əhatə edən təbiət, bitki aləmi də belədir. Maddələr mübadiləsi elmə məlumdur. Maddələr mübadiləsi qida ilə insanı əhatə edən aləmlə təması, bir bağlılığıdır.
Refleks yaddaşdır. Immunitet bədənin sabit fəaliyyətidir. Öz bədənimizi tanımaq istəmədikcə “immunitet” (müqavimət) bizi-bizə tanıdacaqdır.
Su və aləm.
Planet kütləsi daxilində nizamlanmış temperatur həddi yoxsa, nəm (nisbi) yoxdur. Nəmişlik (molekulyar) yoxsa, su yoxdur. Su yoxsa bitki örtüyü yoxdur. Ətrafımız soyuq da olsa, isti də olsa nəmişlik əhatəsindədir. Bədən və təbiət istilik və nəmişlik əhatəsindədir.
Nədir isti? Böyük partlayışdan yarandı kainat, rənglər, nəmişlik, bir də isti! O, ilkin hala görə nəmişlik və isti mütləq olaraq mütənasibdirlər.
Qəribə deyil, mütləqdir. Vücudlar həyəcanlananda , kədərlənəndə, yük qaldıranda diafraqma yuxarıya sıxılacaqdır. Qidalananda, bir də sevinəndə diafraqma (o ürək, ciyər, mədə arasıdır) yuxarıya sıxılmır, o da sevinir, çünki daxili bərabərləşdirmə temperaturuna uyğunlaşır.
Insan düşüncəsi çox güclü tezliyə malikdir. Hər bir insan düşüncəsi fərdi bir zəngdir. Hər biri isə bir səsdir, kainat boyu səslənəcək bir səsdir. Yaxşı düşüncə kainat boyu eşidiləcəkdir. Hər ziyankar, pis düşüncə kainata səslənsə də, özümüzə dönəcəkdir.
Nədir kainat, nədir kütlə? Iç-içə bizim günəş sistemimiz, onu əhatə edən qalaktika, meqaqalaktika, zərrələr qalaktikası, işıq qalaktikası – budur ovalda Kainat. Buna deyərik Kainat.
Okeanlar, dağlar, dərələr, dənizlər, çaylar, meşələr, çiçəkliklər, buludlar yer üzünün bəzəyidir. Bu gözəlliklər əhatəsində olmaqla yer üzünün ən ali dəyəri bir insan, bir də bəşəriyyətdir!
Vahid Rzayev
“Unikal” qəzeti, № 077 (414), 11.05.2012