Kim Qalib gəldi ki, bu Yer Aləminə?
“Həyat”, heç bir halı pisliyə dartmaz!
Həyat, olduğunu-olduğu kimi göstərər!
Hər bir insan, öz səsləndirdiyi, “musiqi səsi ilə”, öz rəqsini ifa edər!
Həyat dəyişməz, dəyişditdirməz, bizi-bizə olduğumuz kimi göstərər!
Belə olmasa idi əgər, Həyat vasitə olmasa idi əgər, bu yer həyatı çoxdan Özü-özünü məhf edərdi, məhf olardı!
Həyat, biz insanlar üçün müvəqqəti, özü isə, Var Olandan, Vardır!
Həyat, bizim gördüklərimizlə, görmək istədiklərimizlə ölçülməz!
Bizim görmək istədiklərimizin “ölçülərinə”, sığmaz!
Biz həyata sığarıq, Həyat bizə sığmaz!
Həyat görkəmcə, görüntüdür!
Biz də, bu yer Həyatında, müvəqqəti görünənlərik!
Belə olmasa idi əgər, hanı o, Yerə yenib gəlmişlər, hanı Yer Aləmindən, Qopub ayrılmışlar?
Kim razı qaldı bu Yer həyatından, hammı narazı oldu, bu Yer həyatından! Ona görə ki, bu Yer həyatı, bizim deyildi!
Biz, və Bütün Bəşəriyyət, İşıq Aləminin, Əbədiyyətin, Səmaların, Göylərin Təmsilçiləriyik, Tərənnümçüləriyik!
Kim razı qaldı bu həyatdan, kim qane oldu, nəyə qane oldu, bu Həyatda?
Nə Həyatın Özü, nə biz Həyatı dəyişə bilərik!
Bu Yer Həyatı, bizim var olmamız üçün vardır!
Dinastiyalar da, İmperiyalar da, müvəqqəti oldu bu Həyatda!
Hər biri də, müddət-müddət, məhf oldular!
Kim qalib Oldu, bu həyatda?
Kim Qalub gəldi ki, bu Həyata?
Kim Qalib kimi, Əbədi qala bildi, bu Yer Aləmində, bu Yer Həyatında?
Gələn-gəldisə də, amma ayrıldı da, uzaqlaşdı da, bu Yer Həyatından!
Kim Qalib olbu bu Yer Həyatına?
Biz Ona yenə də, Möhtac olaraq, qalarıq!
Onu da, İtirməkdən çox Qorxarıq!
Bu Yer Həyatı, hammımızındır, amma heç kimin deyil!
Əbədiyyətə Qayıdış isə, Hammımızadır, Hammımızındır!
Vahid Rzaev.