Mədəniyyət tariximizin tədqiqatçıları sırasından-gözəl ziyalı Rafail Məşədi Musa oğlu Kərimov haqqında

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rafail Məşədi Musa oğlu Kərimov 1949-cu ildə Naxçıvan şəhərində anadan olub.

1967-ci ildə A.S.Puşkin adma (V.Zeynalov) Naxçıvan şəhər 3 saylı ümumtəhsil məktəbini, Naxçıvan şəhər Uşaq Musiqi Məktəbinin tar sinfini bitirib.

1969-1974-cü illərdə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin xor-dirijorluq fakültəsini, 1980-ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu müvəffəqiyyətlə bitirib.

1967-ci ildə əmək fəaliyyətinə başlayan Rafail Kərimov Culfa, Şahbuz, Naxçıvan şəhər uşaq musiqi, incəsənət məktəblərində müəllim, şöbə müdiri, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb, Azərbaycan Dövlət Xor Kapellasmda stajor kimi səmərəli fəaliyyət göstərib.

R.Kərimov sıravi müəllimlikdən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsinədək yüksəlmişdir.

Dərs dediyi şagirdlərin bir çoxu Naxçıvan, Bakı, Sumqayıt orta ixtisas musiqi texnikumlarını, (musiqi kolleci), Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını (Musiqi Akademiyasını) bitirmişlər.

Naxçıvan Muxtar Respublikasında kütləvi el şənlikləririnin (mahnı və məhsul bayramlarının) fəal təşkilatçısı və iştirakçısı olub.

1982-ci ildə Azərbaycan Respublikası Xor Cəmiyyətinin qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə Xor Cəmiyyətinin sədri vəzifəsində çalışıb.

Rafail Kərimov xeyli müddətdir ki, Naxçıvan musiqi mədəniyyəti tarixinə dair araşdırmalar aparır. Respublika dövri mətbuatında xor, vokal, musiqi sənəti, rəssamları həyat və yaradıcılığı haqqında bir sıra məqalələri dərc olunub. Rafail Kərimov, həmçinin Naxçıvan Televiziya və Radiosunda Naxçıvan musiqi mədəniyyəti tarixi mövzusunda müxtəlif çıxışları ilə tanınır.

Rafail Kərimov “Naxçıvan musiqi mədəniyyəti tarixindən-vokal ifaçılıq sənəti” və «Naxçıvan musiqi mədəniyyəti   tarixindən.  Musiqi  təhsili» adlı kitablarının müəllifidir. Həmin kitablar mədəniyyətimizlə maraqlananların müraciət etdiyi qiymətli vəsaitlərdir. Naxçıvan vokal məktəbinin və musiqisi haqqında yazılmış kitablarda  müəllif  həm musiqimizin, həm də sənətçilərin keçdiyi şərəfli yola nəzər salır onlar haqqında oxuculara geniş və dolğun mə`lumat verir. Bundan əlavə, Rafail Kərimov xor sənəti və Naxçıvanlı sənət adamları haqqında onlarla məqalənin müəllifidir, ictimai və siyasi fəallığı ilə seçilir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 dekabr 2000-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasında incəsənətin və mədərıiyyətin inkişafındakı xidməthrinə görə Rafail Məşədi Musa oğlu Kərimov “Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

         Evlidir, iki övladı var.

 

                  Rafail  Kərimov, «Naxçıvan musiqi mədəniyyəti   tarixindən.  Musiqi  təhsili» kitabından  səh . 157-158;  

Bakı, Azərnəşr,2012-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir