“Mənə qələm adlı ilk mandatı İLAHİ verib…”

Şair, filologiya üzrə fəlsəfə doktoru,

dosent Xanəli Kərimli

Ovqat.com-un suallarını cavablandırır.

 

  • Şair Xanəli Kərimli. Bu imza oxucuya nə deyir?
  • Hər bir imza fərdi olmaqla bərabər, həm də ictimaidir. Çünki insan elə bir ictimai varlıqdır ki, onda yaşadığı dövrün və zamanın bütün xətləri bu və ya digər səviyyədə kəsişir. Buna görə də insan yaşadığı zamanın və cəmiyyətin problemləri ilə həmişə üz-üzə qalır. Bəzən üzərinə düşən problemləri həll

 

etmək iqtidarında, bəzən də problemlər qarşısında məğlub olur. Xanəli Kərimli imzası da otuz ildən artıqdır ki, zamanın və yaşadığı cəmiyyətin problemləri ilə uğraşmaqdadır. Təbii ki, bu yolda udduğum da oub, uduzduğum da. Bütün yaradıcılığım boyu M.Araz demişkən; olub ki, “daş axtaran yerdə gövhər tapmışam”, bəzən də gövhəri itirib daşa tapınmışam.

…Yaradıcılığıma yaxından bələd olan elmi-ədəbi mühi- tin aparıcı imzaları yarı ciddi, yarı zarafat deyirlər ki, sənin haqqında yazılanlar öz yazdıqlarından iki dəfə çoxdur. İndiyədək haqqımda yazılan 5 kitab işıq üzü görüb: “Xanəli Kərimli-55: Şairə məktub” (2007), ”Xanəli Kərimli-60: Sözün Əlincə qalası” (2011), “Xanəli Kərimli-65: Bir öm- rün işığı” (2016) məqalələr topluları və elmi-ədəbi mühitdə kifayət qədər tanınmış fikir və düşüncə adamlarından fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağilı” (2011), şair-publisist Əli Rza Xələflinin (kitab, həmçinin, milli ordumuzun şəhid kapitanı Ceyhun Orucəliyevin döyüş yoluna işıq tutur) “Söz və qan” (2016) kitabları oxucuların ixtiyarına verilib. Sadaladığım məqaləlr toplusuna daxil olan məqaləlrin müəllifləri orta məktəb müəllimləri, ali məktəb tələbələri, mağistrantları və elmi- ədəbi mühitimizin aparıcı elm adamla- rı, akademikləridir. Bu müəlliflər sırasında Turkiyədən, İran- dan olan tanınmış imzalar da var. Şeirlərimdən nümünələr rus, ingilis, türk, fransız, fars dillərinə tərcümə edilib. Mənə elə gəlir ki, bütün bunlar Xanəli Kərimli imzası haqqında oxucu- ya, hər halda, nəsə deyir.

-Sizi ədəbiyyata gətirən nə oldu? Doğulduğunuz Mah- mudoba kəndinin M.Arazın doğulduğu Nursu kəndinə qon- şu olmasımı, Şahbuzun əsrarəngiz gözəlliyimi, təbii vəcdə gəlmək hissimi?

 

-Ədəbiyyata gəlmək məxsusi arzu və istəklə deyil. Bu mənası izah olunmaz bir sirri-xudadır. Necə ki ustadımız Şəhriyar deyir: “Şair ola bilməzsən anan doğmasa şair, missən, a balam, hər sarı köynək qızıl olmaz”. Hər vurma cədvəlini bilən riyaziyyatçı ola bilmədiyi kimi, hər qafiyə düzən də şair ola bilməz. Bir az da dəqiq desək, şairlik şeir, ya- zıcılıq hekayə yazmaq demək deyil. Bu missiya ilahi tərəfindən o kəslərə verilir ki, o, mənsub olduğu xalqının dilində danış- mağı bacarsın. Ç.Aytmatov demişkən, ona xalq tərəfindən verilən “mandatı” bütün ömru boyu şərəflə, ləyaqətl daşıya bilsin. Lalın dilini anası bildiyi kimi, xalqın dilini də o xalqın bağrından sıyrılan, xalqın ruhunun daşıyıcısına çevrilən şair və yazıçıları bildiyindən, dünya o xalqı qələm sahiblərinin or- taya qoyduğu əsərlrə görə tanıyır və dəyərləndirir. Buna görə də qələm ilahi tərəfindən seçilmiş yalnız Allahın bəyəndiyi və dəyərləndirdiyi kəslərə verilir. Hərdən mənə elə gəlir ki, qiyamət günündə hər bir peyğəmbər öz ümmətləri üçün so- rumlu olduğu kimi, qələminə, şəxsiyyət və ləyaqətinə hörmət qoyan hər bir böyük sənətkar da öz xalqı üçün cavabdehdir. Qaldı ki, “məni ədəbiyyata gətirən nə oldu” sualına, bunu heç özüm də bilmirəm…

-“Anamla söhbət” adlı bir şeiriniz Şübhəsiz, bu

şeirdə ananızın ruhu ilə söhbət edirsiniz. Ruhlarla tez-tezmi söhbət edirsiniz?

-Ədəbiyat işi mənəviyyat işidir ki, bu komponentin bir hissəsini də (bəlkə də əsasını) ruhi aləm tşkil edir. Bu da bir faktdır ki, istər elmdə, istərsə də dində ruh anlayışı açılmamış qalır ki, bu da bir ilahi möcüzədir. Bununla belə, mənim də ya- radıcılığımda ilahidən gəlmə notlar az Vaxtilə yazdığım şeirlrimin birində demişəm:

 

Mən bir Allah quluyam ki,

Gələn vəhyləri yazıram.

Bir Hatifi misal olub

Rəngdə rəngləri yazıram.

 

Yaxud da başqa bir şeirimdə:

 

Şeir gərək Haqqdan gələ,

Zorla şeir yazmaq olmaz.

Haqqdan gələn bir sözün də

Mizanını pozmaq olmaz, – demişdim.

 

Yardıcılıq (istər rəssamlıq, bəstəkarlıq, memarlıq… olsun) vəhydir ki, o, yalnız qəlbi, ruhu, mənəviyyatı təmizlərə verilir. Xəbis, çirkli qəlblərə yaradıcılıq yaddır. Həyat da sübut etdi ki, yalnız ruhu, mənəviyyatı təmizlərin əsərləri əbədiyyət qazanır. Qaldı ki,geniş mənada götürəndə, ruh məsələsinə, fikrimcə, hər sözün bətnində bir ruhi vəcd var. İnsanları bir-birinə doğmalaşdıran ruhi birlik olduğu kimi, sözləri, hətta sözlərin tərkibindəki səsləri belə bir-birinə bağlayan ruhi bağlılıqdır. Ona görə də təkcə şairlərin yox, yaradıcı adamların hər biri- nin yaradıcılıq aləmi ruhi aləmlər dünyasıdır. İnsanı yaşadan, onu daima yaradıcılığa təhrik edən ruh olduğu kimi, sənəti və sənətkarı da daima yaşadan, diri saxlayan onun bətnindəki ruhdur. Ancaq fərddən fərqli olaraq, sənətdə və sənətkarda yaşanan ruh ictimai ruhdur, yəni sənətkarın yaşadığı zamanın və mənsub olduğu xalqının ruhudur. O şairlər,yazıçılar daha böyük düşüncəyə, yaradıcılıq qabiliyyətinə malik olur ki, onlarda sağlam ruh var. Ruhən sağlam olmayan sənətkarlar, fikrimcə, böyük ədəbiyyata, geniş mənada sənətə o qədər də

 

ciddi töhfələr verə bilmir. Qeyd etdiyim kimi, mənim də yara- dıcılıq taleyimdə ruhi dünyamın müsbət rolu inkar olunmazdır.

  • Sizcə “Vicdan ağrısı” çəkmək şairin dərdlərinə çarə edirmi?
  • Şairlik kimi, vicdan ağrısı çəkmək də anadangəlmə olma- lıdır. Vicdan ağrısı insanı əxlaqi, mənəvi baxımdan təmizləyir, ona yeni duyğu, yeni ruh, yeni həyat fəaliyyəti bəxş edir. Vicdan ağrısı o admlarda güclü olur ki, onların qəlbində ila- hi bir xof, ilahi bir qorxu var. Mən inanmıram ki, qəlbində allah xofu, allah qorxusu olmayanlarda vicdan ağrısı olsun. Fikrimcə, heyvanla insanın ən başlıca fərqi ondadır ki, hey- vanlar qulaqları, insanlar ürəkləri ilə eşidirlər. Böyük şairimiz Araz da şeirlərinin birində deyir: Yüz il qulağımın dibində qışqır,//Ürək eşitmirsə, qulaq eşitməz.

Bəlkə də, şairlik elə vicdanın səsidir, haqqın, ədalətin fəlsəfəsidir. Hər bir şairin şeirlərindən onun qan qrupunu təyin etmək mümkün olduğu kimi, onun vicdan ağrısını da təyin etmək olar və bu qaçılmazdır. Qaldı ki, mənim vicdan ağrıla- rıma, onu da şeirlərimdə axtara bilərsiniz. Mən də peyğəmbər öv- ladı deyiləm. Sizin kimi bu zamanın, bu cəmiyyətin bir üzvüyəm.

  • Siz ədəbiyyatşünas alim kimi ədəbi tənqidlə də məşğul Ədəbiyyatımızın, xüsusən poeziyamızın bu gün- kü durumunu necə dəyərləndirərdiniz?
  • Rus ədəbiyyatının tanınmış simalarından biri və za- manında məhəəbbət şeirləri ilə məşhur olan K.N.Batyuşkov (1787-1855)1812-ci il rus vətən müharibəsinin getdiyi bir vaxtda yazdığı “Dostum, mən dəniz boyda şər gördüm” şeirində həmkarlarına müraciət edərək deyirdi: “Nə qədər ki, Vətənin qisası alınmayıb, şairlərin məhəbbəti və gəncliyin aşiqanə həyatını tərənnüm etməyə haqqı yoxdur”. Təbii ki, bütün deyilmiş fikir və mülahizələr heç də Quran ayəsi

 

Amma hər deyilən fikrə, düşüncəyə də etinasız yanaşmaq ol- maz. Bu gün, bəzi istisnsları çıxmaq şərtilə, yaranan ədəbiyyat, xüsusilə də poeziya sanki bir milyon qaçqını, köçgünü olan, vətəninin iyirmi faizi düşmən tapdağında qalan, az qala hər gün şəhid məzarları pöhrələyən xalqın, vətənin ədəbiyyatı de- yil (fikrim bir az ağrılı olsa da bağışlayın). İndi (son25-30 ildə yaradıcılığa bşlayan) eləbir şairimiz (qeyri-təvazökarlıq olmasın, içi mən qarışıq) elə bir yazıçımız varmı ki (bəlkə də var, amma mən bilmirəm, təki belə olsun), onun kitabı bir yana, bir şeiri,bir hekayəsi belə vətən uğrunda qurban gedən şəhidlələrimizin cibindən çıxsın. Xüsusilə, bugünkü poeziya- mız taleyüklü həyati poblemlərimizdən çox, demək olar ki, sevgi motivləri üstə köklənib. O qədər sevgi “şeirləri” yazılır ki, sevginin də dadı-duzu qaçıb. Qaldı, ədəbi tənqidimızə, bu- günki ədəbi tənqidimizin işıqlı cəhətləri az deyil. Amma ədəbi tənqidimiz də ədəbi mühitimizin səviyyəsindədir…

  • Şeir kitablarınızla yanaşı, arabir aforizmlərdən ibarət kitablarınız da işıq üzü görür. Belə hikmətli kəlamlara tələ- bat haradan doğur sizdə?
  • Hər bir yaradıcı insanın yaradıcılığında bir nəfəsdərmə anı var ki, buna el arasında iş arasında iş görmək deyirlər. Bu an insana ruhi sakitlik gətirməklə bərabər, həm də çeşidli ya- radıcılıq nümunələri də bəxş edir. Bu da ondan irəli gəlir ki, bəzən fikrini, oxucuya aşılamaq istədiyin ideyanı eyni janrda demək olmur. Onda, deyək ki, nəsrin, dramaturgiyanın, pub- lisistikanın imkanlarından istifadə etmək “məcburiyyətində” qalırsan. Mənim bədii yaradıcılığımın əsasını lirika təşkil Amma nəsr dililə yazdığım və mayası xalqdan, zaman-zaman oxuduğum kitablardan, öyrəndiyim həyat təcrübələrindən gələn aforizmlərim də az deyil. Ədəbi-elmi ictimaiyyət tərəfindən vaxtında dəyərləndirilən bu aforizmlərin böyük bir

 

hissəsi “Mənə elə gəlir ki…” (2008) və bir qismi də “Xanəli Kərimli: Bir ömrün işığı” (2016) kitablarında toplanıb. Fikrin daha yığcam, lakonik şəkildə oxucuya çatdırılmasında, təbii ki, aforzmlərin xüsusi rolu var. Məsələn, əgər düşünürsənsə, demək sən tüfəngə qoyulmuş güllə kimisən, nə vaxtsa açı- lacaqsan. Yaxud, günəbaxan ömrü yaşayandan şair olmaz və s. Bu kimi aforizmlərin sayını daha da artırmaq olar. Məqsədimiz aforizmlərin sayını artırıb oxucunun vaxtını al- maq deyil, deyəcəyimiz odur ki, aforizmlər yaradıcılığın mü- hüm bir sahəsi olmaqla yanaşı, həm də geniş düşüncə, duyum və hissiyyat tələb edir. Sirr deyil ki, bugüngü oxucu o qədər də səbirli deyil, onun irihəcmli əsərlər oxumağa bir çox halarda nə hövsələsi çatır, nə vaxtı. Bəlkə də, məndə aforizmlərin ya- ranmasının bir səbəbi də az sözlə çox fikir ifadə etməklə oxu- cunun vaxtını və hövsələsini də nəzərə almağımdan irəli gəlib.

  • Xanəli Kərimli üçün istedad əsasdır, yoxsa zəhmət?
  • Hər ikisi, üstə gəl səbr və şəxsiyyət. Bunların dördü də anadangəlmədir. Heç birisi sonradan qazanılası əlamət deyil. Bilirsiniz ki, yaradıcılıq əzablı bir Bu prosesdə insa- nın saçından tutmuş ayğına qədər hər bir orqanı fəaliyyətdədir. Əgər istedad torpaq altında qalan, kimsənin gərəyinə gəlməyən bir xəzinədirsə, zəhmət, alın təri o xəzinəni üzə çıxaran, xalqın, millətin sərvətinə çevirən əvəzsiz bir vasitədir. Da- vamlı, səmərəli zəhmət insandan fil səbri, fil dözümü tələb edir. Ancaq bütün yaradıcılıq prosesini dəyərə mindirən əsas amil sənətkarın şəxsiyyətidir. Şəxsiyyət elə bir dəyərdir ki, onu heç bir şeylə əvəz etmək olmaz. Daha dəqiq desək, sənət bir üzükdürsə, şəxsiyyət o üzüyün qaşıdır. Çünki geniş mənada götürəndə ədəbiyyatın (və ümumiyyətlə sənətin) başlıca qayəsi insanda insanlıq oyatmaqla bərabər, həm də onu bir şəxsiyyət kimi formalaşdırmaqdır. İstər dünya ədəbiyyatından, istərsə

 

də öz ədəbiyyatımızdan kifayət qədər fakt gətirmək olar ki, o sənətkarlaın əsərləri daha çox əbədiyaşarlıq qazanıb ki, onlar insan şəxsiyyətinin canlı klassikləri olublar.

  • İndi çoxluğu narahat edən məsələlərdən biri və bəlkə də birincisi odur ki, kitab oxunmur, kitaba ögey münasibət var, internet kitabı üstələyib. Sizcə də bu, beldirmi?

M.Araz 60-cı illərdə qələmə aldığı məşhur “Deyirlər şeir oxunmur” şeirində yazırdı:

 

Adam var fərqini bilməyir hələ

Böhtan yazan əllə söz yazan əlin.

Qəlbi lal, beyni kar adamlar ilə

Şeiri tərəziyə qoymayaq, gəlin.

 

Yaxşı əsər həmişə öz dəyərini, qiymətini qoruyub saxla- yır. Belə əsərlər bəzən “qəlbi lal, beyni kar adamlar” əlinə düşəndə ünvanı səhv düşən sevgi məktubu kimi bir kənara atı- lır. Əksinə, ünvanına çatanda nəinkn bədii əsərlər – kitablar, hətta bir dəmir parçası da öz qiymətini alır. Necə deyərlər, zər qədrini zərgər bilər.

Ancaq kitabın oxunmamağının, yaxud da az oxunmasının, fikrimcə, başlıca səbəblərdən biri müəlliflə oxucu arasında- kı intellektual səviyyənin bir-birini tamamlamamasından ırəli gəlir. Mən 44 ildir ki, orta və ali məktəbdə müəllim işləyirəm. Uzun illərin təcrübəsindən bilirəm ki, ən “ipə-sapa yatma­ yan” şagirdə, tələbəyə bilmədiy, eşitmədiyi məlumatları verəndə onlar müəllimə hörmətlə yanaşır, özlərini müəllimə “tabe edirlər”. Yoxsa, hər dəfə müəllim sinfə, auditoriyaya girəndə Əlişin nağılını danışanda onda, təbii ki, mizan-tərəzi itir.

 

Bugünkü oxucu nəinki dünənki, heç bir saat bundan qa- baqki oxucu deyil. İndi zaman, həyat çox sürətlə dəyişir. İn- formasiya bolluğu hər kəsi seçim qarşısında qoyur. Bəzən in- formasiya bolluğu xaos yaradır. Nəyin düz, nəyin yanlış oldu- ğunu ayırd etmək çətinləşir. Sirr deyil ki, bu gün elə oxucular var ki, onlar tarixi, həyatın və zamanın gedişatını onlara həyat dərsi vermək istəyən yazıçı və şairdən heç də pis bilmirlər. Ona görə də indiki oxucunu ram etmək, onu öz sehrinə salıb inandırmaq heç də asan məsələ deyi. Etiraf edilməlidir ki, indi oxucu auditoriyasını tərbiyə edəcək barmaqla sayılacaq çox az qələm sahiblərimiz var ki, oxucusunu arxasınca apara bi- lir. Xəstə müalicəsi üçün yaxşı həkim sorağında olduğu kimi, özünün daxili aləmini daima narahat edən bir sıra sualların cavabını tapmaq üçün oxucu da yaxşı yazıçı, yaxşı şair so- rağindadır. Belə olan halda bazar iqtisadiyyatı şəraitində ya- şayan bugünkü oxucu istəyir ki, yaxşı “mal” alsın, o istəmir ki, həm pulu getsin, həm də vaxtı. Qaldı ki, internetin kitabı üstələməyinə, mən inanmıram ki, internet kitabı üstələsin, onu əvəz ed bilsin. Çünki kitab elə bir dəyərə malikdir ki, onun yerini heç bir şeylə doldurmaq olmaz. Unutmayaq ki, internetin də anası kitabdır.

  • Siz iki çağırış (2000, 2005) Naxçıvan MR Ali Məclisin

deputatı olmusunuz. Deputatlıq illəri sizə nə verdi?

  • Deputat olmamışdan əvvəl bir alim və şair kimi mənə qələm adlı ilk mandatı İlahi verdi və bu mandat mənə iyirmi ildən sonra Naxçıvan MR Ali Məclisinin deputatlıq manda- tını qazandırdı. Bilirsiniz ki, şairi, yazıçını İlahi, deputatı isı İlahi gücə, qüdrətə malik olan xalq seçir. Deputatlıq mənim həyatımda və yaradıcılığımda, hər şeydən əvvəl, həyatı, in- sanları, zamanın qarşıya qoyduğu problemləri daha yaxından dərk etməyimdə, dərk edib nəticə çıxarmağımda mühüm rol oynadı.
  • Həm şair, həm də alim kimi gələcək planlarınız?
  • Bədii yaradıcılıq üçün elə bir planım yoxdur. Ancaq Naxçıvan Dövlət Universiteti Ədəbiyyat kafedasının dosen- ti kimi bir sıra elmı araşdırmalarm var. Hazırda Əməkdar incəsənət xadimi, şair Hüseyn Razi (1924-1998) yardıcılığı ilə bağlı elmi-tədqiqat işi üzərində işləyirəm. Bir ali məktəb müəllimi kimi də yeni tədris ilinə bir para hazırlıq işləri il məşğulam.

Söhbətləşdi: M.Tahir

22.08.2017

 Xanəli Kərimli: Şairin könül dünyası.

 

Kitabı Yüklə

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir