Mən kiməm ?

BEŞ ÖMRƏ BƏS EDƏRDİ…

Teslanın sonuncu müsahibəsi:

«Məni məğlub etdilər. Mən hamıya havayı işıq vermək istəyirdim. Mən bütün Yer üzünü işıqlandırmaq istəyirdim».

Bu müsahibəni Nikola Tesla 1899-cu ildə jurnalist Con Smitə vermişdir.

Tesla: Bəli, mən bəzi çox mühüm kəşflər etmişəm. Ancaq hər halda yenilmişəm. Mən nail ola biləcəyim əzəmətə nail ola bilməmişəm.

Jurnalist: Bu nə deməkdir?

Tesla: Mən bütün Yeri işıqlandırmaq istəyirdim. İkinci Günəş yaratmağa bəs edəcək qədər elektrik vardır. İşıq Saturnun ətrafındakı halqa kimi ekvatorun ətrafında fırlanır. Bəşəriyyət Əzəmətə və Xeyrə hazır deyil. Kolorado-Sprinqsdə mən yeri elektriklə işıqlandırırdım. Həmçinin pozitiv mental enerjiyə bənzər digər enerjiləri də almaq olar. Onlar Baxın və ya Motsartın musiqisində və ya böyük şairlərin şeirlərindədir. Yerin özündə Sevinc, Sülh və Sevgi enerjiləri var. Onların təzahürləri bayağıdır: torpaqdan boy atan çiçək, aldığımız qida və insan üçün yurd demək olan hər şey. Mən illərimi bu enerjini insanlara daha güçlü təsir göstərməyə vadar etmək üsulunu axtarmağa sərf etmişəm. Qızıl güllərin gözəlliyi və qoxusundan tibbi məqsədlərlə, günəş şüalarından isə qida kimi istifadə etmək olar. Həyat sonsuz sayda çoxlu formalara malikdir, alimin borcu materiyanın hər bir formasında onu tapmaqdır. Burada üç şey mühümdür. Mənim işim yalnız onları axtarmaq olub. Onsuz da onları tapmayacağımı bilsəm də öž axtsrıslarımdan əl çəkməyəcəyəm.

Jurnalist: Bu şeylər nələrdir?

Tesla: Bir problem qidadır. Ulduz və Yer enerjisi Yer üzündəkiləri necə doyura bilər?  Bütün susamışları hansı şərabla elə doyurmaq olar ki, onlar ürəkdən sevinsinlər və Allah olduqlarını anlasınlar? Daha bir problem şəri və insan ömrünü sarmış əzabı zəiflətməkdir! Bəzən şər və əzab kosmosun dərinliklərində epidemiya kimi ortaya çıxır. Bu əsrdə xəstəlik Yerdən Kainata yayılıb. Üçüncüsü isə Kainatda izafi İşıqın mövcud olub-olmamasıdır.  Mənim kəşf etdiyim   ulduz bütün astronomik və riyazi qanunlara görə yoxa çıxa bilərdi, ancaq görünur ki, heç nə dəyişilmir. Ulduz Qalaktikadadır. Onun işığı elə bir sıxlığa malikdir ki, sıxılsa almadan daha kiçik sferaya yerləşər, amma bizim Günəşdən daha ağır olar. Dinlər və fəlsəfələr öyrədir ki, insan Məsih, Budda və Zərdüşt ola bilər. Mənim sübut etməyə can atdığım daha qorxunc və demək olar ki, dərk olunmazdır. Kainat elə yaradılıb ki, hər bir varlıq Məsih, Budda və Zərdüşt kimi doğulur. Mən bilirəm ki, qravitasiya uçmaqdan ötrü sizə lazım olan hər şeyin açarıdır,  mən isə təkcə uçan qurğular (təyyarələr və ya raketlər) yaratmağa deyil, həm də insana öz şəxsi qanadlarını yenidən əldə etməyi öyrətməyə niyyətliyəm. Mən havadakı enerjini oyatmağa çalışıram. Əsas enerji qaynaqları vardır. Boş fəza hesab olunan şey sadəcə yatmış materiyanın təzahürüdür. Nə bu planetdə, nə də Kainatda boş fəza yoxdur. Alimlərin haqqında danışdıqları qara dəliklər ən güclü enerji və həyat qaynaqlarıdır.

Jurnalist: Sizin Uoldorf-Astoriya otelinin 33-cü mərtəbəsindəki nömrənizin pəncərəsinə hər səhər quşlar uçub gəlir.

Tesla: İnsan quşlara xüsusi mehribanlıqla yanaşmalıdır. Qanadlı olduqlarına görə. Nə vaxtsa onun da real və görünən qanadları olub!

Jurnalist: Pərəstişkarlarınız nisbiliyə hücum etdiyiniz üçün sizdən şikayətlənirlər. Materiyanın enerjiyə malik olmadığına dair sizin irəli sürdüyünuz iddia ən azından qəribədir. Əgər hər şey enerji ilə doludursa, onda bəs o haradadır?

Tesla: Əvvəldə enerji olub və yalnız bundan sonra materiya meydana gəlib.

Jurnalist: Mister Tesla, bu ona bərabərdir ki, siz sizi atanızın dünyaya gətirdiyini deyəsiz.

Tesla: Məhz elə bu cürdür! Kainatın doğuluşu barədə nə demək olar? Materiya bizim İşıq kimi tanıdığımız ilkin və əbədi enerjidən yaradılır. O, işıq sacmış, ondan da ulduzlar, planetlər, insan və Yer üzündə və Kainatda var olan hər şey meydana gəlmişdir. Materiya işığın sonsuz sayda formalarının ifadəsidir, çünki enerji materiyadan çox-çox qədimdir.

Yaranışın dörd qanunu var.

Birinci qanun: qaynağın, qaranlıq planın dərkolunmazlığı, onu ağılla dərk etmək və ya riyazi olaraq ölçmək mümkün deyil. Bütün Kainat bu plana uyğundur.

İkinci qanun: İşığın həqiqi təbiəti olan qaranlığın dərk olunmazlıqdan yayılması və onun işığa çevrilməsi.

Üçüncü qanun: İşığın İşıq materiyası olmaq zərurəti.

Dördüncü isə: nə başlanğıc, nə də son var.

Əvvəlki üç qanun hökm sürür və Yaranış əbədidir.

Jurnalist: Nisbilik nəzəriyyəsinə qarşı düşmənçiliyinizdə siz elə uzağa gedirsiniz ki, ad günlərinizdə onun yaradıcısının əleyhinə mühazirələr oxuyursunuz.

Tesla: Yadda saxlayın ki, bu əyilmiş fəza deyil, bu sonuzluğu və əbədiliyi dərk etməyə qadir olmayan insan zəkasıdır! Əgər nisbilik nəzəriyyənin yaradıcısı tərəfindən düzgün anlaşılmış olsaydı, onda təkcə elə istəməklə o, ölməzlik, hətta fiziki ölməzlik qazanmış olardı. Mən işığın zərrəsiyəm və bu musiqidir. İşıq mənim altı duyğuma hopur: mən görür, eşidir, hiss edir, qoxu duyur, təmas edir və düşünürəm. Mənim altıncı duyğum düşüncədir. İşıq zərrələri yazılmış notlardır. İldırımın zərbəsi bütöv sonata ola bilir. Minlərlə ildırım konsertdir. Mən bu konsert üçün Himalayın buzlu zirvələrində eşidilə bilən kürəvi ildırımı yaratmışam.

Pifaqorçulara və riyaziyyatçılara gəldikdə isə alim onlara müdaxilə edə bilməz və etməməlidir. Rəqəmlər və tənliklər yalnız sferaların musiqisini ifadə edən simvollardır.

Əgər Eynşteyn bu səsləri eşitsəydi nisbilik nəzəriyyəsini uydurmazdı. Belə səslər zəkaya onu bildirir ki, həyatın anlamı var, Kainat mükəmməl ahəngdə mövcuddur və onun gözəlliyi Yaranışın səbəb və nəticəsidir. Belə musiqi ulduzlu göylərin əbədi dövranıdır.

Hətta ən balaca ulduzun bitkin strukturu var və o da ulduz simfoniyasının bir hissəsidir. İnsanın ürək döyüntüsü Yerin simfoniyasının bir hissəsidir. Nyuton bilirdi ki, sirr göy cisimlərinin həndəsi yerləşməsindən və hərəkətindədir. O, Kainatda ali qanunun mövcudluğunu dərk edirdi.  Əyilmiş fəza xaosdur, xaos isə musiqi deyil. Eynşteyn səs və dəlilik dövrünün elçisidir.

Jurnalist: Mister Tesla, siz bu musiqini eşidirsiniz? 

Tesla: Mən onu hər zaman eşidirəm. Mənim mənəvi qulağım başımızın üzərindəki səma qədər böyükdür. Maddi qulağımı isə mən radarlarla gücləndirirəm. Nisbilik nəzəriyyəsinə görə iki paralel xətt sonsuzluqda kəsişir. Yəni Eynşteyn əyriliyi düzəlir. Bir dəfə yaradılmış səs əbədi uzanacaq. O, insan üçün yox ola bilər, lakin insanın ən böýük qüdrəti olan səssizlikdə mövcudluğunu sürdürəcək.

Yox, Eynşteynin özünə qarşı mənim heç bir iradım yoxdur. O da özünə görə bir adamdır və çoxlu xeyirxah şeylər edib, bunların bəziləri musiqinin bir hissəsi olub. Mən ona yazacağam və izah etməyə çalışacağam ki, efir mövcuddur və Kainatı və əbədiyyətə yaşamı ahəngdə tutan onun zərrələridir. 

Jurnalist: Siz vizuallaşdırmanın gücünü tez-tez xatırladırdınız.

Tesla: Mən özümün bütün ixtiralarıma görə vizuallaşdırmaya minnətdaram. Mənim həyatımda baş verənlər və ixtiralarım real olaraq gözlərimin önündə dayanır və hər biri ayrıca hadisə və ya əşya kimi görünür. Gənc ikən mən bunun nə demək olduğunu bilmədiyimdən qorxurdum, lakin sonralar bu gücdən müstəsna istedad və qabiliyyət kimi istifadə etməyi öyrəndim. Mən onu bəsləyir və qısqanclıqla qoruyurdum. Həmçinin vizuallaşdırmanın köməyi ilə ixtiraların əksərini təshih edir və mürəkkəb riyazi tənliklərin həllini mental vizuallaşdıraraq onları tamamlayırdım. Bu qabiliyyətə görə mən Tibetdə Ali Lama rütbəsi almışam. Mənim görməm və eşitməm mükəmməldir və cəsarətlə deyirəm ki, başqa insanlarda olduğundan daha güclüdür. Mən göy gurultusunu 250 km məsafədən eşidirəm və səmada digər insanların görə bilmədikləri rəngləri görürəm. Bu cür kəskin gözü və qulağı mən hələ uşaqkən əldə etmişəm. Sonralar mən onları şüurlu şəkildə imkişaf etdirmişəm.

Jurnalist: Bizim oxucular sizin fəlsəfə barədə bilmək istərdilər.

Tesla: Həyat-dərki zəruri olan ritmdir. Mən ritmi hiss edir, ona köklənir və ona qoşuluram. O, minnətdarlıq bildirir və mənə bilik bəxş edir. Bütün canlılar dərin və gözəl qarşılıqlı təsirlə bağlıdır: insan və ulduzlar, amöblər və Günəş, ürək və sonsuz sayda aləmlərin döngüsü. Belə əlaqələr qırılmazdır, lakin ram edilə və dünyadakı köhnə əlqələri pozmadan yeni  və müxtəlif əlaqələr yarada bilər. Bilik kosmosdan gəlir; bizim görüşümüz onun mükəmməl açılışıdır. Bizim iki gözümüz var: maddi və mənəvi. Onların bir olması tövsiyə olunandır. Kainat düşünən heyvan kimi öz təzahürlərində canlıdır. Bitki, vəhşi heyvan və insan kimi daş da düşünən və ağıllı varlıqdır. Parlayan ulduz bizim ona baxmağımızı diləyir. Əgər biz özümüzlə belə məşgul olmasaydıq, onun dilini və mesajını anlardıq. İnsanın tənəffüsü, gözləri və qulaqları Kainatın tənəffüsü, gözləri və qulaqlarına tabe olmalıdır.

Jurnalist: Mister Tesla, bəs sizin üçün elektrikin anlamı nədir?

Tesla: Hər şey Elektrikdir. Əvvəldə tükənməz qaynaq olan işıq vardı, ondan materiya ayrıldı və Kainatda və Yerdə özünün btütn aspektləri ilə təmsil olunmuş yaşamın bütün formalarında yer aldı (məkanlaşdı). İşığın gerçək üzü qaranlıqdır, amma biz onu görmürük. Bu insana və digər yaranmışlara bəxş olunmuş gözəl mərhəmətdir. Qaranlığın zərrələrindən biri işıq, temperatur, nüvə, kimyəvi, mexaniki və dərk olunmamış enerjiyə malikdir. O, Yeri orbitdə fırlatmaq qüdrətinə malikdir. Bu həqiqətən, Arximed lingidir.

Jurnalist: Mister Tesla, elektrikə yanaşmanız həddən ziyadə mövhumatçı yanaşma deyilmi?

Tesla: Elektrik mən özüməm. Və yaxud əgər istəyirsinizsə, mən insan formasında eletrikəm. Mister Smit, siz də elektriksiniz, sadəcə olaraq siz bunu dərk etmirsiniz. Jurnalist: Bəs siz öz bədənininzdən 1 milyon volt gərginlikli elektriki buraxa bilərsinizmi? Tesla: Üzərinə bitkilərin hücum çəkdiyi bağbanı təsəvvür edin. Əlbəttə, bu tamamilə cəfəng olardı. İnsanın bədəni və beyni böyük miqdarda enerjidən düzəldilib; mənim əksər hissəm elektrikdir. Hər kəsə xas olan fərdi enerji insan “mən”ini və ya ruhunu yaradır. Başqa yaranmışlarda hər şey belə deyil: bitkinin ruhu mineralların və heyvanların ruhudur. Beynin fəaliyyəti və ölümü işıqda təzahür edir. Gənclikdə mənim gözlərim qara idi, indi isə göydür. Zaman keçdikcə beyinin gərginliyi daha güclü olur, odur ki, gözlər sanki açılır. Ağ rəng göylərin rəngidir.

Bir dəfə səhər həmişə yemlədiyim ağ bir göyərçin pəncərəmə qondu. O öldüyünü mənə çatdlrmaq istəyirdi. Onun gözlərindən işıq selləri çıxırdı. Mən heç vaxt hansısa bir yaranmışın gözlərində bu göyərçinin gözlərindəki qədər işıq görməmişdim.

Jurnalist: Sizin laboratoriyanın personalı siz əsəbiləşəndə və ya özünüzü təhlükəyə atanda yaranan işıq qığılcımlarından, alovdan və ildırımlardan danışır.

Tesla: Bu psixi boşalma və ya ayıq-sayıq olmaq barədə xəbərdarlıqdır. İşıq həmişə mənim tərəfimdədir. Bilirsinizmi mən fırlanan maqnit sahəsini və məni 26 yaşda məşhur edən asinxron mühərriki necə aşkarlamışam?

Necəsə bir yay axşamı Budapeştdə mən və yerlim Günəşin batmasını seyr edirdik. Minlərcə atəş fırlanır və yüzlərlə rəngə çalırdı. Mən Faustu xatırladım və ondan sitat gətirəndə elə birdən dumanda olduğu kimi fırlanan maqnit sahəsini və asinxron mühərriki gördüm. Mən onları Günəşdə gördüm!

Jurnalist: Sizin üçün elm və poeziya eyni bir şeydir?

Tesla: Hər insanın iki gözü var. Uilyam Bleyki öyrədiblər ki, Kainat təxəyyüldən doğulub, o mövcuddur və Yer üzündə axırıncı insan yoxa çıxana kimi mövcud olacaqdır. Təxəyyül elə bir çarxdır ki, astronomlar onun vasitəsilə bütün qalaktikaların ulduzlarını toplaya bilərlər. Bu yaradıcı enerji işığın enerjisinin eynidir.

Jurnalist: Yəni sizin üçün təxəyyül həyatın özündən daha realdır?

Tesla: O, həyatı doğurur. Mən öz təlimimlə bəslənib, emosiyalara, yuxulara və xəyallara nəzarət etməyi öyrənmişəm. Öz ruh yüksəkliyimdən qidalanaraq mən həmişə çiçəklənmişəm. Mən özümün bütün uzun həyatımı ekstazda keçirmişəm. Bu mənim xoşbəxtlik qaynağımdır. Təxəyyül mənim xoşbəxtliyimin qaynağı olub. Bütün bu illər ərzində o, beş ömrə bəs edəcək bir işin öhdəsindən gəlməyimə yardım edib.

Mənbə: ЭТО ИНТЕРВЬЮ НАШЛОСЬ СПУСТЯ 83 ГОДА! Никола Тесла о ЖИЗНИ ПОСЛЕ СМЕРТИ, Боге и Религии

Rus dilindən Tərcümə etdi:
“AqRa” EİDİB-in İdarə Heyətinin üzvü
Vəliyev Təvəkkül Yaqub oğlu

 

One comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir