Mərd olun, mərd ölün.
Sovet tarixi yalnız sosializmin və xalqın Hitler Almaniyası üzərində
qələbəsi tarixi deyildi, həm də milyonlarla günahsız insanların məhvi, faciəsi,
repressiyası və öz vətənlərindən didərgin düşməsi tarixi idi. Stalin epoxası və
siyasətinin qurbanları barəsində qəmli bir dastanı xatırladan bu kitabda
Cavidlərin və başqa namuslu və vicdanlı sovet adamlarının ağrılı-acılı həyatı
işıqlandırılır, dünən və bu gün baş verən hadisələr arasında əxlaqi, mənəvi
və tarixi bağlılıq axtarılır. Qəddar və amansız bir quruluşda yaşamış
insanların tarixi faciələri kitabından bəzi səhifələr varaqlanır.