“Malayziyada açılan səhər” romanı çapdan çıxdı
Tanınmiş jurnalist, yazıçı-publisist İlham Əliyevin növbəti kitabı çapdan çıxıb. “Malayziyada açılan səhər” adlanan romanda hadisələr 2003-cü ildə cənub-şərqi Asiyada baş vermiş dəhşətli təbii fəlakət- 300 min insanın ölümünə səbəb olan sunami zamanı yaşanan hadisələr əsasında cərəyan edir. Ölkələrin, xalqların üzləşdikləri bəşəri fəlakət zamanı insan tacirləri öz biznes maraqlarından əl çəkmirlər. Sunamidən sonra İndoneziya sahillərində baş verən dağıntılar altından xilas edilən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər. Həmin qurbanlardan biri də Faruk olur. Faruk İndoneziyanın ən ucqar adalarından olan Mare adasına aparılır. Lakin bəxt, tale onun üzünə gülür. Malayziyadan Mare adasına qonaq gəlmiş nəcib, xeyirxah xanım Klara Farukla rastlaşır və onu 4 il əvvəl ölmüş oğluna bənzədir. Xanım Klara onu himayəyə götürməkl üçün çalışır, çarpşır və nəhayət böyük məbləğdə pul ödənişi qarşılığında ona hamilik icazəsi alaraq Malayziyaya gətirir. Romanda hadisələr Farukun qonşu ölkədə yaşayışı, böyüdükcə özünə yeni dostlar tapması ilə davam edir.
Qeyd edək ki, müəllifin indiyədək çap olunmuş əsərləri geniş oxucu kütləsinin marağına səbəb olub. “Qanlı vadi”, “Gecənin rəngi”, “İncə dərəsi”, “İnsanlığa xidmət” əsərləri maraqla qarşılanıb. “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” əsəri Rusiyada rus dilinə tərcümə olunaraq dərc edilmişdir.
İlham Əliyev çox sayda publisistik əsərin müəllifidir. Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı və “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. Hazırda jurnalist kimi fəaliiyyətini davam etdirir, eyni zamanda Hüquqi və Demokratik İslahatlar Mərkəzinin rəhbəridir.