Möhtaclıq, Qanunu

Ətrafa, hallara diqqətlə baxdıqda, bütün hallar biri-biri ilə, bağlılıqdadırlar!
Kvant fizikası, Kvant mexanikası, bunlarsız yer üzündə fəaliyyət göstərmək, mümkünsüzdür!
Kvant fizikası, kvant halı və Kvantlar anlayışına baxdıqda bunlar “Möhtaclıq qanunudur”, Kvant isə, onun daxili halıdır!
Necə ki, bütün hallar biri-birinə möhtacdırlar!
Sərt qayaya baxdıqda, mərmərə baxdıqda, daşa baxdıqda, metala baxdıqda, hər birinin tərkib və varlığında qat-qat, lay-lay olduğu görünür!
Səbəb?

 Deyək ki, bu “Müxtəliflik Qanunudur!”, bəs onda bu Müxtəliflik Qanunu, haradan törədi?
Müxtəliflik isə, Möhtaclığın Qanunundan, törədi!
Bütün hallar biri-birinə möhtacdırlar!
Bir neçə, misala baxaq.
Bütün hallar, bütün canlılar, İşığa – İstiyə, Möhtacdırlar!
Torpağa düşəcək ilkin Dən, Toxum, Dənə, Tum, Zərrəyə – möhtacdırlar!
Zərrə, İlkin İşığa, möhtacdır!
Zərrədən törəyən bütün Varlıqlar, Mühitə möhtacdırlar!
Dən, toxum, mühitə Torpağa möhtacdırlar!
Torpaq, Suya möhtacdır!
Külək, hava isə yenə də, suya möhtacdır!
Yer üzündə Su, Torpaq, Dağ, Dərə, Yüksəkliklər, Çökəkliklər, Yer Kürəsinin Nüvəsinə, möhtacdırlar!
Nüvə, İşığa möhtacdır!
İnsan, canlı Günəşə, O, İşığa möhtacdır! 
Onlar, O, Günəşin, İşığına, İstisinə möhtacdır!
İnsan bütün hallara möhtacdır!
Yatmağa möhtac, qidaya möhtac, yeriməyə möhtac, hərəkətə möhtac, düşünməyə möhtac, sevgiyə, məhəbbətə möhtac, diqqətə möhtac, tumara möhtac, ağrıya-ağrısızlığa möhtac, İşığa möhtac, öyrənməyə-bilməyə möhtac və s.
İnsan, canlı törəməsinə, Ana varlığının mühitinə möhtacdırlar, Ana varlığı, Kişi varlığının özünə (izdivac), möhtac!
Baxışa, davranışa, nəfəsə, hərəkətə isə Cavabdehdirlər!
Qurub, quraşdırmağa, tərtibatlar verməyə, düşüncələrə, sözlərə ideyalar irəli sürməyə azad, müstəqil Bacarıqlılardırlar!
Bütün hallar mexanikalar, binalar, maşınlar hissələrə, möhtacdırlar!
Bu hallar, Kainata möhtacdırlar, Kainatda olan bütün planetlər, bütün Qalaktikalar, bütün dayanmayan, tükənməyən hərəkətlər Kainatla möhtacdırlar!
Kainat isə, İlkə, O, İlk İşığa, Kainat Sahibi Mütləqinə Möhtacdırlar!
Bu ilkdən törəmiş, başlamış “Möhtaclıq qanunu”, Minnətsizlik, Təmmənasızlıq Qanunudur!
Kainat mexanikasında, heç bir Planet, birgə hərəkətdə, biri-burinə “Minnət”, vurmaz, “Təmənnalı”, olmaz! 
“Mən”, deməz, biri-burinə Zor, Güc Etməz!

Bir qeyd: 
İndi nədən danışırıqsa, elə hesab etməyək ki, ancaq ikimiz bildik bu danışığımızı, daha heç kim bilmədi, eşitmədi!
Bu yanlış fikirdir o mə’nada ki, bu an bütün Kainat sistemi bizim danışığımızı, “Eşidir, Dinləyir!”.
Bu səbəbdən insan, canlı varlığı Kainatdan qopa bilmir!
İnsan azad, müstəqil yox, “Mütləq”, Yaranışdır!
O, mə’nada ki, anatomik-bioloji varlığı, qüsursuz, mükəmməl, yaranışdır!
Amma bütün hallarda, ətrafına möhtac, varlıqdır!
Yatmağa möhtac, qidaya, istiyə, soyuğa möhtac, rəngə, səsə, təmasa, duyğuya (lamisə), tumara, ağrıya, həsrətə, nigarançılığa, ümid etməyə, möhtacdır!
Eyni vaxtda, gecəyə, gündüzə, Kainata son nəticədə, Yaradanına möhtacdır!
Bir düşüncələri, özü ilə, Özünündür!
O düşüncələrinin hesabına, axtarır-tapır, maraqlanır, icad edir, qurur-quraşdırır, mühakimə edir, yazığı gəlir, bə’zən bağışlayır, bə’zən isə,heç bağışlamır da, iddia edir, özündən razı qalır və s. və i.
Düz deyilir ki, insan həm Möhtac, həm Mütləq bir varlıqdır!
Nəyi necə düşündüsə, o düşüncəsini əsas bilir!
Çünki, insan varlığı, “Robot”, deyil ki, və knopka-düymələri də, yoxdur ki, Kainatdan hansısa düyməsini sıxsınlar ki, “bunu et”, hansısa düyməsi vasitəsi ilə, onun hərəkətlərini “söndürsünlər”, ki, “bunu eləmə!”. 
Amma səhflərimizdə, səhf əlamətləri aşkar olunur, bilinir! 
Bu səbəbdən, hər addımımız, hər baxışımız, hər nəfəsimiz, hər düşüncəmizə cavabdehlik daşıyıcısıyıq!
Bu mə’nada düzgündür ki, insan ancaq, Düşüncələrində, Azad və Müstəqildir!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir