“Müəllim”.

Yer üzündə bütün xalqlara, ərazilərə diqqətlə fikir verdikdə çox qəribə bir müraciət forması aydınlaşır!
Müxtəlif ərazilərdə, müxtəlif xalqlarda müxtəlif müraciərlərdə “sir”, “pan”, “qospodin”, “bəy”, “ağa” və sairə, bu kimi müraciət formaları mövcuddur!

Yer üzündə müraciətlərə diqqətlə yanaşdıqda, bir Azərbaycan ərazisində insanların biri-birinə müraciətlərində xitabən, “Müəllim”-deyə müraciət olunur!
Kişilərə müəllim deyə, qadınlara “xanım”-deyə müraciət olunub.

Qəribədir, həkimə də müəllim, mollaya da müəllum, sürücüyə də müəllim, satıcıya da müəllim, hakimə də müəllim, polisə də müəllim, çilingərə də müəllim, ittiham olynana da müəllim, ittiham edən də müəllim, bəstəkara da müəllim, aktyora da müəllim, müğənniyə də müəllim, pəşirə (ölü yuyana) da müəllim və sairə deyə müraciət olunur!Yer üzündə bir ərazi, bir xalqdır ki, biri-birinə “müəllim”- deyə müraciət olunur. Qadınına xanım, kişisinə müəllim, deyib müraciət olunur!

Hardan gəldi bu müraciət, kim gətirdi bu müraciəti?
Çox-çox qədim dövrlərdən, Azərbaycan ərazisini bir məktəb, əhalisini isə, bir müəllim kimi bildilər.
“Müəllim”-müraciəti, dərin yaddaşımızdan gəlir irəli.

Çünki bu ərazidə məskunlaşan ilk insandan bizə qalan bir mirasdır bu yaddaşlar!
Çünki yaddaşımızdan bilirik ki, “ola bilməz ki, o (tərəf-müqabil) heç bir şeyi bilmir. O mütləq nəyi isə bilir ki, mən bilmirəm!”. O müəllim müraciətim ilə, O, nələri isə aydınlaşacaqdır, bəyanlaşdıracaq, mən də, biləcəyəm!

Müxtəlif dövrlərdə, müxtəlif quruluşlarda, müxtəlif istilalarda, müxtəlif hərbi yürüşlərdə Azərbaycan ərazisində, əhali zahirən o məhdudiyyətlərlə müvəqqəti o şəraitdə olmuş olsalar da, öz yadlarında- yaddaşlarında olan İşıq anlamını, İşıq Elmini heç bir dövr və quruluşlara dəyişmədilər. Zahirdə “hə”-desələr də, daxildə biliblər ki, bu mərhumiyyət və zorakılıq müvəqqətidir. “Hecə gəldilərsə, elə də, çəkilib gedərlər!”.

Yaddaşını, İşıq elmini heç bir zorakılıqlar qarşısında bildiklərini unutmadılar! Bununla əraziyə, əhaliyə ad, “tolerantlar”- dedilər. Müvəqqəti “hə”-desələr də, bildiklərini heç bir halla dəyişməyəcəklər! Hər bir halı içəridə “həll edəcəklər”, amma onlarla razılaşmayacaqlar, qəbul etməyəcəklər!

Qədim tarixlərdən, səlnamələrdən, hərbi yürüşlərdən çox sonralar mə’lum oldu ki, hər bir sərkərdənin Azərbaycan ərazisinə yürüşü onun son yürüşü olubdur! Təhrif olunmamış tarixlərə baxın, hər bir sərkərdənin süqutunun mərhələ-mərhələ başlanğıcı Azərbaycan ərazisindən, o, yürüşündən başlayıb və məğlubiyyətləri ilə nəticələnib!

İlkdən, Dünya tufanından xilas olmuş, bu ərazinin İşıq Sahibi var O İşıq Sahibinə isə, Sahib olmaq olmaz!
İşığa isə, Qaranlıqlarla gəlmək olmaz!

Azərbaycan ərazısi bir məktəb, əhalisi bir müəllim, xanımını isə əziz bilib Xanım-xatun deyiblər.

 Elmini İşıq,İşığı isə Elmləri biliblər!

Vahid Rzaev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir