Musiqişünas Jalə xanım Qulamova barədə
Jalə Elman qızı Qulamova 1973-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1988-1992-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunun «Nəzəriyyə» şöbəsində, 1992-1997-ci illərdə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının «Tarix- nəzəriyyə» fakültəsinin «Musiqişünaslıq» şöbəsində təhsil alıb.
1990-1997- ci illərdə Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbində müəllim, 1997-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində baş müəllim, 2003-cü ildən AMEA-nın Naxçıvan Bölməsinin «İncəsənət, Dil və Ədəbiyyat» İnstitutunda direktor müavini vəzifəsində çalışıb. 2003-cü ildə Bakıda Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda elmi-ekpozisiya şöbəsinin müdiri vəzifəsində işləyib. Jalə Elman qızı Qulamova 2007-ciildən Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında dosent vəzifəsinə çalışır. 2015-ci ildən Azərbaycan Milli Konservatoriyasının Elmi katibi vəzifəsini icra edir.2003-jü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Jalə Qulamova pedaqoji fəaliyyətlə yanaşı respublikamızda keçirilən tədbirlərdə, simpoziumlarda fəal iştirak edir. Azərbaycan Dövlət Filarmoniyasında keçirilən yaradıcılıq gecələrində, Azərbaycan Dövlət Televiziyasında,o cümlədən müntəzəm olaraq dövrü mətbuatda, elmi toplularda,jurnallarda bəstəkarlarımız, ifaçılarımız haqqında maraqlı yazılarla elmi-tarixi aspektdə çıxış edir.«Sözlü, nəğməli Naxçıvan», «Naxçıvan Muxtar Respublikası Bəstəkarlarlar Təşkilatının30 ildə keçdiyi yaradıcılıq yolu» və«Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tamaşalırında musiqinin rolu və əhəmiyyəti» adlı 3 monoqrafiyanın,“Xalq musiqi nümunələrinin təhlili ”adlı dərs vəsaitinin, 2 metodik vəsaitin, 4 proqramın, 2 braşürün (bəstəkar Nazim Quliyev və bəstəkar Məmmədağa Umudov haqqında) və 50-dən artıq elmi-publisistik məqalələrin və bir sıra konfrans materiallarının müəllifidir.