Naxçıvan Əhalisinin Etnogenezi Tarixindən M.Ö. II-I Minilliklər
Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisindəki əhalinin etnogenezində m.ö. II-I minilliklərdə iştirakı olmuş, indiyədək dövrlərə görə sistemli tədqiq olunmamış proto Azərbaycan tayfalarından bəhs olunur.
Burada Naxçıvanın qədim və müasir ərazilərində məskun olmuş tayfaların yeri, adların daşıdığı mə`nalar, onların mifik inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq edilir. Monoqrafiyada Naxçıvan ərazisində bu tayfa adları ilə yaranmış etnooykonimlər qədim arxiv və qaynaq mə`lumatları əsasında sistemləşdirilmiş, etimoloji təhlilləri verilmiş, sözlərin dövrləri və prototürk-Azərbaycan dilində olması elmi faktlarla sübut olunmuşdur. Naxçıvan oykonimlərinin qədim salnamələrdəki mətnlər ilə müqayisəli təhlilləri dilimizin ilkin ifadə imkanları haqqında da yeni elmi nəticələr ortalığa çıxarır.
Kitab elmi tədqiqatla məşğul olan aspirant, dissertant və digər elmi təbəqələrin nümayəndələri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitabdakı 4 xəritə müəllifin özü tərəfindən ilk dəfə olaraq tərtib edilmişdir.
Bakı: ADPU, 2017, 588 s.
Naxçıvan Əhalisinin Etnogenezi Tarixindən M.Ö. II-I Minilliklər kitabı yüklə
Yallı adlarında qədim dilimiz və tariximiz
Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdimat mərasimi 3
FİRUDİN HƏSƏN OĞLU RZAYEV,
Filologiya üzrə fəlsəfə doktoru,
dosent.