Naxçıvan ərazisində, İlanlı Dağ, Haça Dağ..
Naxçıvan, Kiçik Qafqaz sıra Dağları silsiləsində yerləşməklə, Şərqlə, Qərbin bölündüyü sahədə yerləşib!
Naxçıvan, çox Qədim Tarixlərin, Yaddaşının daşıyıcısıdır!
Azərbaycan ərazisi, Dünya Tufanına qədər və Dünya Tufanından sonrakı mərhələlərdə, “Ur”, ərazisi kimi, tanınıb tarixləşib!
Bir çox Ad daşıyıcılıqlarında, ya sözün əvvəlində, yaxud sözün ortasında, yaxud da o sözün, kəlmənin sonunda “Ur”, ifadəsi işlədilməklə, ərazi ad daşıyıcılığına işarə kimi, xarakterizə olunub!
Yallı janrında, “Urfani”, yallısı kimi, Qədim Azərbaycan ərazisi olan, Qafqaz sıra dağları silsiləsində yerləşən, indiki Sisian ərazisində, “Urud”, kəndi, nəfəsli Musiqi aləti Zurna, Qədim Azərbaycan ərazisinin, Urartu adı daşıması və sair, və ilaxır və bu kimi.
Amma ki, Dünya Tufanından xilas ərazisi, həmin ərəfədə Hz. Nuhun, həmin ərazidə Ur ərazisində, o, dövrün insanları ilə tufandan xilası, bir çox Səmavi kitablarda tarixləşərək, nəsillərdən-nəsillərə, tarixlərdən-tarixlərə daşınıb gəlib!
Həmin xilas ərazisinin, ikinci adı, Nuhun Sulardan xilası və xilaskarlığı, ərazini tarixləşdirmək baxımından, Nuh-çıxan kimi də, tarixi mənbələrdə, Səlnamələrdə özünə məxsus yer tutub!
Çox maraqlı və çox düşündürücüdür ki, Antik səlnamələrdə, Coğrafiya şünaslar, Tarixçilər, Səyyahlar bütün yazılarında Naxçıvan haqda, bu ərazi haqda, bir çox tarixi mə’lumatları, qeyd ediblər!
Tarixi mənbə kimi, bu gün də, o, tarixi yazılardan istinad kimi, istifadə olunur!
İkinci maraqlı cəhət ondan ibarətdir ki, Tarixi mənbələrdə, o, dövrlərdə tərtib olunmuş Səlnamələrdə, bir çox Sərkərdələrin, Azərbaycan ərazisinə, xüsusi ilə, Naxçıvan ərazisinə Hərbi yürüşləri olub!
Monqol xanları, Makedoniyalı İskəndərin, İX – əsrdə, Ərəblərin Azərbaycan ərazisinə yürüşləri, Teymurun hərbi Yürüşləri bir sual Doğurur, Azərbaycanda xüsusi ilə Naxçıvanda, “nə itirmişdilər ki, nə axtarırdılar, nələri isə tapdılarmı?”.
Tapdılar, hər Sərkədə, öz Qoşunu ilə, Öz Süqutlarını Tapdılar!
(Tarixi ardıcıllıqlara, Azərbaycandan sonra, davam edən, hərbi yürüşlərin xronologiyalarına, Ərəfələrə, Səlnamələrə baxın).
Mə’bədləri, kitabxanaları, şəhərləri viranə qoymaqla, deməli Sülhlə yox, Hərblə gəlirdilər!
Bəlkə də, İşıq ərazisinə, Sivilizasiyaların Mərkəzinə Sahib olmağa gəlirdilər!
Nəticələri isə, nəticəsizliklərlə yekunlaşırdı!
O, səbəbdən ki, İşıq, Xilas Ərazisinin Sahibi Var, O, Sahibə isə, Sahib olmaq olmaz!
İşıq Ərazisi deməklə, bu Ərazini heç də, çox istədiyimizdən, Azərbaycan ərazisi, Vətənimiz olduğundan deyilmir!
Müqəddəs Ərazinin, Müqəddəslik Yük Daşıyıcılığı olur!
Azərbaycan ərazisinin bir çox sahələri, Müqəddəslik daşıyıcılığı işarələri ilə Zəngindir!
Abşerondan tutmuş, bütün ərazilərdə, özünə məxsus İşıq Əraziləri vardır!
Naxçıvan ərazisində, İlanlı Dağ, Haça Dağ, o da, müqəddəslik daşıyıcısıdır!
Həmin İlanlı Dağ, dəniz səviyyəsindən 2400 m. yüksəklikdədir!
Dəniz səviyyəsi dedikdə, Coğrafiya elmində Baltik dənizini “Sıfır”, nöqtə kimi qəbul edərək, o, səbəbdən Dəniz səviyyəsindən neçə metr yüksəklik, Dəniz səviyyəsindən neçə metr aşığı, çökəkliklər hesablanır!
Maraqlı cəhət ondan ibarətdir ki, İlanlı dağ, ərazisi quraqlıq ərazidir!
Həmin dağın haçası arasını, “Yəhər”, adlandırırlar!
Dağın, orta səviyyəsindən yuxarı, Bulaqlar axır!
Qəribəlik ondadır ki, həmin bulaq suları miqdarını aşmır, yə`ni min illərlə o, Dağda olan bulaq suları, dağ ətəyinə axıb, gəlib çatmır!
Miqdar buna deyilir!
O, bulaq, o, Su, xüsusi Nizam daşıyır!
Həmin, “su nizamına”, misal, Haça dağın sol tərəfində yerləşən (Şimal), Müqəddəs Yeddi Kimsənələr, Ərəb mənbələrində, “Əshabül Kəhf”, (Əsabə – insan, Adam, Kəhf- Mağara mə’nası daşıyır), Ziyarətgahının aşağısında, Cənubi-Qərb istiqamətdə, ziyarətgahdan çox yaxın ərazidə, “Təndir Bulaq”, var!
O, Təndir Bulaqda, əslində, bulaq adlandırılsa da, onu Dairəvi olduğundan, “Təndir, Tamdır”, adı verilib!
Ətraf ərazı, Nəhəcir, (Nuh Açır), düzənliyi susuz ərazidir.
O, Yeddi Kimsənələr, Ziyərətgahına çox yaxın məsafədə yerləşən o, Su mənbəi, təndir diametrindən çox böyük olmaqla, onun daxilindəki Su miqdarı sanki, Nəfəs alır!
Yerin, Dərin qatlarından qalxan Su, həmin Dairənin kənarınacan qalxır, çox az müddətdə, təndir kənarına tökülmədən, bir az dayanır, bir də, yenidən təndirin içərisinə sorulub qayıdır!
Suyun, bir də, qaynayıb qalxmasına təxminən On dəqiqə vaxt gedir, o, Su Yerin dərin qatlarından, bir də, qaynayaraq, təndirin, kənarınacan qalxır, dayanır, bir də, dərinliklərə çəkilir!
Həmin Təndirin, kənarının, yer səthindən hündürlüyü, hardasa İyirmi santiməcəndir!
Amma, o, Sudan, insanlar çatdırıb, müxtəlif tutumlara, qablara o, sudan götürürlər, su dərin qatlara çəkilən müddətdə, içub, əl-üzlərini yuyurlar!
Dərin qatlardan gələn o, Su miqdarı, o qədər təmiz, dadlı, yüngül, heç bir, duz birləşmələri olmadığından, əl-üz yumaqla, sanki adam yüngülləşir, nələrdənsə, azadlaşır, rahatlaşır, təlatümlərdən, narahatçılıqlardan anilikdə uzaqlaşır, qəribə bir, rahatçılıq insanı bürüyür!
Ümumən, Yeddi Kimsənələr Ziyarətgahı, Naxçıvan şəhərindən bir o, qədər də, uzaq deyil!
Yeddi Kimsənələrə, Culfa (Cənub), səmtə, avtomobil yolundan, sola ayrılmaqla, getmək olur!
Bir az, o, Yeddi Kimsənələr səmtə, yol başladıqdan sonra, hiss olunur ki, öndə Müqəddəslik Amfeteatrı canlanır!
Sol tərəfdə Pircüvar, Nəhəcir düzəngahı, öndə, Yeddi Kimsənələr Ziyarətgahı, sağ Tərəfdə, İşıqlı İlanlı, Haça Dağ, onların arxasında, (Şərq), Gəmi Qaya, onlarla üz-üzə dayandıqda, Arxada isə, Ağrı Dağdır, İşıqlı Dağ əhatəsinə, Müqəddəslik əhatəsində olmaqla, çox-çox Qədimilik, rahatçılıq əhatəsinə düşürsən!
Baxmayaraq ki, Yeddi Kimsənələr, İlanlı, Haça dağ, ərazisi quraqlıqdır!
Amma ki, İlanlı Dağ və Yeddi kimsənələr ərazisində, Yer altından təndirdə qalxan Su, ən maraqlısı isə, İlanlı Dağ, Haça dağ yüksəkliyində olan, sərt Dağ süxurları arasından, miqdarında olan su bulaqları, ondan xəbər verir ki, Naxçıvan ərazisindən, Yer altı qatlardan, çox güclü Yer Altı Çay axır!
O, Çay, Yer Kürəsinin, Cənub yarımkürəsini, Ekvator Xəttindən keçməklə, bir də, bütün Cənub yarımkürənin, Yer Altı Çaylar biri-biri arasında, Su ilə rabitə yaradır!
Müqəddəs Su, Yer Altı Çaylarla, Yer Üstü Müqəddəsliyin biri-birinə bağlılığını, Təndirlərlə, Dağ Zirvələrinə Su işarəsi verməklə, bizə, biz Yer İnsanlarına, Müqəddəsliklər, Xəbərdarlıqlarını Edir!
Vahid Rzaev.