NAXÇIVAN MAKROTOPONİMLƏRİNİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Monoqrafiyada Naxçıvan ərazisindəki makrotoponimik sistemin oykonim, oronim, hidronimik adarın tarixi məlumatlardakı yeri, daşıdığı mənalar, bu mifik inancların əski mənbə və salnamələrdə yeri ətraflı tədqiq edilmişdir. Bu makrotoponimlərə daxil olan adlar arxiv materialları və qaynaq məlumatları əsasında linqvistik təhlilə cəlb edilmiş, qədim sözlər qruplaşdırılmışdır. Onların prototürk-Azərbaycan dili elementləri olduğu lüğətlər əsasında tədqiq edilmiş, dilimizin əski dövrlərinə dair yeni tarixi faktlar elmi cəhətdən sübut edilmişdir. Naxçıvan makrotoponimlərinin yayım arealı və ümumtürk onomastik vahidləri ilə müqayisəli təhlil edilərək, dilimizin ilkin ifadə imkanları elmi baxımdan əsaslandırılmışdır.
Kitab elmi tədqiqatla məşğul olan aspirant, dissertantlar və digər elmi təbəqələrin nümayəndələri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.