Naxçıvan Muxtar Respublikasında torpaq mühitinin qorunması problemləri. Ön Söz

  • ÖN SÖZ

Məlumdur ki, dünyada baş verən səhralaşma-torpaq deqradasiyası prosesləri Naxçıvan Muxtar Respublikasında da yayılan torpaqların mühitünün pozulmasına təsirini göstərir. Ərazidə müxtəlif təbii və antropogen təsirlər nəticəsində torpaqlarda baş verən deqradasiya prosesləri münbitliyin azalmasına, məhsuldarlığın aşağı düşməsinə və əhalinin ərzaq ehtiyatlarının ödənilməsində iqtisadi-sosial çətinliklər yaradır.

Bu məqsədlə muxtar respublikanın ərazisində torpaqların münbitliyinin qorunmasında və səmərəli istifadə olunması üçün torpaq-bitki tədqiqatlarının aparılması əsas məsələlərdən biridir.

Muxtar respublikada torpaqların münbitliyinin qorunması və səmərəli istifadə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən 21 noyabr 2014-cü ildə muxtar respublikada torpaq-iqlim şəraitinə uyğun təsərrüfatların ixtisaslaşdırılmasını aparmaq üçün uyğun müəssisə və təşkilatlara tapşırıqlar verilmişdir. Bu elmi-tədqiqat üəssisələrindən biri də AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Torpaq ehtiyatları”

laboratoriyasıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən 21 noyabr 2014-cü il tarixdə verilmiş tapşırığa əsasən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Torpaq ehtiyatları” laboratoriyasının əməkdaşları tərəfindən 2016-cı ildən başlayaraq Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarında torpaq-kadastr yarımrayonlaşdırılması üzrə tədqiqat işləri aparılaraq 2020-ci ildə yekunlaşdırmışdır.

 Hər bir inzibati rayon üzrə toplanılmış ədəbiyyat, xəritə və çöl materialları təhlil olunaraq yekun variantı əsasında torpaq-kadastr yarımrayonlarının xəritə-sxemi tərtib olunmuşdur.

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Torpaq ehtiyatları” laboratoriyasının rəhbəri aqrar elmlər üzrə fəlsəfə doktoru, Sahib Əsgər oğlu Hacıyevin elmi-pedaqoji fəaliyyəti 1974-2020-ci, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Torpaqların ekologiyası” şöbəsinin kiçik elmi işçisi, dissertant, gənc tədqiqatçı Günel Pənah qızı Ağazadənin elmi-pedaqoji fəaliyyəti isə 2017-2020-ci illəri əhatə edir.

Tədqiqatçı S.Ə.Hacıyev müxtəlif illərdə azərbaycan, rus və ingilis dillərində dövrü mətbuatda, eləcə də də ayrı-ayrı küliyyatlarda torpaqşünaslıq sahəsində 130-dan çox məqalənin, 3 xəritənin, 2 metodik vəsaitin və 5 monoqrafiyanın müəllifidir. S.Ə.Hacıyev Naxçıvan Muxtar Respublikası torpaqlarının genezisi, təkamülü, təsnifatı, nomenklaturası, münbitliyinin aqroekoloji əsasları, torpaq kadastrı və torpaq ehtiyatlarının məlumat bazasının yaradılması ilə məşğul olmuşdur.

Gənc tədqiqatçı Günel Mirzəli-Agatagı isə Naxçıvan Muxtar Respublikasının düzənlik və dağətəyi zonalarında torpaq mühitinin qorunması istiqamətində inzibati rayonlarda təbii-torpaq kadastr rayon və yarımrayonları üzrə tədqiqat iş aparır. Apardığı tədqiqat işinə dair xaricdə və ölkəmizdə 7 məqalə və konfrans materialları nəşr etdirmişdir.

Tədqiqatçılar monoqrafiyanın əsas məzmununda muxtar respublika

iqtisadiyyatının daha da inkişaf etdirilməsində iştirak edən inzibati rayonların aqrar sektorunda təbii-torpaq kadastr yarımrayonlarında təsərrüfatların daha dəqiq ixtisaslaşmış sahələrini göstərmişlər. İnzibati rayonlarda təsərrüfatların təbii-torpaq kadastr yarımrayonları üzrə göstərilən ixtisaslaşdırılmış sahələri ərazidə yayılan torpaqların mühitünün qorunması üçün böyük imkanlar əldə etmiş olar.

Bizdə Bioresurslar İnstitutunun əməkdaşlarına, müəlliflərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən 2014-cü ildə verilmiş tapşırığa əsasən uyğun məsələləri nəzərə alaraq muxtar respublikada torpaq-iqlim şəraitinə uyğun təsərrüfatların ixtisaslaşdırılmasını aparmaq, torpaq mühitinin qorunması və münbitliyinin artırılması istiqamətində yazılan bu monoqrafiyanı ürəkdən bəyənir və gələcək elmi fəaliyyətlərində onlara uğurlar

diləyirik.

Kitabı yüklə

A.H.Mərdanlı

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir