Naxçıvan şəhər Əkbər Ağayev adına internat-məktəb haqqında

 …Yaxşı olardi ki, internat məktəblərin şəbəkəsi indi daha da genişlənərdi və təhsil günün tələblərinə uyğun inkişaf etdirilərdi…

     Mən Tarverdiyeva Qonça Həsən qızı 1955/56-cı dərs ilində Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 saylı orta məktəbin X sinfini qızıl medalla bitirib həmin il Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşam.İnstitutu bitirdikden sonra 1961-ci ildə təyinatla Naxçıvan Muxtar Respublikasına gəlmiş və həmin il Naxçıvan şəhərində açılan Əkbər Ağayev adına internat məktəbinə fizika-riyaziyyat müəllimi təyin edilmişəm.Həmin illər Azərbaycan Respublikasının müxtəlif bölgələrində imkansız ailələrin uşaqlarının təhsilə cəlb edilməsi məqsədi ilə internat məktəbləri açılmışdır.O cümlədən Naxçıvan Muxar Respublikasının Əbrəqunus,Ordubad və Naxçıvan şəhərlərində internat məktəbləri fəalıyyət göstərməyə başladı.Gənc kadr kimi fəaliyyətə başladığım internat məktəbində saf ailə qurmamın təməli qoyuldu.Hazırda iki oğlum,iki qızım var.Onlar da həmin internat məktəbinin məzunlarıdır. Hamısı ali savad almış və ailəlidir.1961-ci ildə işə başladığım internat məktəbində 210  şagird təhsil alırdı.Məktəbdə ən yuxarı sinif VII sinif idi.Məktəbin direktoru İsa Məmmədovun tələbkarlığı və təşkilatçılıq bacarığı sayəsində qısa müddətdə məktəbin sorağı hər yerə yayıldı.

  Məktəbdə ilk fəaliyyətə başlayan müəllimlərdən Lətifə Kələntərli,Şəfiqə Əliyeva,Qonça Tarverdiyeva,İbrahim Qazıyev,Muxtar Kəngərli,Şəmil Rəhimov,Ələviyyə Mirzəyeva,Mikayıl Sadiqov və başqaları şagirdlərin təlim və tərbiyəsində xüsusi rol oynamışlar.Şagirdlər məktəbi ikinci evləri hesab edirdilər.Onlar ən yüksək qayğı ilə əhatə edilirdilər.Məktəbdə təhsil korpusu,yeməkxana,idman meydançası şagirdlərin ixtiyarında idi.Şadirdlər məktəbin mədəni və sosial həyatında boyük fəallıq göstərirdilər.

Məktəbin yeməkxansında və yataqxanasında həm müəllimlər həm də şagirdlər hər gün növbətçilik edirdilər.Yataq otaqlarının təmizliyinə nəzarət üçün hər gün qiymətləndirmə işi aparılırdı.Otaqlara qiymət verilir və o qiymətlər xüsusi cədvəldə qeyd edilib divardan asılırdı.Bu isə şagirdlərin intzamında, kollektiv tərbiyəsində önəmli rol oynayırdi, yatdıqları otaqların səliqəli saxlanılmasına,dəqiq olmalarına, gələcək həyatlarında düzgün stimul yaradılmasına istiqamətləndirirdi.

Bundan başqa məktəbdə radio qovşağı fəaliyyət göstərirdi.Radio vasitəsilə hər gün dərsdən əla və qeyri-kafi qiymət alan şagirdlərin adları oxunur və bütün məktəb şagirdlərinə çatdırılırdı.Bu isə şagirdlərin dərslərini daha dərindən və diqqətlə oxumalarını təmin edirdi.

Şagirdlərdə intizamın gücləndirilməsinə kömək edən satirik “Sancaq” qəzeti dərc olunurdu. Həftədə bir dəfə dərc edilən bu qəzetdə məktəbdə intizamı pozan,dərsə gecikən, şagird yoldaşlarına qarşı kobudluq edən şagirdlərin karikaturası verilir və həmin şagirdlər tənqid edilirdi.Bu cür ictimai işlərdə şagirdlər yaxından iştirak edirdilər.

Məktəbdə şagirdlərin hərtərəfli inkişafına kömək edən müxtəlif dərnəklər fəaliyyət göstərirdi.Bunlardan özfəaliyyət dərnəyi, əmək dərnəkləri, ədəbiyyat, fizika, riyaziyyat, kimya, dərzilik dərnəyi və sair dərnəkləri göstərmək olar.

Şagirdlər asudə vaxtlarında müxtəlif ekskursiyalara,şəhərin görməli yerlərinə,gəzintilərə kollektiv şəkildə aparılırdı.

Məktəb daxilində şairlərlə,yazıçılarla,elm adamları ilə görüşlər keçirilirdi.

Məktəbin həkimi şagirdlərin təmizliyinə, sağlamlığına xüsusi fikir verirdi.

Məktəbdə müxtəlif fənn kabinələri, labaratoriyalar şagirdlərə dərslərin əyani keçrilməsinə xidmət edirdi.Bir qayda olaraq fizika və riyaziyyat dərsləri əyani keçirilirdi.

1985-ci ildən başlayaraq məktəbdə informatika dərsləri tədris edildi.İnformartika kabinəsi təşkil edildi və o kabinədə şagirdlər dərslərini əyani surətdə keçirdilər və o kabinəyə mən rəhbərlik edir və  dərsləri mən tədris edirdim.Çox keçmədi ki,internat məkətbin qabaqcıl təcrübəsi məktəblər arasında yayılmağa başladı.Mənim təcrübəm şəhər məktəbləri arasında yayılaraq bülleten buraxıldı və mənə metodist müəllim adı verildi.

Məktəbin dirketoru Muxtar Kəngərlinin rəhbərliyi altında internat məkətbi daha da inkişaf etdi.Şagirdlərin sayı 420 nəfərə çatdı və hər il 11-ci siniflərin buraxılışı oldu.

Məktəbi qurtaran inetrnat məzunlarının sorağı respublikanın müxtəlif sahələrindən gəlir.Onlar məktəbdə aldıqları bilik, bacarıq,intizamlı olmaq, Vətənə, insanlara, torpağa sevgi, mətin olmaq, düzgün yol tutmaq,öz işlərinə vicdanla yanaşmaq üçün öz səylərini əsirgəmirlər.

Belə şagirdlərdən Prezident aparatında xidmət edən Əli Həsənov,Qafar Əliyev, Məhərrəm Əliyev həkimlərdən Səfər Səfərov, Muxtar Paşayev, Mirzə Əskərov, Cəbi İsmayilov, Qoçəli Dostəliyev, və sair sənət adamları o cümlədən Fazil Sadıqov, Yusif Qazıyev, Mahir Qazıyev, Azər Bağırov, Elmar Məhərrəmov, İslam Kazımov, Mirələkbər Seyidov, İsa Hətəmov, Yenisey Hacıyev, Həbib Quliyev və bir çoxlarını sadalamaq olar.

Məktəbin müəllim kollektivinin bir çox üzvləri Azərbaycan Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək “Qabaqcıl maarif xadimi” ,”Əməkdar müəllim” adına layiq görülmüşlər.O cümlədən Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişlər. Naxçıvan Təhsil Nazirliyi tərəfindən keçirilən attestasiyada məkətbin müəllimlərinin əksəriyyəti yüksək kateqoriyalı müəllim statusu almışlar.

Belə müəllimlərdən Qəmər Mirzəyeva,İbrahim Qazıyev,Şəmil Rəhimov,Qonça Tarverdiyeva, Lətifə Kələntərli, Muxtar Kəngərli və başqalarını göstərmək olar.

Məktəbdə təhsilin yüksək səviyyədə keçirilməsi nəticəsində hər il buraxılış siniflərini qızıl medalla bitirən şagirdlərin sayı artırdı.Onların hamısı qəbul imtahanlarında ilk imtahandan əla qiymət alaraq ölkənin müxtəlif institutlarına qəbul olurdular.

Belə şagirdlərdən Muxtar Paşayev,Eldar Rüstəmov,Fəridə Qazıyeva,Zərifə Abbasova,Püstə Fərzəliyeva və bir çoxlarının adlarını çəkmək olar.

Lakin sonradan ictimai vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ölkənin bir çox yerlərində, o cümlədən Naxçıvan şəhərində fəaliyyət göstərən internat məktəbləri bağlandı.Yaxşı olardi ki, internat məktəblərin şəbəkəsi indi daha da genişlənərdi və təhsil günün tələblərinə uyğun inkişaf etdirilərdi.

Qonça Tarverdiyeva,
yüksək kateqoriyalı fizika-riyaziyyat
müəllimi (metodist)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir