Naxçıvanın tarixinə dair biblioqrafik siyahı barədə
Hörmətli oxucular!
Bu günlərdə Sizə M.S.Ordubadi adına Naxçıvan kitabxanası və onun 1973-cü ildən bəri – 43 il müddətində əməkdaşı olan Südabə xanım Süleymanova barədə mə`lumat vermişdik:
İşlədiyi müddətdə oxucuların və iş yoldaşlarının hörmət və rəğbətini qazanmış Südabə xanım öz biblioqraf peşəsinin vurğunu və oxucuların sevimlisidir. İşlədiyi bu uzun müddətdə oxucu sorğularına məsuliyyətlə yanaşmış, demək olar ki, bütün sualların cavablanmasına nail olmuşdur. O, indi də böyük həvəslə çalışaraq, Naxçıvanın tarixinə, arxeologiyasına, etnoqrafiyasına və bu günkü müasir inkişafına dair materialları tapır, ardıcıl olaraq Naxçıvanşünaslıq kartоtekasında yerləşdiriг və ədəbiyyat siyahıları hazırlayır.
Südabə xanımın rəhbərliyi ilə hazırlanmış – Naxçıvanın tarixinə dair qəzet və jurnal materialları əsasında hazırlanmış biblioqrafik siyahını Sizin nəzərinizə çatdırmaq qərarına gəldik.Siyahıya 1959-2016-cı illər ərzində dərc edilən 248 adda çox qiymətli qəzet və dərgi (jurnal) materialları daxil edilmişdir. Siyahı 6 bölmədən ibarətdir:
1.Tarixi abidələr, tarixi yerlər. Tarixi abidələrinqorunması.
2.Kiril əlifbasıilə.
3. 1917-ci ilədək ölkənin tarixi
4.1988
5.Nuh yurdu. Qədim Naxçıvan.
6.Beynəlxalq ipək yolu.
Siyahıda olan bə`zi məqalələrdən:
1. Alıyev, Nizami.“ Şah Abbas “, yoxsa “Nuhun büllur sarayı “ : Duzdağın sirləri [Mətn] / N.Alıyev // Nuh yurdu.- 2012.- 11 iyun.
2. Quliyev, Musa. Abbasabad qalasının tarixi.Rusiya-İran münasibətlərində onun yeri [Mətn] / M.Quliyev // Şərq qapısı.- 2007.- 30 noyabr.
3. Kəlbizadə, Elnur. XIV əsr tarixçisi Həmdulla Qəzvinin bəhs etdiyi dörd Naxçıvan qalası haqqında [Mətn] / E.Kəlbizadə
// Şərq qapısı.- 2014.- 10 yanvar.- S.3.
4. Əliyev, V. Sirli yeraltı “ saray” [Mətn] : Duzdağ ərazisində tapılmış “ saray” haqqında / V.Əliyev // Şərq qapısı.- 1976.- 15 may.
5. Muradov, M. Naxçıvan planetimizin ən qədim ərazilərindəndir: Tariximizin yaddaşından səhifələr [Mətn]
/ M.Muradov // Sovet Naxçıvanı.-1989.-3 oktyabr.
6. Axundov, A. Nəşavə, yoxsa Naxçıvan [Mətn] / A.Axundov
// Elm və həyat.- 1979.- № 10.- S.27-28.
7. Qaşqay, Solmaz. Naxçıvan : Eramızdan əvvəl I minilliyin birinci yarısında və onun qonşu ölkələrlə əlaqələri [Mətn] / S. Qaşqay // Şərq qapısı.- 2006.- 28 iyul.
8. Kəlbizadə, Elnur. XII- XIII əsrlərdə Naxçıvanın tarixi- coğrafiyasının bəzi məsələlərinə dair [Mətn] / E.Kəlbizadə
// AMEA-nın xəbərləri.İctimai və humanitar elmlər seriyası.- 2014.- cild 10.- № 3.- S.60-68.
9. Piriyev, Vaqif. Naxçıvan XII-XIV əsr mənbələrində [Mətn] /V.Piriyev // Şərq qapısı.- 2006.- 11 avqust.
10. Vəlixanlı, Nailə. Naxçıvan VII- XII əsrlər tarixinin tarixşünaslığına dair [Mətn] / N.Vəlixanlı // Şərq qapısı.- 2006.- 2 avqust.
11. Seyidov, A. Naxçıvanın ilk tunc dövrü nizə ucları [Mətn] / A.Seyidov // Elm və həyat.- 1986.-№ 10.- S.19-20.
12. Quliyev, Musa. Məşhur gürcü şairləri Naxçıvanda : Azərbaycan- Gürcüstan dostluğunun XIX əsrin ilk yarısında yazılmış maraqlı səhifələri [Mətn] / M.Quliyev // 525- ci qəzet.- 2013.- 12 oktyabr.
13. Məmmədov, R. Naxçıvan [Mətn] : Xalqımızın tarixini öyrənək / R.Məmmədov // Şərq qapısı.- 1959.- 19 avqust.
14. Həsənov K. “ Şahlıq quşu” və Şəmsəddin Eldəniz : Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz haqqında [Mətn] / K.Həsənov // Şərq qapısı.- 2004.- 10 sentyabr.
15. Məmmədov R. Teymurləngin “ Əlincə səfəri “ ( Əlincə qalası haqqında) [Mətn] / R.Məmmədov, V.Piriyev // Elm və həyat.- 1977.-№ 9.- S.31, 33.
16. Məmmədov, R. Naxçıvan şəhərinin X-XII əsrlər tarixindən [Mətn] / R.Məmmədov // Azərbaycan tarixinə dair materiallar kitabından , VI c, Azərb.SSR Elmlər Akademiyasının nəşriyyatı.-Bakı.: 1963.
17. Cəfərzadə Əzizə. Naxçıvanın qadın hökmdarı [Mətn] : Cahan Pəhləvanın qızı, Qızıl Arslanın qardaşı qızı Cəlaliyyə Naxçıvan haqqında / Ə.Cəfərzadə // Xalq qəzeti.- 1999.- 27 fevral.
18. Əliyev, Arif. “Zaqafqaziya “ qəzeti Naxçıvan haqqında [Mətn] / A.Əliyev // Şərq qapısı.- 1965.- 6 avqust.
19. Əliyev, Ə. Fransız jurnalı Naxçıvan haqqında [Mətn]
/ Ə.Əliyev // Şərq qapısı.- 1971.- 23 iyun.
20. Əmirbəyov, O, Zaman Ş. Fransız səyyahı Naxçıvan haqqında [Mətn] : Fransız coğrafiyaşünası , hidroloq və səyyah Fredrik Dübuan Naxçıvan haqqında / O.Əmirbəyov // Şərq qapısı.- 1975.- 31 iyul.
Bu kiçik yazının sonunda onu da qeyd etmək yerinə düşər ki,elm-maarif fədailəri nəslindən olan Südabə xanımın babası Mirzə Ələkbər Süleymanov Naxçıvan şəhərindən məşhur Qori seminariyasına gedən ilk üç nəfərdən biridir, Naxçıvanda maarif və mədəniyyət sahəsində xeyli işlər görmüş, Naxçıvan teatrını təşkil edənlərdən və ilk aktyorlarından biri olmuşdur .
Babası Mirzə Ələkbər bəy də Südabə xanım da Naxçıvanda Əbubəkr Əcəminin müqəddəs qaya silsiləsi üzərində inşa etdiyi Mömünə – Xatun türbəsi yaxınlığında doğulub boya başa çatıb.
“AqRa” EİDİB olaraq biz onlara minnətdarlıqlarımızı bildiririk və imkan olanda oxucularımızı övraqımızda(sayt) olan “AqRa” EİDİB-nin İdarə heyətinin üzvü Vahid Rzayevin “Həzrəti Nuhla xilas və ərazi” adlı məqaləsi ilə tanış olmağa də`vət edirik: http://aqra.az/index.php/az/elm/flsf/644-haezraeti-nuhla-khilas-vae-aerazi
Məqalədən bir hissə:
”…Əbubəkr Əcəmi Naxçıvani Mömünə – Xatun türbəsini müqəddəs qaya silsiləsi üzərində inşa edib.
O qaya silsiləsinin müqəddəslik, hifs edici, xilas edici xususiyyəti var.
Qaya silsiləsi indiki Xal – Xal meşəsindən yuxarıya Şimali – Şərq səmtdən başlayır. Naxçıvan şəhərindən keçməklə Nehrəm kəndinin, Əshabül – Kəhf ( yeddi kimsənələr) istiqamətində Araz çayına yaxın hissədə sönür.
O qaya silsiləsindən çox saylı su çeşmələri, kəhrizlər axır…”
Məqalə “Azad Azərbaycan” – qəzetində 24.06.2014 N 87 (2532)çap edilmişdir.
“AqRa” EİDİB