Ömür keçir – gün keçir
Ömür keçir – gün keçir
- Gün var ki, ömürlə yanaşı keçir. Gün var ki, ömür müddətində o ömürdən “yan”-keçir. “Yan”-keçən o gün yaddaşda daha əlçatmaz bir təəssüfdə keçir.
- Bir həyat var ki, “səhnə”-xaricindədir, bir həyat var ki, “səhnə”-daxilindədir, bir həyat da var ki, insanı səhnəli, səhnəsiz olduğu kimi göstərəndir.
- Məkrli əqillər, həris gözlər bu bəşəri məhv edəcəkdir.
- Həqdən, həqiqətdən ötrü ölmək istəyənləri görə bilmədik. Dünya malından, hakimlikdən ötrü, bəşər öldü, öldürdü.
- Yaşadığımızın sevgisində deyilik! Yaşamaq sevgisindəyik, “necə yaşamaq olardı?” – nı bəşəriyyətin özü də bilmək istəmir. Ancaq yaşamaq üçün, yaşamaq istəyir bəşər.
- Illər illərə qarışıb, təqvimlər təqvimlərə qarışıb. Yer kürəsi karıx qalıb, bilmir hansı təqvimə uyğunlaşsın. Təqvimlər yer kürəsi tarixlərinə uyğunlaşmır, yer kürəsi “təqvimlər tarixinə” – uyğunlaşmır. Tarixlər qarışıb, təqvimlər qarışıb, insanlar qarışıb.
- Ömür keçər, yoxsa gün keçər?. Yox, ömür içində “gün keçər”. O “gün”, – ömrə baxar keçər. Ömür düz bir xətt kimi, uzununadır. “Gün” – o ömrün qısa qoludur (ölçü kəmiyyəti). Ömür uzununa bir xətt, gün o xəttin, xətt-xətt bölgüləridir.
- H. Cavid əfəndim dedi ki, “Həyat var ki, ölüm qədər kədərli, həyat var ki, ölümdən də dəyərli”. Düşündürücüdür onda ki, o həyat ki, “ölümsüzdür” – dəyərli, nə üçün yaşadığını bilməyənlərə – kədərli.
- Nə toyuq nə yumurta ilkdir. Mühit yox, Zərrə ilkdir. Nə düyü, nə buğda ilkdir, Zərrə ilkdir.
- Dərk etməmək – dərk etməyin əvvəlidir. Inkar etmək – bilmək istəyinin əvvəlidir.
- Insan gördüyünə alüdə olmur! Necə görmək istədiyinə alüdə olur! Gördükləri bir həqiqətsə, amma görmək istədikləri bir xəyal olur.
- Güzgü fərdi göstərər, məzarlıq xalqı göstərər, yaddaş tarixi göstərər, tarix xalqı göstərər.
- Dilçiliyimizdə “Kəhkəşan” – kainat, göy qübbəsi kimi adlanırdı. “Kəşanə” – isə ulduzlu sahə kimi anlaşılırdı. M. Füzuli “Fələk – kainat”, deməklə “Fələklər yandı ahimdən” kainata xitab idi. Ə. Vahid qəzəllərində “Kəşanə” – bir pay, bir hücrə kimi işlədilib.
- Qədim inşaatın şərtləri var idi. Yaşayış sahəsi üçün ev, bina inşası üçün otaqların hündürlüyü 5,5 metr, eni 5,5 metr, divar qalınlığı 60 sm. olan yaşayış sahələri inşa edirdilər. O, yaşayış sahələrində nisbi rütubətin bərabərlik əhatəsini, otaqda sabit temperatur həddi nəzərə alınırdı. Bu sahədə insanın soyuqlayıb xəstələnməsini, oynaq ağrılarından azad, həmişə xoş əhval-ruhiyə və xoş sifət olmağına çox köməkçi olurdu.
- Ölənlər yad olundu, dirilər biri-birinə mehriban oldu (yasda).
- İmadəddin Nəsimi dedi ki, “49-dur yaşım, bilinməz neçədir yaşım” (hesabla gör neçədir yaşım?).
Yə`ni ki, 49 elə bir ədədi ardıcıllıqdır ki, o ədədlər ardıcıllığı sistemində “ehtimal nəzəriyyəsi” – işləmir, “təsadüf”-də acizdir. O, 49-luq arasında “ədədi qrup taparam” da – yalnışdır.
O, “49” – ədədlər ardıcıllığı Kainat hesabatıdır ki, o ədədlərin bir vahidini və vahidlərini ədədi silsiləyə sığdırır. Şahmat taxtasının 64-xanəsi “49” – ədədlər ardıcıllığı arasında zəifdir. İ. Nəsimi dediyi “49”-uz ədədi silsiləsi, ancaq Kainata mə`lumdur. Yə`ni, o ədədi silsilədən “özümə istədiyim qədərində illər sayını seçmək” – çox müşkül bir məsələdir! “O Ayırar, O Bilər, O Sahibi Mütləq tə`yin edər” – “neçə olacaq yaşım” – mə`nasındadır.
- Insan öz gözəlliyini, yaraşığını, təravətini müddət-müddət itirir, amma, gənclik yaddaşındakı halları, hadisələri, sevinclərinin təravətini, mənimsədiyi elmlərin, peşənin, sənətin gözəlliyi ardıcıllığını heç vaxt itirmir.
Vahid Rzayev