Ömür keçir, Gün keçir, amma onlar, Vaxta-Zamana, sığmırlar…
İnsanın bu Dünyaya gələn günü, bir də, insanın bu Dünyadan, köçən günü, Vaxta-Zamana sığmadığından, bu iki hal, Vaxtsız-Zamansızlığın, göstəricisidir!
Ömrün müddətlərinə baxanda, onu xronoloji olaraq, illərə, günlərə bölüb, saata, vaxta bölüb, cavan, yaşlı, ahıl kimi, dəyərləndiririk!
Amma, ömür müddətində, baş verən bütün vacib hadisələri, vaxta-zamana bölə bilmirik, onları ayrı-ayrılıqda, Ana, An müddətlərinə bölürük!
Hər bir hal, Vaxtsız – Zamansızlıqdan olduğundan, yaddaşımızda olan bütün o, anlara, bir fikir işlədirik, “elə bil, keçən bütün hallar, hadisələr, bir az bundan əvvəl, baş vermişdi”, yə’ni sanki yaddaşımızdan, bütün halların bir az bundan əvvəl baş verdiyini xatırlayırıq. Sanki, Bir az bundan əvvəl, uşaq idik! Yaddaşımızdan, sanki bir az bundan əvvəl, dərsə, məktəbə gedirdik!
Sanki, məktəb də, tələbəlik də, bir az bundan, əvvəl idi.
Bütün bu halların bir adı var, “bir az bundan əvvəl, ilk olanlar”, sevgisi ilk, gördüyü ilk, tanıdığı ilk, nifrəti ilk, təəssüfü ilk, itirdiyi ilk, çünki bunlara, “ilk”, deyirik!
Doğum gününü, Ölüm günü, təkrarsız bir dəfə bəxş olunduğunu, bilirik!
Doğum gününü də, Ölüm gününü də, Vaxtsız – Zamansızlıqdan gəldiyimizi, Vaxtsız – Zamansızlığın, özünə də, Qayıdacağımızı bilirik!
Ona görə də, ömrümüz müddətində, baş verən bütün halların, “sanki bir az bundan əvvəl olduğunu”, amma o halların, bir də, olduğu kimi, təkrarlana bilməyəcəyini, bilirik!
Bütün hallar, bir Anda baş verdiyindən, o, Anları, vaxta-zamana bölə bilmirik, çünki bütün hallar, Vaxtsız-Zamandızlıqdan olduğundan, onları, Vaxta -Zamana, sığdıra bilmirik!
Əgər, bütün hallar, əvvəldən vaxta-zamana sığsa idi, onda, heç bir hal haqda düşünməzdik, araşdırmazdıq, müqayisələr etməz, biri-biri arasında, fərqləri axtarmaz, maraqlanmazdıq, heç bir hala da, təəssüf etməzdik!
Çünki bilərdik ki, kimsə, hansı bir Varlıqsa, bu halları vaxta-zamana bölür, bunlar, elə belə də, olmalıdır!
Onda, Yer Həyatını, Robot kimi, yaşayardıq!
Duyğusuz, hissiz, yaddaşsız, məhəbbətsiz, sevgisiz!
Vahid Rzaev.