Hər daşın altında bir tarix yatır

GƏMİQAYA MÖCÜZƏLƏRİ AZƏRBAYCAN ərazisində ən qədim və sərarlı təsvirlər qeydə alınmışdır. Qobustan qayaüstü rəsmləri bütün dünyada elmi ictimaiyyətin nəzərini cəlb etmişdir. Bunlar təkcə şəkil, rəsm olmaqla qalmır; eyni zamanda məqsəd, istək bildirən işarələr – təsviri yazılar kimi də maraqlıdır. Bəziləri təsviri və xətti yazıları Azərbaycan ərazisində çox vaxt təkcə Qobustanda axtarırlar. Halbuki diyarımızın bir çox yerlərində bu nümunələrə rast gəlirik. […]