Elman Əliyev “Olduğu və göründüyü kimi”

Əliyev Elman İslam oğlu 1959-cu il yanvarın 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə oxuduğu N. Tusi adına 9 saylı orta məktəb öz əlaçı şagirdində, eyni zamanda, dahi astrofizik və böyük filosofun irsinə dərin məhəbbət oyatmış, C. Məmmədquluzadə adına 2 saylı orta məktəb isə nümunəvi yeniyetməyə Molla Nəsrəddinə xas hazırcavablıq və xeyirxahlıq aşılamışdır. 1976-cı ildə Azərbaycan Neft-Kimya nstitutunun İdarəetmə sistemlərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1981-ci ildən təyinatı üzrə Rusiya […]