Nizami Zöhrabini tanıyaq!

Nizami Zöhrabi 1955-ci ildə Yardımlı rayonunun Xanbulaq kəndində anadan olub. 1981-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Həzrəti Muhəmmədin (s.ə.v.) həyatından bəhs edən “Məkkədən doğan Günəş” adlı 2 hissəli poemasının I hissəsi 2002-ci ildə, II hissəsi 2003-cü ildə, I və II hissələr bir kitab halında 2004-cü ildə oxuculara təqdim olunub. Ölkəmizdə […]

Böyükxan Naxçıvanski və Təbriz tetrı

Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir.  Xalqımızın həyat tərzi ilə bağlı çox sayda qədim ayinlər, oyunlar, teatr ünsürləri, mərasimləri olmuşdur. Zaman keçdikcə bu ünsürlər xalqın həyatı ilə bağlı yeni məzmun ifadə edərək   xalq teatr tamaşalarının yaranmasının özülünü təşkil etmişdir. Sonralar xalq teatrı ilə yanaşı, dini tamaşalar meydana gəlmişdir. Meydan tamaşalarının bu növü həm öz dramaturgiyası, həm də öz “aktyoru” ilə […]

Gülnarə Qənbərova tərcümeyi-hal

Gülnarə Qənbərova Qəzənfər qızı 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-1980-cı illərdə Naxçıvan şəhəri Q.Vəzirov adına 6№-li, 1980-1982-ci illərdə Ə.Ağayev adına İnternat məktəbində təhsil almışdır. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstutunun (Me`marlıq və İnşaat Universiteti) Me`marlıq fakultəsinə daxil olub, 1987-ci ildə həmin instutu bitirmişdir. 1987-ci ildə təyinatla “Naxçıvanaqrosənaye” tikinti birliyinə me`mar kimi işə daxil olmuşdur. Burada işlədiyi müddətdə bir sıra […]

Vətən yanğılı şair

 Şairlik  müqəddəs və böyük  vətəndaşlıq  hissindən  başlayır. Yaradıcılığına daima diqqət göstərdiyim, izlədiyim gözəl, xeyirxah insan, mehriban, qayğıkeş ata – şair, publisist, vətəninə vurğun el sənətkarı  Vaqif  Məmmədov 28 iyun 1948-ci ildə  Naxçıvan MR  Sədərək kəndində anadan olmuş, ilk təhsilini həmin kənddə almışdır. Atası Cəfər kişi “Asnı” tayfasının Bayməmməd nəslində dünyaya gəlmiş,  uzun müddət yüksək vəzifələrdə işləmişdir. Anası Zəroş xanım da […]

Naxçıvan Teatrı məqalələr, xatirələr

Kitaba 130 illik tarixə malik olan Naxçıvan teatrı ilə bağlı müxtəlif müəlliflərin məqalə və xatirələri ilk dəfə olaraq toplu halında daxil edilmişdir. Həmin məqalə və xatirələr teatrın keçdiyi yaradıcılıq yolu haqqında bütöv və sistemli təsəvvür yaratmağa yönəldilmişdir.  Kitab ədəbiyyat və teatr tarixçiləri, həmçinin müvafiq ixtisaslar üzrə magistr və tələbələr üçün nəzərdə tutulmuşdur. Ondan geniş oxucu kütləsi də istifadə edə bilər.   Kitabı yüklə

Muxtariyyətin ilk illərində Naxçıvanda elmin inkişafı

1920-ci ildə Naxçıvan sovetləşəndən sonra Naxçıvan Xalq Komissarları Sovetinin əsas diqqəti burada maarif və mədəniyyət sahəsində həyata keçirilməsi vacib olan tədbirlərə yönəlmişdi. İlk tədbirlərdən biri savadsızlığın ləğvi ilə bağlı idi. Bu, təsadüfi deyildi. Çünki bir tərəfdən Rusiya müstəmləkəsinin ucqarlarından biri olması, digər tərəfdən isə 1918-1920-ci illərdə  xarici müdaxiləçilər və daşnaq bandaları tərəfindən maarif və mədəniyyət ocaqlarının dağıdılması (8, v.13) bu […]

Xəlilov Fərman Yunis oğlu

Fərman Xəlilov 1952-ci il martın 31-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Burada 9 nömrəli orta məktəbi bitirdikdən sonra (1969) Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1969-1973). Əmək fəaliyyətinə Naxçıvan MR Culfa rayonunun Milax kənd orta məktəbində başlamış  (1973), hərbi xidmətdən sonra (1974) Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli orta məktəbdə (1975-1996) […]

Ömür yolu

Filologiya üzrə elmlər doktoru Fərman Xəlilo­vun anadan olmasının 60, elmi-pedaqoji fəaliy­yə­tinin 40 illiyinə həsr olunan bu kitaba onun yaradıcılığı haqqında yazılan məqalələr, əsər­lərinin biblioqrafiyası, bəzi tanınmış şəxs­lərə yazdığı məktublar və onlardan aldığı cavab­lar, vaxtilə mətbuatda çap olunan üç yazısı (bir məqalə, bir müsahibə və bir təəssürat), həmçinin həyat və fəaliyyətinin müxtəlif anla­rını əks etdi­rən fotoşəkillər daxil edilmişdir.   Kitabı Yüklə […]

Naxçıvanı öyrənən elmi cəmiyyət

Kitabda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Naxçıvan şöbəsinin 1925-1928-ci illərdə fəaliyyətini əks etdirən 41 protokolun tam mətni, faksimilesi və bu Cəmiyyətlə əlaqədar olan bəzi arxiv sənədləri və mətbu materiallar ilk dəfə olaraq toplu şəklində təqdim olunur. Kitab tarixçi, arxeoloq və öz xalqının keçmişi ilə maraqlanan bütün oxucular üçün faydalı ola bilər Kitabı yüklə

Hüseyn Razi Biblioqrafiya

Kitaba Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi , şair Hüseyn Raziyə həsr olunan bəzi məqalələr, əsərləri və haqqında yazılanlara aid 1742 mənbəni əhatə edən biblioqrafiyası, müxtəlif tanınmış şəxslərdən və bəzi oxuculardan aldığı məktublar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər daxil edilmişdir. Kitabı yüklə

1 38 39 40 41 42 80