Bir tay uşaq ayaqqabısı

Novella Güclü yağış kəsmək bilmirdi… Avtobusun şüşəsindən küçəyə baxırdım. Havanın əlverişsiz olduğundan avtobus yavaş sürətlə hərəkət edirdi. Dayanacağa çatırdıq, birdən asfaltın üstündə gözümə nə isə sataşdı. Diqqətlə baxdım, 4-5 yaşlı qız uşağının ayaqqabısının bir tayı idi. Bir az aralıda yola xeyli şüşə qırıqları səpilmişdi. Güclü yağışın yaratdığı gölməçənin içində bir tay ayaqqabı yavaş-yavaş yırğalanırdı. Yaraşıqlı ayaqqabı tayı sanki sola-sağa boylanmaqla […]