İsgəndəriyyə kitabxanasından sonra dünyada ikinci böyük kitabxana Azərbaycanda olub

Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi (1201-1274) dövrünün ən nəhəng Marağa rəsədxanasını (1259-1271) tikdirmişdi. O, monqol hökmdarı Hülaku xanın nüfuzundan istifadə edərək, rəsədxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi. Sahəsi 330 kv. metrə bərabər olan kitabxanada 400 min əlyazma vardı. Əlyazmaların əksəriyyəti Azərbaycanda, yerdə qalan hissəsi isə ölkə hüdudlarından kənarda yazılmışdı. Bağdad monqollar tərəfindən işğal olunanda (1258) Tusi Hülaku xanın razılığı […]