Düşüncələr…

Gözlər Əgər deyirsə, deyərkən – dediyi başqa, düşündüyü başqa, baxışı başqa, məqsədi başqa, addımları da ona uyğun başqadırsa, onunla “vaxt itirməyə” – dəyməz. Onları özünə istəyəndir, məkri özündən öndə gedəndir, öz məqsədləri ancaq özünü karıxdırandır. Gözlər də, qəribədir maraqlıdır! Gözlər var rəhmlidir, mehribandır, həlimdir, qəddardır, paxıldır, məkrlidir, yalan deyəndir, aldadandır, karıxdırandır, azdırandır, xəyanətkardır, tənbəldir, çevikdir, şüşə kimi soyuqdur və s. […]