Nuhçıxandan-Naxçıvana tarix və müasirlik

Nuhdaban – Nuhçıxan İndiyədək Naxçıvan sözünün mənşəyi və etimologiyası barədə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif fikirlər meydana çıxmışdır. Mənbələrdə Naxçıvan sözünün əsasən Naxsuana, Aksuana, Nəşavə, Akçıobon, Nəqçuan, Naxçirvan, Naxcivan, Nəqşi-cahan şəklində işlədildiyi barədə məlumatlar mövcuddur. Bu onomastik vahidlərin hərəsi müxtəlif tarixi mərhələlərdə yaranmış və həmin dövrün ictimai-siyasi şəraitinin nəticəsində formalaşmışdır. Belə ki, Naksuana coğrafi adı yunanlara, Aksuana saklara, Nəşəva ərəblərə, Nəxçir […]