Paxlalı bitkilərin insan genetikası ilə qarşılıqlı əlaqəsi

 Açar sözlər: paxlalı bitkilər,  insan  genetikası, sağlam orqanizm, xəstəlik 

Keywords: legumes, human genetics, healty body, disease 

 XXI əsr insanların rastlaşdığı ən böyük sağlıq problemlərinin əsridir. Sağlıq problemlərinin əsasını təşkil edən əsas xəstəlik növləri yüksək qan təzyiqi, şəkərli diabet, ürək-damar çatışmazlığı, artıq çəki, damarlarda toplanmış xolesterin,  xərçəng xəstəliyi, mədə-bağırsaq traktının düzgün fəaliyyət göstərməməsi və zəifləmiş immun sistemi hesabına virus və bakterial xəstəliklərə yaranma şansının çox yüksək səviyyədə olmasıdır. Bütün bu problemlərinin yaranmasının başlıca səbəbi düzgün qidalanmamağımız və qida rasionumuza lazımınca paxlalı bitki növlərini əlavə etməməyimizdir. Paxlalı bitki qrupları zəngin tərkibə malik olduğuna görə, insan orqanizmində bir çox funksiyaların düzgün  icra olunmasını və maddələr mübadiləsinin normal getməsini təmin edən faydalı bitki növləridir.  

Paxlalı bitkilərə noxud, paxla, lərgə, mərci, lobya,  soyadı, şirinbiyan və s. aiddir. Onların  tərkibi bol miqdarda faydalı maddələr və zülallarla zəngindir. Paxlalı bitkiləri dərman, yem, bəzək,  boyaq, aşı, ərzaq və texniki məqsədlər üçün becərilər.  

Paxlalı bitkilər insan orqanizmində bir çox funksiyaların normal icrasını həyata keçirir. Qandakı xolesterinin  miqdarını azaldır, artıq çəkinin yaranmasının qarşısını alır, mədə və bağırsaqlarda toplanmış göbələkləri məhv edir. Eyni zamanda mədə və bağırsaqlardakı canlı floranın artmasına səbəb olur,güclü antioksidant tərkiblidir. Bu bitkilər xərçəng xəstəliyinin qarşısını alır. Dəri hüceyrələrinin yaşlanmasını əngəlləyir, həddindən artıq yeməyə olan istəyimizi azaldır. 

Paxlalı bitkilərin tərkibi zülal və sellülozla zəngindir. Eyni zamanda  bu bitkilərin tərkibində olan resvatrol maddəsi , insan DNT-ni müxtəlif mənfi təsirlərdən və zədələnmələrdən qoruyur. Nəticə etibar ilə yaşlanma prosesi ləngiyir. İnsan orqanizmində kökəlmə və şəkərli diabetə səbəb olan fermentlər- x-glükozidaz və pankreatik lipaz vardır. Paxlalı bitkilər həmin fermentlərin iş prinsipini dayandırır. 

Paxlakimilər fasiləsinə aid olan lobyanın tərkibində İP6 ekstraktı vardır. Bu ekstrakt xərçəngin yaranmasının qarşısını alır. Hal-hazırda  yanlış qidalanma üsulları çoxlu şirniyyatlar,  fast-food yeməklər insanlarda həddindən artıq iştah zənginliyinə və orqanizmdə lazımsız toksik maddələrin toplanmasına səbəb olmuşdur. Elə buna görə də gündəlik qida rasionumuza paxlalı bitkilərdən istifadəni əlavə etsək kəskin iştaha problemi aradan qaldırılmış olacaqdır.  

Paxlakimilər mədə və bağırsaq sistemində mövcud olan floranın balanslı şəkildə fəaliyyət göstərməsinə şərait yaradır. Tərkiblərində bağırsaqlardakı floranın artmasına səbəb olan xüsusi maddə-fiber maddəsi mövcuddur.  Nəticə etibarilə paxlalılar bağırsaqlardakı bu maddənin artmasına səbəb olur və həzm sistemimiz normallaşır. Bağırsaqlardan qan dövranına daxil olan maddələr təmiz şəkildə orqanlara çatdırılır. Bunun hesabına immun sistemimizin fəaliyyəti normallaşır. 

Bir çox kif göbələkləri vardır ki,  onların sporları orqanizmimizdə kiflənməyə, mənfi kimyəvi  reaksiyaların baş verməsinə səbəb olur. Həmin kif göbələklər orqanizmdə yaşayan ziyanlı bakteriyalarla birgə fəaliyyət göstərərək bir çox iltihabı proseslərin yaranmasına şərait yaradır. Kif göbələklərinin inkişafına səbəb olan orqanizmə daxil olan antibiotiklər, oral kontroseptivlər, processed və həddindən artıq stress məruz qalmış orqanizmdir.  Çünki adları çəkilənlər maddələr mübadiləsinin işinin pozulmasına və nəticə etibarilə orqanizmin kif göbələklər ilə yüklənməsinə səbəb olur. Paxlalı bitkilərin tərkibində olan birləşmələr bu cür  maddələr mübadiləsinin pozulmasının qarşısını alır və bağırsaqda toplanmış ziyanlı kif göbələklərini məhv edir. 

Paxlalı bitkilərin tərkibində olan protein dənli bitkilərin tərkibində olan proteindən 2-3 dəfə daha artıqdır. Bu bitkilərdən fasiləsiz istifadə etdikdə ürək-damar sisteminin fəaliyyəti  yaxşı olur və insult,  infarkt kimi riskli problemlərin qarşısı alınır. Qanda şəkərin miqdarını azaldır və damarların vəziyyətini yaxşılaşdırır. 

Tərkibcə zülalla  daha çox zəngin olduğuna görə zülalların insan orqanizmində bir çox funksiyalarından bəhs etmək istəyirəm.  

Zülallar bioloji katalizator rolunu oynayaraq orqanizmdə bir çox kimyəvi reaksiyaların işini sürətləndirir. Belə zülal qruplarına fermentativ zülallar deyilir. Fermentlər olmadan  canlı orqanizmdə heç bir kimyəvi reaksiyalar gedə bilməz. Zülalların fermentativ funksiyaları ilə yanaşı tənzimləyici,  hərəkət, inşaat, nəqliyyat,  siqnal, qoruyucu  funksiyaları da vardır. 

Kovid-19 pandemiya dönəmində və hal-hazırki dövrümüzdə insanların  böyük bir qismi stress halı ilə baş-başadır. Orqanizmdə yaranan stress zamanı müəyyən aminturşularına ehtiyaclıq yaranır. Əgər orqanizmə lazım  olan müəyyən aminturşu növləri çatışmırsa,  o zaman insanın immun sistemi normal fəaliyyət göstərmir. Nəticədə infeksion xəstəliklərərə yoluxma şansımız şiddətli şəkildə artmış olur.  

Hüceyrədə qoruyuculuq funksiyasını yerinə yetirən və müxtəlif növ virusları orqanizmdən uzaqlaşdıran , qoruyucu zülal-interferondur. Bu zülal qrupları  insan orqanizmində  normal səviyyədə olduqda virusların çoxalmasının qarşısı alınır. Əgər orqanizmdə interferon zülalı normal səviyyədə yoxdursa, virus xəstəliklərinə yoluxma şansımız çoxalır və virus xəstəliklərindən  tez sağalmağımız  aşağı səviyyədə olur.  

İnsan  orqanizminin gündəlik zülal olan tələbatı 85 qramdır. Onun 48 qr heyvani zülal qrupları, 37 qramı isə bitki mənşəli zülal qruplarıdır. Bitki mənşəli zülal qruplarıda məs paxlalı bitkilərin tərkibindədir. 

Paxlakimilər fəsiləsinə aid olan şirinbiyan bitkisi haqqında  xüsusi fikir bildirmək istəyirəm.  Şirinbiyan tərkibində acı maddələr, askorbin turşusu, efir yağları, flavonoidlər, steroidlər, qliçirrianinlər, qatran və piqmentlər vardır. Biyanın kökündən hazırlanmış 0.25% ammonyak məhlulu  quru və qatı ekstraktı sinənin bəlğəm kütləsindən təmizlənməsi üçün ən yaxşı effektiv vasitədir. 

Şirinbiyanın tərkibində olan qlışıran maddəsi böyrəküstü vəzi hormonunun fəaliyyətini normallaşdırır.. Biyandan hazırlanan dərman preparatları  faringit, virus əleyhinə, iltihabqovucu, spazməleyhinə, allergik dermatit, bronxialastma, qəbizlik, neyrodermatit, öskürəkəleyhinə, babasil,  difteriya, qida zəhərlənməsi,  ekzema, qastrit, mədə-bağırsaq problemlərinə qarşı istifadə olunur. Həmçinin şirinbiyandan hazırlanan dərman preparatlarından göy öskürək, vərəm , ət və göbələk zəhərlənmələrinə qarşı geniş istifadə olunur. 

Latın dilində biyan qlisseraza deməkdir. Mənası şirin deməkdir. Dünya florasında biyanın 18, Azərbaycanda isə 8 növü yayılmışdır. Biyanın kök və kökünsovlarında müxtəlif mənşəli faydalı maddələr toplanmışdır. Yer üstü hissəsində efir yağı, şəkər, piqment, aşı maddələri  və flavonoidlər vardır.

Ramazanova Xəyalə Sərdar qızı 
      Cəlilabad rayon R. Hüseynov adına Uzuntəpə kənd 2 saylı tam orta məktəb 
 biologiya müəllimi  
xeyaleramazanova88@gmail.com 

2 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir