Plastika, elastika, karbo – hidratlar
Bütün varlıqlar işıq, nəm, isti və yağla (karbo hidratlar) örtük halındadırlar. Yağla örtük halı bir qlafdır. Kainat (oval) işıq, isti, nəmişliklə örtük halındadır. Canlı varlıqların nəmişlik və yağlarla örtük halları varlıqları quruluqdan parçalanma və alışma halından qoruyur. Varlıqların alışmasına səbəblər, yağla havanın birlik halıdır. Bütün mövcud varlıqlardan və mövcud ola biləcək varlıqlardan zərrə, nəm, isti, yağla əhatə hallarını biri – birindən təmamilə ayırmaq, uzaq etmək qeyri mümkündür (yoxlamaq olar).
Şüşə də, polad da, kvarts da, çox sərt bildiyimiz almaz da karbo hidrat ( yağlarla) örtük halındadırlar. Yağların mövcudiyyəti hər hansı bir mə`mulata formalar, cilalamalar verməyə köməkçidirlər. Həmin yağlar mə`mulatlara Plastika (yumşaqlıq) varlığı, mə`mulatlara lazım olan və tələb olunan formalar verməyə köməklik edir. Bütün varlıqlarda yağların mövcudiyyəti eyni vaxtda o varlıqlarda temperatur hədlərinin (istinin, soyuğun) nizamlama funkiyası daşıyıcısıdır yanğın vaxtı su, köpüklə yanğında yüksəlmiş yağ temperaturunu nizamlamağa, sabitləşməyə çalışırıq.
Bütün çərdəkli meyvələrin çərdəyindən, otlardan, çiçəklərdən müxtəlif yağlar alınır. Bu yağlar onların tərkibində mövcuddurlar. Neft məhsullarının əsas xüsusiyyəti yağ daşıyıcısıdır. Plastika ( yumşaqlıq) ilkdən mövcud olmasa idi heç bir varlığa, kütləyə formalar vermək mümkünsüz olardı. Yumşaqlıq (plastika) olmasa idi külək, yağış vaxtı otlar, bitkilər, ağaclar o fiziki tə`sirdən qırılıb, ovulardı, heç boy da artıra bilməzdi.
Elastika da mövcuddur. Mə`mulata fiziki güc tətbiq etməklə onu ətalətdən çıxara bilirik. Fiziki güc tə`siri dayandıqda mə`mulat anilikdə öz ilkin halına qayıdır. Plastika halının mövcudluğu isə mə`mulatları uzaddıqca uzana, əyildikcə əyilə, burulduqca burula və eyni vaxtda fiziki güc tətbiq etdikdə əks tə`sirə bərabərləşir. Plastika mövcud olmasa idi Elastika da mümkünsüz olmuş olardı. Beləliklə işıq olmasa, nəm olmasa, isti olmasa yaradıcılıq və tərtibat halları mövcud ola bilməzdi. İsti olmasa və isti əhatəsi olmasa (temperatur hədləri) insanı qidalandıran, geyindirən, yaşadan, düşündürən və mə`mulatları hasilə gətirməkdən mərhum edərdi. Bütün varlıqlar istiyə möhtacdırlar. Canlıların törəməsi ( quşlar, balıqlar, bitkilər belə) onunla yanaşı insan vücudu (ata, ana) o mütləq istiyə möhtacdırlar. Ana vücudu istilik daşıyıcısı olmasına baxmayaraq, ana vücudunda olan körpənin öz xüsusi bədən temperaturu, öz xüsusi ürək döyüntüsü var. Bu belə olmasa idi, ana vücudundan ayrılmalı olacaq o körpənin dünyaya doğulması da ( aftonom) mümkünsüz olardı. Hər bir varlığın öz istisi, öz plastikası mövcuddur.
Vahid Rzayev