“Qərbi Azərbaycana qayıdış”
Müstəqillik illərində Azərbaycanda aparılan elmi tədqiqatların (bir hissəsinin)
“Qərbi Azərbaycana qayıdış”ımızda rolu və qarşıda duran vəzifələr.
Moskvadakı Azərbaycanlıların milli-mədəni muxtariyyətinin regional ictimai təşkilatı
aqra_tehsil@mail.ru
“AqRA Elmin İnkişafına Dəstək ictimai birliyi –1025 Xocalı prospekti 24a, Bakı.
Xülasə.
Məqalədə Müstəqilliyimiz illərində Azərbaycandakı qayaüstü yazı abidələrimizlə bağlı aparılan elmi tədqiqatların bir hissəsinin “Qərbi Azərbaycana qayıdış”ımızda rolu və qarşıda duran vəzifələrin bir qismi öz əksini tapmışdır.
“…Azərbaycan elə bir ölkədir ki,onun çox qədim tarixi var. Bizim tarixçilər XX əsrdə çox işlər görüblər. Ancaq mən cəsarətlə deyə bilərəm ki, hələ ki, Azərbaycanın, xalqın, ümumiyyətlə, bu torpağın, ölkənin tarixi lazımi səviyyədə öyrənilməyib, tədqiq olunmayıbdır. Bu sahədə çox böyük işlər görülməlidir…” Heydər Əliyev –Azərbaycan xalqının Ümummilli Lideri.
Son dövrdə ərazimizdə aparılan tarixi-arxeoloji–mədəniyyətimizlə bağlı tədqiqat işlərindən:
Filologiya elmləri namizədi Əjdər Fərzəlinin (1937 -2011) “Gəmiqaya –Qobustan əlifbası” və həmin kitabın üzərində işləyərək birbaşa rus dilində nəşr etdirdiyi «Ноев ковчег и Гямигая Гобустанский алфавит» kitabını (2005; 2014 “ZİYA” nəşriyyatı; “AqRA EİDİB) və Naxçıvan Müəllimlər İnstitutunun dosenti Nizami Alıyevin müəllifi olduğu “Gəmiqaya qayaüstü rəsmləri” (elmi redaktoru AMEA –nın müxbir üzvü Vəli Baxşəliyev) kitablarını göstərmək olar.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının səlnaməsi olmadığından onun tarixi doğru –düzgün yazıla bilmir. Bu baxımdan “AqRA” EİDİB –nin Fəxri Üzvü Vahid Zeynal oğlu Rzayev (1947 -2018) bu mə`suliyyətli işi öz üzərinə götürərək səlnaməmizi yazıb.
Bu yazılarda II Nuh tufanından sonra bəşəriyyətin yenidən pərvəriş tapmasının Azərbaycandan –onun ayrılmaz hissəsi olan Naxçıvandan başlaması –dünyaya mədəniyyətimizin əvvəl yaxın ətrafa, su daha çox çəkildikdən sonra Uzaq Şərqə və dünyanın hər tərəfinə yayılması öz əksini tapmışdır.
Bu baxımdan yə`ni qayaüstü rəsmlər baxımından: filologiya elmləri namizədi Əjdər Fərzəlinin(1937 -2011) Gəmiqaya və Qobustanda, dosent Nizami Alıyevin Gəmiqayada, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin Qərbi Azərbaycanda apardığı tədqiqatlar, AMEA –nın Müxbir üzvü professor Afad Qurbanovun son kitablarında gedən «Cücəkənd qayaüstü rəsmləri» və digər araşdırmalar diqqətəlayiqdir.
Əjdər Fərzəli bu əlifbanı kəşf etdiyi dövrdə elmə Gəmiqayada maksimum 2000 qayaüstü rəsm mə`lum idi. 2016 cı ilin avqust ayında mütəxəssislərdən ibarət Nizami Alıyevin rəhbərliyi ilə “Gəmiqaya ekspedisiyası” qayaüstü rəsmlərin yayıldığı 136 hektar ərazidə olmuş, 2040 daş üzərində 7422 təsvir qeydə almışdır. Dünyada bu qədər qayaüstü rəsm olan yer yoxdur.
Gəmiqaya abidələri “yazılı” daş salnamələri ilə bizi Azərbaycan xalqının milli-mə`nəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fonda kimi daxil olmuşdur. Bu xəzinəni qoruyub saxlamaq, öyrənib gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Gəmiqaya abidələrindən qaynaqlanan Qərbi Azərbaycanımızdakı «Qarakilsə qayaüstü təsvirləri», «Soyuqbulaq qayaüstü təsvirləri», «Nüvədi–Qarğadaşı kitabələri», Qabaxlı kənd qəbristanlığında “Qoç” heykəli və sair… (Əziz Ələkbərlinin “QƏRBİ AZƏRBAYCAN ABİDƏLƏRİ Kitabında gedib..) Afad Qurbanovun son kitablarında gedən «Cücəkənd qayaüstü rəsmləri» və digər araşdırmalar diqqətəlayiqdir və kompleks şəkildə -eyni mədəniyyətin daşıyıcıları olaraq öyrənilməli və təqdim edilməli dərs vəsaitlərimizə salınmalıdır.
Bu tədqiqatları davam etdirmək üçün mütəxəssislərin birgə səyləri lazımdır: tarixçilərin, etnoloqların, arxeoloqların, antropoloqların, dilçilərin, coğrafiyaçıların (toponomistlərin), digər sahə alimlərinin sistemli yanaşması əsasında tarixi təhriflər, səhvlər, etibarsız nəşrlər, qaranlıq səhifələr aşkar edilib düzəldilməlidir.
Bunlar uzun illər qadağan olunmuşdu.
Həqiqət qalib gəlməlidir!!..
Açar sözlər: qayaüstü rəsmlər, Vahid Rzayev, Gəmiqaya, Əjdər Fərzəli, Nizami Alıyev, Əziz Ələkbərli.
Müəlliflər:
Bəxtiyar Şaban oğlu Həsənov – Moskvadakı Azərbaycanlıların milli-mədəni muxtariyyətinin regional ictimai təşkilatının Sədri.
Həşim Məmməd Cəfər oğlu Əliyev – Moskvadakı Azərbaycanlıların milli-mədəni muxtariyyətinin regional ictimai təşkilatı Sədrinin Müavini
Mirələkbər Seyidov -“AqRA Elmin İnkişafına Dəstək ictimai birliyinin İH –nin Sədri.
Nizami Alıyev -“AqRA Elmin İnkişafına Dəstək ictimai birliyinin Üzvü.